*"İncə fikirlər*" lahiyəsinin növbəti qonağı Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbinin müəllimi, Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” Fəxri Diplomu, “Turan Ödülü” və “Tomris” ödülü laureatı, ədəbiyyatşünas, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Aydan Nizamiqızıdır.

*Aydan Ələkbərli, yoxsa Aydan Nizami qızı? Hansı daha çox tanıdır sizi* ?

Hər iki adda mənim kimliyimin və ruhi bütövlüyümün bir parçası var. "Aydan Ələkbərli" mənim ədəbi, pedaqoji və ictimai fəaliyyətimdə imzamı, zəhmətimlə qazandığım özünəxas mövqeyi təmsil edir. "Aydan Nizami qızı" isə mənim kökümə, soyuma, atamın adına olan sonsuz ehtiramımın və mənəvi borcumun təcəssümüdür. Məni geniş ictimaiyyətə daha çox ədəbi imzam tanıtsa da, daxili dünyamda hər zaman atamın adını daşıyan o qürurlu qızam.

*İnsan sərrafı, yoxsa söz sərrafı olmaq çətindir* ?

İnsan sərrafı olmaq müqayisəolunmaz dərəcədə daha çətindir. Sözü cilalamaq, ona bədii libas geyindirmək və poetik formaya salmaq mütaliə, təcrübə və duyğu zənginliyi ilə mümkündür. Lakin insanın mürəkkəb daxili dünyasını, gizli niyyətlərini və dərinliklərini kəşf etmək böyük həyat təcrübəsi, səbir və fərasət tələb edir. Söz xəyanət etmir, amma insan duyğuları bəzən aldadıcı ola bilir.

*Güzgü kimi əksinizə dönən şeirləriniz olub?*

Bəli, yaradıcılığımda elə misralar var ki, onlar birbaşa ruhumun boy-buxununu göstərən büllur güzgüdür. Bəzən insan özünə belə etiraf edə bilmədiyi kədəri, nisgili və ya sevinci şeirin dililə ifadə edir. Həmin misralara aylar, illər sonra baxanda öz daxili aləmimlə üz-üzə dayanır və həqiqi hisslərimin əksini orada aydın görürəm.

*Ədəbi tənqidçi kimi öz yaradıcılığınıza qarşı hansı tənqidi münasibət bəsləmisiniz?*

Öz yazılarıma hər zaman tərəfsiz və tələbkar bir gözlə baxmağa çalışıram. Ədəbiyyatşünaslıq təfəkkürü mənə öz emosional misralarıma soyuqqanlılıqla yanaşmağı diktə edir. Bəzən böyük həyəcanla yazdığım bir şeiri saatlar sonra bir tənqidçi gözü ilə oxuyub, bədii yükünün zəif olduğunu gördükdə misraları tərəddüdsüz cilalayır, bəzən də tamamən yenidən işləyirəm. Özünəqarşı obyektivlik sənətdə inkişafın yeganə yoludur.

*Ədəbi və elmi təhlilləriniz yazdığınız şeirləriniz qədər doğmadırmı sizə?*

Hər ikisi mənim daxili dünyamın fərqli təzahürləridir. Şeir ruhumun qəfil alovlanan duyğusu, fəhmi və nəfəsidirsə, elmi-ədəbi təhlillər təfəkkürümün, məntiqimin və tədqiqatçı zəhmətimin bəhrəsidir. Biri qəlbimin, diğəri isə ağlımın məhsuludur; bu səbəbdən hər ikisi mənə eyni dərəcədə əziz və doğmadır.

*Cəlilabad ədəbi mühitinin xanım siması kimi tanınmaq sizdə hansı hisslər yaradır?*

Bu, ilk növbədə böyük şərəf, eyni zamanda böyük məsuliyyətdir. Zəngin ədəbi-mədəni ənənələri olan bir bölgədə xanım ziyalı kimi qəbul olunmaq, sözünə və mövqeyinə hörmətlə yanaşılması insana qürur verir. Bu ad mənə həm də hər addımımda, hər yazımda və ictimai fəaliyyətimdə daha diqqətli, nümunəvi və alicənab olmaq məsuliyyətini yükləyir.

*Uğurlarınızın arxasında duran əsas səbəblər* ?*

Bu yolda ən böyük dayağım sarsılmaz inamım, zəhmətkeşliyim və köklərimə olan bağlılığımdır.
Ailəmdən aldığım mənəvi tərbiyə və ədəbi mühit.
Qarşıya qoyulan hədəflərə doğru yorulmadan, fasiləsiz çalışmaq.
İstər sinifdə, istərsə də masa arxasında gördüyüm hər bir işə qəlbimi qoymağım.

*Pedaqoq kimi yetişdirdiyiniz gənclikdə hansı potensialları görürsünüz?*

İndiki gənclik analitik düşüncəyə, geniş dünya görüşünə və yüksək mənimsəmə qabiliyyətinə malikdir. Mən onların gözlərində həm milli dəyərlərə sadəqət, həm də müasir dünyaya inteqrasiya etmək istəyini görürəm. Düzgün istiqamətləndirildikdə, onlar təkcə ədəbiyyatda deyil, cəmiyyətin hər bir sahəsində böyük uğurlara imza atmaq gücündədirlər.

*Müəllim olmaq, yoxsa ədəbiyyat adamı olmaq – hansı sizə daha yakın və çətindir?*

Müəllimlik və ədəbiyyat adamı olmaq mənim üçün bir-birini tamamlayan iki ruhdur.
Ədəbiyyat adamı olmaq ruhuma daha yaxındır, çünki bu, mənim daxili azadlığım və özünüifadə formamdır.
Müəllimlik isə müqayisə olunmaz dərəcədə çətindir. Çünki müəllim təkcə biliyi ötürmür, həm də canlı bir insanın taleyinə, şəxsiyyətinə və gələcəyinə cavabdehlik daşıyır.

*İlham pəriniz ilə yola getmədiyiniz vaxtlar olur?*

Əlbəttə, ilham hər zaman əmrə müntəzir olmur. Bəzən həftələrlə susur, ən sakit anlarda isə qəfil qapını döyür. İlham pərimin küsdüyü və ya uzaqlaşdığı vaxtlarda onu məcbur etmirəm; sadəcə mütaliəyə, sükutuma və elmi təhlillərimə sığınaraq onun geri dönəcəyi anı təmkinlə gözləyirəm.

Hazırladı
Atlaz Rzayi
Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və "Nizami Gəncəvi" Fəxri Diplomları,
“Ziyadar” Mükafatı, TYB-nin xüsusi Ödülü, "Tomris" və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair.

Son xəbərlər

CƏLİLABADIN GƏNC ŞAİRƏSİ — HİCRAN ƏHMƏDLİ - FOTOLAR

Üç ürəyə bir ad günü sevinci - FOTOLAR

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

PÜSTƏ RƏVAN : DOST KİMİ SEVƏCƏYƏM MƏN

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"MÖCÜZƏLİ NAFTALAN"

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

*Aydan Ələkbərli, yoxsa Aydan Nizami qızı? Hansı daha çox tanıdır sizi* ?

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Məşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü

Media: İranın Xark adasında partlayış olub

Atlaz Rzayi : Cənub bölgəsinin gözü, Vətənim - FOTO

Vahid Çəmənli : Təpədən dırnağa ağdamlı - FOTO

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Qəzənfər Məsimoğlu : GÜLƏ-GÜLƏ GƏLDİ PAYIZ - FOTO

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930