İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru,
AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)


Son zamanlar doğma Cəlilabad şəhərində atılan ilk imzalardan, eyni halda möhtəşəm və təqdirəlayiq xidmətdən biri də, uzun illər boyu daha çox əxlaqsız və məsuliyyətsiz adamların diqqətdən kənar və daldalanacaq məkanına çevrilmiş "Nar Bağı" adlı ərazidə görülən möhtəşəm abadlıq-quruculuq işindən ibarətdir.

Cəlilabad Rayon İcra Hakimiyyətinin dəstəyi və Cəlilabad Bələdiyyəsinin bir-başa əməyi ilə həyata keçən bu işdə min illərin yadigarı olan qədim və sirli Həməşəratəpənin (Bayraq Meydanının) şərq hissəsində yerləşən "Nar Bağı" ərazisində çox böyük və möhtəşəm bir iş görülmüş və hal-hazırda ərazidə müxtəlif işlər həyata keçməkdədir. Bu gün artıq burada salınmış "Nar Bağı" aləvi-uşaq parkı hər kəsi sevindirir, hər kəsin könlünü oxşayır.
Aylarla vaxt aparan bu layihədə 5 hektarlıq ərazidəki nar və digər ağaclar əsaslı şəkildə budanmış, məişət tullantıları yığılaraq təmizlənmiş, ərazidə mövcud çökək yerlər torpaqla doldurulmuş, park boyu velosiped və piyadalar üçün xüsusi yol salınaraq asfalt döşənmiş, hətta, asfalt üzərində velosiped və piyadaların hərəkət zolağı xüsusi xətlərlə dəqiqləşdirilmişdir. Bundan əlavə, ərazidə işıqlandırma sistemi və təhlükəsizlik kameraları quraşdırılmış, məişət tullantıları üçün xüsusi qutular, həmçinin, insanların dincəlməsi üçün xüsusi oturacaqlar qoyulmuşdur.

Parkda olarkən oturacaqlardan birində əyləşib ətrafa baxdım. Orada sözün əsil mənasında insanın ruhu hüzur tapır. Bu da ərazinin qədim zamanlardan etibarən təbii meşəlik örtüyündən ibarət olması, son zamanlar ərazidə görülmüş abadlıq-quruculuq işləri, həmçinin, parkın min illərlə qədim tarixə söykənən qədim və sirli Həməşəra şəhərinin ən qaynar nöqtəsi üzərində olmasından irəli gəlir.
Son günlər ərzində ərazidə aparılan işlər zamanı parkın Həməşəratəpə yaxınlığındakı hissəsində qədim dövrə aid təsərrüfat küpləri və digər maddi-mədəniyyət nümunələri də üzə çıxmışdır. Tarixi tapıntılarla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa xanım Mahmudova əraziyə ezam olunub və burada tədqiqat işlərinə başlamışdır. Hazırda həmin ərazi hasara alınmış və nəzarətə götürülmüşdür.
Parkın içərisinə avtomobillə giriş qadağandır və yalnız avtomobilləri parkdan kənarda saxlayıb içəri daxil olmağa icazə verirlir. Ərazidə asayişin qorunması üçün Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Post-Patrul Xidməti (PPX) də fəaliyyət göstərir.
Bu gün ərazidən baxış keçirərkən parkda 60 metr dərinliyində subartezian quyusunun qazıldığı və şirin suyun çıxdığının şahidi oldum. Hazırda quyu suyunun təmizlənmə prosesi gedir. Orada ilk dəfə olaraq Cəlilabad şəhərində bir neçə nəfərdən ibarət olan bir ailənin (bəylər, xanımlar və uşaqların) bir guşədə ağaclar altında əyləşib özləri üçün samovar çayı hazırladığı, əyləşərək istirahət etdiklərini gördüm və çox sevindim...
Sözün həqiqi mənasında bu möhtəşəm xidmət I və II Qarabağ müharibəsi, eyni halda Aprel Döyüşləri iştirakçısı, Cəlilabad Bələdiyyəsinin sədri, qazı və polkovnik-leytenant Vahid müəllim Mirzəyevin indiyədək rayonda gerçəkləşdirdiyi ən möhtəşəm əsərdir. Vahid Paşamızın bu parkda hələ görüləcək çox gözəl işləri və gözəl ideyaları da var. Onları isə yaxın zamanlarda hər kəs görəcək və sevinəcək...
Fürsətdən istifadə edib Cəlilabad Rayon İcra Hakimiyyətinə, xüsusilə də Cəlilabad Bələdiyyəsinin sədri, əziz və dəyərlimiz Vahid Paşamıza görülən belə bir möhtəşəm və gözəl işlərə görə səmimi minnətdarlığımı bildirir, onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür, işlərində davamlı uğurlar arzualyıram!
07.08.2025




Son xəbərlər

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Rusiya və İrana “Cəhənnəm sanksiyaları”nı tətbiq edəcəklər

2100-cü ildə Yer necə görünəcək? Alimlərin proqnozları narahatlıq doğurur

Gecələr görən belə məni niyə qısqanır - FOTO

Ömrünü həqiqətə həsr edən ziyalı

Doğmalarımın əziz xatirəsinə.

Rusiyanı vurmaq üçün "Starlink"dən istifadəyə icazə verməyəcək

Hande səhnə geyimlərini satır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31