Zakir FƏRƏCOV,
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı

Şəhərlər insanlara bənzəyir. Onların da yaddaşı, xarakteri, siması var. Bir şəhəri illər sonra yenidən görəndə ilk diqqəti çəkən yalnız dəyişən binalar, yollar, parklar olmur. Əsas dəyişiklik şəhərin nəfəsində, ritmində, insanın ona baxışında hiss edilir. Dünən tanıdığın bir küçənin bu gün başqa görkəmdə olması, vaxtilə boz və baxımsız görünən bir məkanın indi şəhərin yaraşığına çevrilməsi zamanın şəhərlərin üzərində qoyduğu izdir. Amma bu izlər həm də onları idarə edən insanların fəaliyyətindən xəbər verir. Bəzən bir şəhərin dəyişən simasına baxmaq, uzun illər ərzində bir məmurun gördüyü işləri oxumağın ən sadə və ən obyektiv yoludur.
Azərbaycanda uzun illərdir eyni vəzifədə çalışan icra başçıları arasında Zakir Fərəcovun özünəməxsus yeri var. 11 avqust 2026-cı il onun icra hakimiyyəti başçısı kimi fəaliyyətə başlamasının 21-ci ildönümüdür. Bu tarix həm də onun dövlət idarəçiliyində keçdiyi uzun yolun, müxtəlif mərhələlərdə rəhbərlik etdiyi Abşeron və Sumqayıtın inkişafında oynadığı rolun bir daha nəzərdən keçirilməsi üçün yaxşı fürsətdir.
Zakir Fərəcov 2005-ci il avqustun 11-də Prezident İlham Əliyevin Sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. On il ərzində Abşerona rəhbərlik etdikdən sonra 2015-ci il sentyabrın 2-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib. Beləliklə, onun icra başçısı kimi fəaliyyətinin mühüm bir hissəsi məhz bu iki böyük yaşayış məntəqəsi ilə bağlı olub.
Bu 21 ilin statistik ifadəsi bir yana, həmin illərin şəhərlərin simasında yaratdığı dəyişikliklərə baxmaq daha maraqlıdır. Çünki idarəçilik yalnız sərəncamlar, iclaslar və rəsmi hesabatlardan ibarət deyil. Şəhər idarəçiliyinin əsl nəticəsi küçədə, prospektdə, parkda, yaşayış məhəlləsində, abadlaşdırılmış ərazidə, yenilənən infrastruktura və insanların gündəlik həyatına toxunan dəyişikliklərdə görünür.
Bir məqamı isə xüsusi qeyd etmək istəyirəm.
Bir Allah şahiddir ki, mənim otuz beş illik jurnalist fəaliyyətim ərzində Zakir Fərəcovla bir dəfə də olsun görüşüm olmayıb. Eyni sözlə, onun 21 illik icra başçısı fəaliyyəti ərzində də aramızda şəxsi görüş, münasibət və ya hər hansı bağlılıq olmayıb. Ona görə də bu yazını şəxsi münasibət üzərində qurmaq mümkün deyil və mənim belə bir iddiam da yoxdur.
Amma jurnalistin müşahidə etmək imkan var. Mən həm Abşeronu, həm də Sumqayıtı Zakir Fərəcovdan əvvəl də görmüşəm. Bu baxımdan dəyişiklikləri müqayisə etmək imkanım var. İnsafla desək, Zakir müəllimin rəhbərliyi dövründə hər iki şəhərin yaxşı mənada simasının dəyişdiyini söyləmək olar.
Əlbəttə, bu, həmin ərazilərdə bütün problemlərin həll edildiyi anlamına gəlmir. Azərbaycanda sürətlə böyüyən şəhərlərin qarşısında dayanan sosial, infrastruktur və şəhərsalma məsələləri kifayət qədər çoxdur. Abşeronun sürətlə böyümsi, Sumqayıtın sənaye şəhərindən müasir şəhər modelinə keçidi, əhalinin artması və yeni yaşayış massivlərinin yaranması idarəçilik qarşısında daim yeni tələblər qoyur.
Ancaq dəyişiklik faktını da görməməzliyə vurmaq olmaz.
Abşeron bu gün 2005-ci ilin Abşeronu deyil. Sumqayıt da illər əvvəlki görkəmində qalmayıb. Şəhərlərin küçələrində, abadlıq və quruculuq işlərində, sosial obyektlərində, park və istirahət məkanlarında baş verən yeniliklər onların ümumi görünüşünə təsir göstərib. Xüsusən Sumqayıtın son illərdə daha müasir şəhər görkəmi qazanması diqqətdən yayınmır.
