Dünyaşöhrətli müğənni Şakira Uqandanın məşhur “Ghetto Kids” rəqs qrupunun üzvlərini evində qonaq edib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, müğənni bununla bağlı “Instagram” hesabında paylaşım edərək uşaqlarla keçirdiyi günləri unudulmaz adlandırıb.

“Son bir neçə gün sözlə ifadə edilə bilməyəcək qədər böyük sevgi ilə dolu keçdi.

Sizi həyatınızda ilk dəfə çimərliyə apardım və hər gün ailəmizlə, dostlarımızla birlikdə vaxt keçirdik. Haraya getsəniz, oranı necə dəyişdirdiyinizi və qarşılaşdığınız hər kəsin qəlbinə toxunduğunuzu heyranlıqla izlədik.

Sizinlə vidalaşmaq çox çətin idi. Çünki siz sevgini həm verməyi, həm də qəbul etməyi indiyədək görmədiyim şəkildə bacarırsınız. Bu, günlərimizi daha işıqlı etdi və bizə göstərdi ki, ürəyimizi açdıqda əsl möcüzələr baş verir.

Siz bizə sübut etdiniz ki, haradan gəlməyimizdən, nəyə sahib olmağımızdan və ya nəyimizin çatışmamasından asılı olmayaraq, bir-birimizi sevə bilərik.

Fərqli qitədə doğulsanız, başqa mədəniyyətdə yaşasanız və başqa dildə danışsanız belə, sizi artıq öz övladlarım kimi sevirəm. Sizinlə keçirdiyim vaxt mənə bir daha xatırlatdı ki, dünyadakı hər bir uşaq öz övladımız kimi sevilməli və qayğı görməlidir.

Uşaqlar bu dünyaya anaları və ataları vasitəsilə gəlirlər, amma onların xoşbəxtliyi hamımızın məsuliyyətidir.

İvan, Riki, Cozef, Brayton, Keşa, Cojo, Siara və Ketra, özünüz olduğunuz və bizə həyat, sevgi və insanlıq haqqında ən dəyərli dərsləri öyrətdiyiniz üçün təşəkkür edirəm. Sizi həmişə və əbədi olaraq sevəcəyik!”, - o qeyd edib.

Xatırladaq ki, Uqandanın paytaxtı Kampala şəhərində yaradılan bu qrup əvvəllər “Triplets Ghetto Kids” adı ilə fəaliyyət göstərib. Dünya çempionatının final şousunda “Ghetto Kids” dünyaşöhrətli müğənni Şakiranın “Burna Boy” ilə ifa etdiyi “Dai Dai” mahnısı zamanı müğənni ilə birlikdə səhnəyə çıxaraq rəqs edib.

Bildirilib ki, qrup Şakiranın dəvəti ilə final mərasiminə qatılıb və çıxışdan əvvəl məşqlərdə iştirak edib.













Son xəbərlər

Rusiya Kiyevə hücumda kasetli döyüş sursatlarından istifadə edib

Şakira həmin uşaqları evində qonaq etdi - Fotolar

8 il sonra ekranlara qayıdır - Fotolar

ZAMANIN SINAĞINDA ÖZLƏRİNƏ MƏNƏVİ QALA QURMUŞ ZİYALILAR - FOTO

Yol polisi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

POEZİYADA HİKMƏTİN NƏFƏSİ (NİCAT ƏRTÜRK YARADICILIĞININ BƏDİİ-ESTETİK XÜSUSİYYƏTLƏRİ)

Bu dəfə ekrana aktyor kimi çıxmayacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Gizli şəkildə evləniblər? - Fotolar

Niyə hamı bloqer olmaq istəyir - Məşhurluq arzusu, yoxsa çıxış yolu? - ARAŞDIRMA

Tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31