Xəbərlər
5.09.2026, 11:47
Atlaz Rzayi : Cənub bölgəsinin gözü, Vətənim - FOTO

Tarixin qədimdir, ey doğma Vətən.
Tunc dövrü, Mis dövrü yaşıdın sənin.
Ulu Həməşəra, doğma Hasıllı
Bu gün də özündə yaşadır səni.
Sıldırım qayadan Qazan köşkü də
Əl edir tarixin sirli üzünə.
Həməşəratəpə yaşayış yeri
Bu günün, sabahın baxır gözünə
Hər gün yenilənib qol-qanad açır,
Süzür səmalarda yeni həvəslə.
Yenə də sabaha o şanlı tarix
Başlayıb yazmağa yeni nəfəslə.
Mişarçay, İncəçay, Göytəpəçayı
Nur verib yurdumuz Cəlilabada.
Cənub bölgəsinin gözü, Vətənim,
Qurbanam səndəki o məğrur ada.
P.S. fotolar doğma Həməşəra səhifəmizə məxsusdur...

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





