Futbolçuları təbrik edirəm. Çox gərgin oyun keçdi. Bəzi dəqiqələri çıxmaq şərtilə futbolçular oyununun içində oldular. Stadionda əla atmosfer var idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda Ukraynanın “Dinamo” (Kiyev) komandasına 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Dinamo Kiyev" kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir. Bilirəm ki, Azərbaycanda bu klubun azarkeşləri çoxdur. Biz özümüz də uşaq vaxtı Kiyev təmsilçisinə azarkeşlik edirdik. İlk oyundan fərqli olaraq, topla yaxşı oynayırdıq, rəqibi topsuz qoyurduq. Mən tərəfindən dəyişikliklər oldu. Desəm ki, oyundan tam razı idim, yalan olar. Lakin hər oyunun öz önəmi var. Qələbə hər zaman fərqli hisslər yaradır", - deyə çalışdırıcı qeyd edib.

Baş məşqçi bu matçda ehtiyatda qalan qapıçı Mateuş Koxalski haqqında da danışıb: "Bəzən futbolçulara istirahət vermək lazımdır. Onun performansından razıyıq. Koxalski haqqında ayrılacağı ilə bağlı yayılan xəbərlər doğru deyil. Martin Zlomisliçdən də razıyam. Təcrübəli qapıçıdır. Dünya çempionatında meydana çıxmasa belə, həmin ab-havanı görüb".

Mütəxəssis pley-off mərhələsindəki rəqibləri olan Niderlandın "Tvente" klubu barədə də danışıb: "Onların Slovakiya təmsilçisi ilə ilk matçlarına baxmışam. Qolları əsl Niderland futboluna uyğun vururdular. Yadınızdadırsa, biz ilk dəfə bu rəqibi üstələyərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdıq".

Son xəbərlər

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Türkiyədə erməni məktəblərinə qadağa

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

Qurban Qurbanov: “Dinamo Kiyev” kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir

Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb

Murad Məmmədov "Pafos"da ilk qolunu vurdu

Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub

Saxta evlilik, surroqat ana və iş elanları: İnsan alverinin yeni kabusu - ARAŞDIRMA

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı...

Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı

Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək - Yeni qaydalar

Mabel Matiz yenə mahnısına görə məhkəməlik oldu

“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Nəzakət Teymurova ilə Ceyran Rəhimova Yunanıstanda - Fotolar

Dövlət Məşğulluq Agentliyi auditor seçir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31