Elçin NƏSİB

Alimlər müəyyən etmişlər ki, çəkilən hər bir ədəd siqaret insan həyatını 15 dəqiqə qısaldır.


Hələ qədim zamanlardan tütün çəkərək insanların könüllü şəkildə özlərini zəhərləmələri bir çox xalqlar arasında yayılaraq möhkəmlənmiş, vərdiş şəklini almışdır. Nəticədə tütündən istifadə etmək vərdişi elə bir zərərli hal şəklini almışdır ki, hazırda onunla mübarizə problemə çevrilmişdir. Məlum olduğu kimi, tütün tüstüsündə çoxlu zəhərli maddələr vardır ki, onlar da insan orqanizminə mənfi təsir göstərir, gec-tez müəyyən bir vərdişlərin əmələ gəlməsinə səbəb olur. Papiros çəkməyə adət etmək bədənə çox ziyanlıdır. Xüsusilə o adamlara ki, onlarda təngnəfəslik halları vardır. Siqaret çəkmək həm də insanı kəmhövsələ, tez inciyən, tünd xasiyyətli edər, iştahanı azaldar, ağızda xoşagəlməz iy törədər, dişləri qaraldar, cibi də boşaldar. Papiros çəkən təkcə özünə deyil, ətrafdakılara da ziyan vurur. Siqaret çəkilmiş mənzildə bir saat vaxt keçirən adam 4 siqaret çəkmiş adam kimi zəhərlənir. Siqaret çəkənin qohum-əqrabaları və yaxın adamları onun bu günahı üzündən tez-tez “passiv çəkənlər” vəziyyətinə düşürlər. Beləliklə, bir nəfərin papiros çəkməsi bir çox adamı zəhərləyir.

Alimlər müəyyən etmişlər ki, çəkilən hər bir ədəd siqaret insan həyatını 15 dəqiqə qısaldır. Bu isə orta hesabla insan ömrünün 8,8 il azalması deməkdir. Yer kürəsi hər 30 saniyədə siqaret çəkdiyinə görə xəstələnmiş bir nəfəri itirir. İl ərzində 2,5 milyon adamı əcəl tüstüsü qəbrə aparır. Həkimlərin rəyinə görə, xərçəngə tutulanların 30, ürək ağrılarından əziyyət çəkənlərin isə 40 faizində xəstəliyin əsas səbəbi siqaret çəkməklə bağlıdır.
Siqaret çəkmək xüsusilə uşaqlar və yeniyetmələr üçün olduqca təhlükəlidir. Bu, məktəblilərin normal rejimini nəinki nikotinin yalnız mərkəzi sinir sisteminə təsirinə görə pozur, həmçinin onlarda vərdiş nəticəsində dərs zamanı papiros çəkmə meyli yaradır. Belə məktəblilər adətən zehni, əqli qabiliyyətlərinə görə başqalarından geri qalır, pis oxuyur, intizamsız olurlar.
Məlumdur ki, insan həyatı üçün böyük bədbəxtliyə səbəb olan bütün adətlər və vərdişlər həddi-büluq və ya yeniyetmə yaş dövrlərində öz təməlini qoyur. Bu dövrlərdə yeniyetmələrdə başqa cinsə maraq yaranır. Oğlanlar siqaret çəkməyi guya kişilik rəmzi bilib özlərini qızlara kişi kimi qələmə verirlər. Bəlkə də sonradan adət olaraq siqaret çəkən olmalarını heç ağllarına da gətirmirlər. Amma hər şey təkrar olunmaqla vərdiş halını aldığından siqaret çəkmək kimi adətin düşkünü olurlar. Düzdür, evdə valideynlər, bir sıra məktəbdə müəllimlər belə halların qarşısını almaq, yeniyetmə gəncləri zərərli vərdişlərdən kənarlaşdırmaq üçün ardıcıl və məqsədyönlü iş aparırlar. Amma çox təəssüf ki, həmişə belə olmur. Məktəblərin birinə getmişdim. Şagird cibindən bahalı siqaret çıxarıb çəkirdi. Birini də müəlliminə vermişdi. Müəllimi siqareti tezcə damağına qoydu. Şagird alışqanla yandırdı. Başladılar müəllimlə şagird birlikdə siqaret çəkməyə. Sonra müəllim siqaret qutusunu alıb baxdı və öz cibinə qoydu. Şagirdinə dedi ki, sən özünə başqasını alarsan.
Vaxtilə siqaret çəkənlərin çoxu indi buna adət etdiyindən çox peşmandırlar. Bir tələbə yoldaşım vardı. Birinci kursda siqaret çəkmirdi. Siqaret çəkənlərdən də xoşu gəlmirdi. Sonralar hərdən onun damağında papiros görürdüm. Bir dəfə söhbət zamanı bildirdi ki, siqareti nişanlıma görə çəkirəm. İstədiyim qız deyir ki, əsl kişi gərək siqaret çəksin. Tələbə yoldaşımla indi də əlaqə saxlayıram. Bakıya yolum düşəndə onlara gedirəm. Xanımı əvvəllər onu siqaret çəkməyə məcbur etməsini gəncliyinin səhvi adlandırır və bütün peşmançılığını çəkir. Tələbə yoldaşıma siqareti heç cürə tərgidə bilmir.
Təkcə tələbə yoldaşımın xanımı deyil, mən sorğu apardığım bütün qadınlar siqaret çəkməyin əleyhinədirlər və bunu yaxşı hal hesab eləmirlər. Mən sorğu apardığım siqaret çəkənlərin hamısı papirosu tərgitmək istəyirlər. Bu zərərli vərdişdən yaxa qurtarmağa çalışırlar.
Siqaret çəkmək başqa peşmançılıqlara da səbəb olur. Qiyabi təhsil almış bir tanışım var. Hər dəfə rayondan Bakıya imtahan sessiyasına gedəndə mehmanxanada qalırdı. Çox qonaqpərvər insandır. Otağı həmişə adamla dolu olurdu.

