Xəbərlər
8.08.2026, 00:40
2100-cü ildə Yer necə görünəcək? Alimlərin proqnozları narahatlıq doğurur
Avstraliyalı alimlərin genişmiqyaslı araşdırması göstərir ki, əsrin sonuna qədər qlobal istiləşmə Yer kürəsində ekosistemləri, qida istehsalını və iqlimi ciddi şəkildə dəyişə bilər.
Bu barədə "Daily Mail" nəşri Australian Journal of Botany jurnalında dərc olunan tədqiqata istinadən məlumat yayıb.
Araşdırmaya görə, qlobal orta temperaturun sənaye dövründən əvvəlki səviyyə ilə müqayisədə 4 dərəcə artacağı ssenaridə meşə yanğınları, istilik dalğaları, quraqlıqlar və daşqınlar daha tez-tez baş verə bilər. Xüsusilə tropik meşələrin bərpa qabiliyyətinin zəifləyəcəyi bildirilir.
Alimlər hesab edirlər ki, gələcəkdə laboratoriyada yetişdirilən ət və süd məhsullarının istehsalı genişlənəcək, genetik texnologiyalardan isə invaziv heyvan növlərinə qarşı mübarizədə daha geniş istifadə olunacaq.
Ən ağır ssenarilərdən yayınmaq üçün qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq və istixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaq vacibdir. Onlar qeyd edirlər ki, təqdim olunan nəticələr mümkün inkişaf ssenarilərindən biridir və gələcəkdə atılacaq iqlim tədbirlərindən asılı olaraq dəyişə bilər.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay