Xəbərlər
14.08.2026, 00:21
Türkiyədə erməni məktəblərinə qadağa
İstanbuldakı erməni məktəblərinə Ermənistan vətəndaşlarını qəbul etmək qadağan olunub və artıq orada təhsil alan uşaqlara Türkiyənin dövlət məktəblərinə keçmək imkanı təklif edilib.
"Turaztv.az" "Unikal" -a istinadən xəbər verir ki, bu barədə "Ermenihaber" Türkiyənin "Agos" qəzetinə istinadən məlumat yayıb.
İddialara görə, yeni tələblər İstanbuldakı erməni məktəblərində başlayan yoxlamalardan sonra qəbul edilib. Qəzetin məlumatına görə, müfəttişlər məktəb rəhbərliyinə Ermənistan vətəndaşlarının qəbuluna qoyulan qadağa barədə məlumat veriblər. Gələcəkdə yunan və yəhudi məktəblərində də oxşar yoxlamaların aparılması planlaşdırılır.
İndiyədək qüvvədə olan qaydalara əsasən, xarici ölkə vətəndaşlarının uşaqları milli azlıqlara məxsus məktəblərdə “qonaq şagird” statusunda təhsil ala bilirdilər. Ermənistan vətəndaşlarının uşaqları da İstanbulun erməni məktəblərində bu statusla oxuyurdular. Lakin onların məktəbi bitirdikdən sonra rəsmi diplom almaq hüququ yox idi.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay