Həyat bizi hər zaman yaxşı insanlarla qarşılaşdırmır. Həyat tərəzisinin tarazlığı yaxşılıqların vəhdətindən təşkil olunub.

Bu vəhdəti yaradan insanlardan biri də Cəlilabad ədəbi mühitinin tanınmış siması, öz yaxşı əməlləri ilə sayılıb-seçilən dəyərli qardaşım ilqar İsmayılzadədir. Mən İlqar müəllimi ilk dəfə " Həməşəra" ədəbi məclisinin üzvü olarkən tanımışam. Zaman insanları ya bir-birinə yaxın edir, ya da uzaqlaşdırır. İlqar müəllimi özündən əvvəl öz sadəliyi, qəlbigenişliyi bizə təqdim edib, kimliyindən söz açırdı . Mən bir müddətdən sonra ilqar müəllimin öz təşəbbüsü ilə yaratdığı bizim hər birimizin doğma ocağı olan "Həməşəra" səhifəsinin üzvü oldum. Mən bu səhifə ilə sadəcə tanış olmadım. Bu böyük səhifə həyatımda böyük dönüşlər etdi. İlqar qardaşımın "Həməşəra" səhifəsi ilə yanaşı doğma elimizə - Cəlilabada xidmət göstərən "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktorudur. İlqar müəllim özünün getdiyi hər yola, hər zirvəyə bizi də özü ilə bərabər aparır. Təmənnasız yaxşılıq etmək hər insanın işi deyil. Cənub bölgəsində Cəlilabad ədəbi mühitinin nümayəndələrini öz qanadları altına alaraq yaşından, mövqeyindən, vəzifəsindən asılı olmayaraq hər birimizə dəstək olur.
İlqar müəllim 25.02.2025- ci il tarixində respublika üzrə ilk dəfə olaraq Cəlilabad xanım yazarlarının əsərini toplayaraq "Qələm tutan incə əllər" layihəsini həyata keçirərək, kitab halına salmış və təqdimatını etmişdir. Hətta, bununla kifayətlənməyib daha bir ilkə imza ataraq bizləri
" Həməşəra" Fəxri diplomu ilə təltif etmişdir.
İlqar müəllim əqidəsində doğru olanların kimliyindən asılı olmayaraq hər kəsin yanında olmuş,
neçə - neçə kitab təqdimatlarının təşkilatçısı və aparıcısı olmuşdur. Uğurlarını saymaqla bitməz İlqar qardaşımın. İlqar müəllim daha böyük bir ilkə imza ataraq "Turan ellərinin söz çələngi" adlı layihə ilə önümüzə gələrək bizləri - Cəlilabad ədəbi mühitinin yazar və şairlərini bu böyük layihədə bir daha birləşdirib. "Turan Yazarlar Birliyinin" və idarə heyətinin üzvü olaraq da dəstəyini bizdən əsirgəməyib. Öz zəmanəti əsasında neçə - neçə yazara, şairə "Turan Yazarlar Birliyinin" üzvü olmağı və "Turan Yazarlar Birliyinin" ödülünü almağa dəstək olmuşdur.
Bəli, mən əziz qardaşım haqqında daha çox yaza bilərəm . İlqar müəllim 150 - dən çox kitabın müəllifi olsa da onlardan 54-ü işıq üzü görmüşdür. Ərəb və Fars dillərindən Azərbaycan dilinə çevirdiyi 30 - a yaxın kitabın tərcüməçisi , 200-dən çox müxtəlif mövzularda yazdığı elmi məqalənin müəllifidir. İlqar müəllimin yazdığı şeirləri də xüsusi qeyd edirəm. İlqar İsmayılzadə AJB, AYB və TYB-nin üzvü, və eyni halda TYB-nin idarə heyətinin üzvü, "Ziyadar" ,"Qızıl Qələm" və "Zəfər" Media mükafatları laureatıdır. Eləcə də "Turan Yazarlar Birliyinin" sədri Niftalı Göyçəli müəllim tərəfindən " Turan Yazarlar Birliyinin" ödülü ilə təltif edilmişdir.
Sizə can sağlığı arzulayıram, əziz ilqar qardaşım. Uğurlarınızla zirvədə olun hər zaman. Bu sizə çox yaraşır.

Son xəbərlər

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nigar Fərhadın əri həbs edildi

Məşhur cütlüyün nişan üzüklərinin qiyməti diqqət çəkdi - FOTO

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

BİR ABIRLI İNSAN KÖÇDÜ DÜNYADAN - OQTAY KƏRİMOV... FOTİLAR

Ömrün ən müdrik və gözəl zirvəsi - FOTO

Macarıstan məktubları.. - FOTO

1 MİLYON TİRAJLI "SƏHƏR" QƏZETİNİN İŞIĞI

Beynəlxalq İşıqfor Günü...

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Rusiya Kiyevə hücumda kasetli döyüş sursatlarından istifadə edib

Şakira həmin uşaqları evində qonaq etdi - Fotolar

8 il sonra ekranlara qayıdır - Fotolar

ZAMANIN SINAĞINDA ÖZLƏRİNƏ MƏNƏVİ QALA QURMUŞ ZİYALILAR - FOTO

Yol polisi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

POEZİYADA HİKMƏTİN NƏFƏSİ (NİCAT ƏRTÜRK YARADICILIĞININ BƏDİİ-ESTETİK XÜSUSİYYƏTLƏRİ)

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31