Xəbərlər
5.09.2026, 09:10
Qəzənfər Məsimoğlu : GÜLƏ-GÜLƏ GƏLDİ PAYIZ - FOTO
Təntimişdik qızmar yayın istisindən,
Zərrə-zərrə, gilə-gilə gəldi payız.
Soldu getdi ətir saçan tər çiçəklər,
Qəsd eləyib neçə gülə, gəldi payız.
Getdi gəzdi, kef elədi doqquz ayı,
Kövrəklikdə, bar-bəhrədə yoxdu tayı.
Yola saldı keçən qışı, yazı, yayı,
Yenə dönüb gülə-gülə gəldi payız.
Qaynarlığı ayımızdan, ilimizdən,
Sevgi dolu nəğmələri dilimizdən,
Uşaqlığı, cavanlığı əlimizdən
Aldığını bilə-bilə gəldi payız.
Dəyişməyir davasında cinahını,
Əsirgəməz bir kimsəyə pənahını,
İndiyədək elədiyi günahını
Öz adından silə-silə gəldi payız.
04.09.2026

Zərrə-zərrə, gilə-gilə gəldi payız.
Soldu getdi ətir saçan tər çiçəklər,
Qəsd eləyib neçə gülə, gəldi payız.
Getdi gəzdi, kef elədi doqquz ayı,
Kövrəklikdə, bar-bəhrədə yoxdu tayı.
Yola saldı keçən qışı, yazı, yayı,
Yenə dönüb gülə-gülə gəldi payız.
Qaynarlığı ayımızdan, ilimizdən,
Sevgi dolu nəğmələri dilimizdən,
Uşaqlığı, cavanlığı əlimizdən
Aldığını bilə-bilə gəldi payız.
Dəyişməyir davasında cinahını,
Əsirgəməz bir kimsəyə pənahını,
İndiyədək elədiyi günahını
Öz adından silə-silə gəldi payız.
04.09.2026

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