Zakir Fərəcovun uzunmüddətli rəhbərliyinin başqa bir xüsusiyyəti də davamlılıqdır. İcra hakimiyyəti başçısı kimi əvvəl Abşeronda on il, sonra isə Sumqayıtda artıq 11 ildir fəaliyyət göstərir. Bu qədər uzun müddət ərzində eyni şəhər idarəçiliyinə rəhbərlik etmək həm böyük məsuliyyət, həm də görülən işlərin nəticəsini zaman baxımından qiymətləndirmək imkanı yaradır.
Bu baxımdan 21 illik fəaliyyət yalnız rəqəm deyil. Bu, bir dövlət məmurunun peşəkar yolunun müəyyən mərhələsinin yekunudur.
Zakir Fərəcovun dövlət idarəçiliyindəki fəaliyyətinin qiymətləndirilməsində aldığı dövlət təltifləri də xüsusi yer tutur. O, “Şöhrət” ordeni və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Bu mükafatlar onun uzunmüddətli dövlət qulluğu fəaliyyətinə verilən rəsmi qiymətin göstəricilərindəndir.
72 yaşını qeyd edən Zakir Fərəcov üçün 11 avqust tarixi həm də 21 illik icra başçılığı yolunun xüsusi bir dayanacağıdır. Bu illər ərzində o, iki fərqli idarəçilik mühitində — Abşeronun sürətlə böyüyən rayonunda və Sumqayıtın sənaye ənənələri ilə müasir şəhərçilik tələblərinin qovuşduğu böyük şəhərində çalışıb.
Mənim üçün isə bu 21 ilin ən maraqlı tərəfi şəxsi tanışlığın olmamasına baxmayaraq, şəhərlərin dəyişməsini kənardan müşahidə etməkdir.
Jurnalist bəzən bir insanı onunla görüşmədən də tanıya bilir. Bunun üçün həmin şəxsin gördüyü işlərə nəzər salmaq kifayətdir. Şəhərlər isə idarəçilərin fəaliyyətinin ən böyük “sənədi”dir. Çünki şəhəri dəyişmək illərlə davam edən prosesdir və həmin prosesin nəticələri bir günün deyil, uzun zamanın məhsuludur.
Bu gün Abşeron və Sumqayıtın küçələrinə, parklarına, abadlaşdırılmış ərazilərinə, yenilənmiş infrastrukturlarına baxanda bir həqiqəti etiraf etmək lazımdır ki, bu şəhərlərin simasında ciddi dəyişikliklər baş verib. Və bu dəyişikliklərdən danışarkən Zakir Fərəcovun 21 illik icra başçılığı fəaliyyətini də nəzərə almamaq mümkün deyil.
İyirmi bir il uzun zamandır. İnsan ömründə bir dövrdür. Şəhər üçün isə bütöv bir inkişaf mərhələsidir.
11 avqust 2026-cı il məhz belə bir mərhələnin 21-ci ildönümüdür.
Bu münasibətlə Zakir Fərəcova möhkəm cansağlığı, uzun ömür və dövlət xidmətində uğurlar arzulamaq olar. Qalan qiyməti isə ən yaxşı şəhərlər verir. Çünki şəhərin siması dəyişirsə, bu dəyişiklik gec-tez insanların yaddaşında da öz yerini tutur.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, "Beynəlxalq Rəsul Rza mükafatı" laureatı.

Son xəbərlər

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Türkiyədə erməni məktəblərinə qadağa

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

Qurban Qurbanov: “Dinamo Kiyev” kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir

Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb

Murad Məmmədov "Pafos"da ilk qolunu vurdu

Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub

Saxta evlilik, surroqat ana və iş elanları: İnsan alverinin yeni kabusu - ARAŞDIRMA

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı...

Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı

Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək - Yeni qaydalar

Mabel Matiz yenə mahnısına görə məhkəməlik oldu

“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Nəzakət Teymurova ilə Ceyran Rəhimova Yunanıstanda - Fotolar

Dövlət Məşğulluq Agentliyi auditor seçir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31