Qurban Qurbanov: Yaxşı komandaya qarşı oynadıq
Komandamız optimal formasından uzaq, itkilərimiz isə çox olduğundan matça tam hazırlaşa bilməmişdik.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, hər futbolçusu əsas heyətdə oynamağa layiqdir: "Futbolçularımız gözəl oyun göstərdilər. Yaxşı komandaya qarşı oynadıq. Qarşıda daha yaxşı oyunlar göstərə biləcəyik. "Keşlə" ilə kubok görüşündə də komandadan razı qalmışdım. Futbolçular 3-4 matçdan sonra formalarına qayıdırlar. Toral Bayramov bir neçə dəfə səhv etdi".

O, qələbə münasibətilə futbolçularını təbrik edib: "Vacib 3 xalı yaxşı oyunla qazandıq. İstəkli komandaya qarşı oynayırdıq. Bəzi epizodlarda bir az arxayınlıq oldu. Rəqib də bundan istifadə etməyi bacardı. İnanıram ki, bu matçı analiz etdikdən sonra bizə çox faydası olacaq. Bəzi məqamlarda daha dəqiq və diqqətli olmalı idik. Hər bir halda oyundan və komandamdan razı qaldım. Hər iki komandanın azarkeşləri möhtəşəm idi. Gözəl derbi oldu".

Q.Qurbanov Maksim Medvedev, İbrahima Vadji və Qara Qarayevin meydana çıxmamasının səbəbini açıqlayıb: "Maksimin əzələsində mikrozədə var idi. Ciddiyə də almaq olar. İnanıram ki, qarşıdakı günlərdə əvvəlki qaydasına qayıdacaq. Vadji özünü narahat hiss etdi. Bu gün test verdi, neqativ çıxdı. Meydana buraxmağa risk etmədik. Qara Qarayevdə 3 gün qızdırma oldu. Koronavirusa yoluxmuşdu".

Baş məşqçi bir çox futbolçuya müqavilə təklif etdiklərini vurğulayıb: "Mətbuatda yazılan da onlardan biridir. Adını açıqlaya bilmərəm".

Mütəxəssis hər oyuna qələbə üçün çıxdıqlarını bildirib: "Həmişə öz futbolçularımızın işinə sevgi ilə yanaşmasını istəmişik. Zövq almaq üçün qalib gəlmək lazımdır. Bəzən hansısa oyundan sonra arxayınlıq ola bilər. Bunun qarşısını almağa çalışırıq. İnanmıram ki, arxayınlıq olsun. Qarşıdakı matçlarda daha yaxşı çıxış etməliyik".

Son xəbərlər

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Vaqif Vüqar : KƏND ADAMI - FOTO

“İkinci Yer”in izləri tapıldı

Bu il Günəş son dəfə tutulacaq

15 yaşlı Həsənin də meyiti tapıldı - Yenilənib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31