Xəbərlər
29.08.2026, 09:49
Həsənxan Əsədov : QALIB
İndi nə kəndçiyəm, nə də şəhərli,
Əlim qabarlıdır, sinəm qəhərli,
Yeyilən ömrümün beli "yəhərli".
Sevincin açarı qəfəsdə qalıb.
Hey yağır başıma məşəqqət qarı,
Dünya düşüb gözdən, yox ehtibarı,
Yolüstə, titrəyir ömrün baharı,
Gözlər pəncərədə,həvəsdə qalıb.
Həyatın üz-gözü dəyib sal daşa,
Dönübdür astarı daha nimdaşa,
Anamın laylası hopub yaddaşa,
Qulağım titrəyən o səsdə qalib.
Baharda yayılan qoxu kimiyəm,
Gözümdə üşüyən yuxu kimiyəm,
Kamanın dartılan oxu kimiyəm
Tətiyi, çaxmağı o kəsdə qalıb.
Ömür sarayımda taxtü-tacım var,
Sinəmdə mamırtək bitən acım var,
Bəlkə də dünyadan ehtiyacım var
Nəfsim bir udumluq nəfəsdə qalıb.
Arzum bulud-bulud başdan aşıbdır,
Ümüd gözlərimdə lap dolaşıbdır,
Sinəm küləklərlə doğmalaşıbdır,
Boğazım düyülüb, səs pəsdə qalıb.
İsinə bilmədim çılğın istinə,
Həsənəm, kor oldum ilğım tüstünə,
Şerim darağ çəkir eşqin dəstinə,
Misram ürəyimdə, köküsdə qalıb.
27.08.2026
Əlim qabarlıdır, sinəm qəhərli,
Yeyilən ömrümün beli "yəhərli".
Sevincin açarı qəfəsdə qalıb.
Hey yağır başıma məşəqqət qarı,
Dünya düşüb gözdən, yox ehtibarı,
Yolüstə, titrəyir ömrün baharı,
Gözlər pəncərədə,həvəsdə qalıb.
Həyatın üz-gözü dəyib sal daşa,
Dönübdür astarı daha nimdaşa,
Anamın laylası hopub yaddaşa,
Qulağım titrəyən o səsdə qalib.
Baharda yayılan qoxu kimiyəm,
Gözümdə üşüyən yuxu kimiyəm,
Kamanın dartılan oxu kimiyəm
Tətiyi, çaxmağı o kəsdə qalıb.
Ömür sarayımda taxtü-tacım var,
Sinəmdə mamırtək bitən acım var,
Bəlkə də dünyadan ehtiyacım var
Nəfsim bir udumluq nəfəsdə qalıb.
Arzum bulud-bulud başdan aşıbdır,
Ümüd gözlərimdə lap dolaşıbdır,
Sinəm küləklərlə doğmalaşıbdır,
Boğazım düyülüb, səs pəsdə qalıb.
İsinə bilmədim çılğın istinə,
Həsənəm, kor oldum ilğım tüstünə,
Şerim darağ çəkir eşqin dəstinə,
Misram ürəyimdə, köküsdə qalıb.
27.08.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






