Aprel ayının 25-də "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı Dədə Ələsgərin adını daşıyan bir yerdə, onun ruhu gəzən məkanda keçirildi.

Turaztv.az xəbər verir tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, AYB və AJB- nin üzvü, tanınmış şair- qəzəlxan Lilpar Cəmşidqızı açdı. O, tədbirdə iştirak edən qonaqları salamladıqdan sonra, vətənimizin azadlığı uğrunda canından keçən Vətən oğullarının ruhlarını məclis iştirakçıları ilə birlikdə bir dəqiqəlik sükutla yad elədi. Sonra qeyd elədi ki, 2026- cı il başlayandan artıq üçüncü görüşümüz keçirilir. (Hava şəraiti ilə bağlı, mart ayının son günləri leysan yağışlar yağdığına görə ədəbi məclisin yığıncağı təxirə salınmışdı. Ənənə halını alan belə görüşlər hər ayın sonuncu istirahət günündə keçiriləcəyi nəzərdə tutulub.) Tanınmış ədəbiyyat adamlarının bir arada olması poeziyaya olan sevginin bariz nümunəsi olduğunu məclis rəhbəri Lilpar Cəmşidqızı iştirakçıların bir daha nəzərinə çatdırdı. Yığıncaqda ilk dəfə iştirak eləyən, Respublikanın Əməkdar artisti, Şuşa Dövlət Dram teatrının rejisoru, AYB və AJB-nin üzvü şair Nazir Rüstəmə söz verildi.
Tanınmış aktyor yığıncaqda Aşıq Ələsgərin yaradıcılığından danışdı və Dədə Ələsgərin adını daşıyan otaqda belə bir məclisin keçirilməsinin əhəmiyyətli olduğunu qeyd elədi və şeirlərindən bir neçəsini səsləndirdi. Sonra ardıcıl olaraq şairlərə bir- bir söz verildi və sözü AYB- nin üzvü, "Qoşma" Ədəbi Məclisinin Poeziya şöbəsinin rəhbəri, tanınmış şairə Əzizə Ağahüseynqızına verdi. Xanım şairə tədbir iştirakçılarına uğurlar arzuladı və belə ədəbi məclislərin ədəbiyyatımıza uğurlu töhfələr verəcəyindən danışdı və şeirlərindən bir neçəsini səsləndirdi. Sonra söz tanınmış tənqidçi, AYB və AJB-nin üzvü şair Xaqani Abbasəli Öztürkə verildi. O da ədəbiyyatımızda olan nöqsanlardan, sözün mədəni inkişafımızda əhəmiyyətindən danışdı, şeirlərindən sədləndirdi və sonra söz "Namiq Səfai" adına ədəbi məclisin sədri tanınmış ustad şair- qəzəlxan Ağamirzə Qailə verildi. Ustad qəzəlxan öz qəzəllərindən səsləndirdi. Beləcə şairlər- İldırım Əlişoğlu, ilk dəfə məclisdə iştirak eləyən, 2-ci Qarabağ müharibəsinin qazisi, şair Eyvazov Qafqaz, şair Tofiq Quliyevə söz verildi. Onlar da "Çeşmə" Ədəbi Məclisinin əhəmiyyətindən danışıb, şeirlərindən bir neçəsini səsləndirdilər. Maraqlı keçən şeir məclisində "Şahənşah" restoranının rəhbəri Rəşid Süleymanovun dinləyici qismində şairləri dinləməsi məclis iştirakçılarını daha da həvəsləndirdi. Şairlərin səsləndirdiyi şeirlərdən sonra böyük həvəslə başlayan Ədəbi Məclis uğurla başa çatdırıldı. Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin keçirilməsində göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə öz adından minnətdarlığını ünvanladı və iştirakçılar adından təşəkkürünü bildirdi. Növbəti görüşü keçirmək ümidi ilə məclis iştirakçıları görüş yerindən ayrıldılar.



Son xəbərlər

Mücirəddin Beyləqani adına ədəbi məclis keçiriləcək

Əməkdar həkim vəfat etdi

Bütün zamanların dəb ikonası seçildi

Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub

TOMRİS ÖDÜLLÜ XANIMLAR

Türk məşhurların villaları uçurulacaq

CƏLİLABADIN GƏNC ŞAİRƏSİ — HİCRAN ƏHMƏDLİ - FOTOLAR

Üç ürəyə bir ad günü sevinci - FOTOLAR

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

PÜSTƏ RƏVAN : DOST KİMİ SEVƏCƏYƏM MƏN

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"MÖCÜZƏLİ NAFTALAN"

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

*Aydan Ələkbərli, yoxsa Aydan Nizami qızı? Hansı daha çox tanıdır sizi* ?

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Məşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü

Media: İranın Xark adasında partlayış olub

Atlaz Rzayi : Cənub bölgəsinin gözü, Vətənim - FOTO

Vahid Çəmənli : Təpədən dırnağa ağdamlı - FOTO

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Qəzənfər Məsimoğlu : GÜLƏ-GÜLƏ GƏLDİ PAYIZ - FOTO

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930