Bir dəfə mənə danışdı ki, mehmanxanada bir məclis təşkil eləmişdim. Bəzi qonaqları özüm çağırmışdım, bəziləri də dəvətsiz gəlmişdilər. Məclis qızışmışdı. Kimini tərifləyib göylərə qaldırır, kimini də bərk tənqid edirdik. Deyib-gülüb şənlənirdik. Bir-birinin ardınca gözəl sağlıqlar deyirdik. İçəri tüstü ilə elə dolmuşdu ki, deyirdin çarpayının və stolun altında nəm odunlardan ocaq qalanmışdı. Hamı çıxıb getdi. Amma qonaqlardan biri getmək bilmirdi. Məni yuxu basırdı. Qonaq isə elə hey danışır, danışrdı. Çarəm nə idi. gözümdən yuxu tökülsə də qonağın çərənləməsinə qulaq asırdım. Nə deyirdi razılaşırdım ki, təki tez çıxıb getsin. Lakin mən razılaşdıqca qonaq da cuşa gəlirdi. Keçirdi təzə söhbətə.
Tanışım deyirdi ki, məni narahat edən yuxumun pozulmağı yox, qonağın siqareti siqaretə calamağı idi. Qonaq siqaret kötüklərini də hara gəldi atırdı. Pərdələrə, stulun söykənəcəyinə, çamadanıma, stolun üstünə səpələnmiş kağızlarıma basıb söndürürdü.
Əlqərəz, tanışımı yuxu basır. Qonağın getməyindən xəbəri olmur. Gecənin bir aləmində gözlərinin dəhşətli ağrısından ayılaraq görür ki, tüstü onu boğur. Tanışımın köynəkləri yanıbmış. Mehmanxanadakı xalça, pəncərə pərdələri, stul, parket də od tutubmuş. Çətinliklə də olsa odu söndürür. Amma od da onu əməll-başlı xərcə salır. Mehmanxanada yanan şeylərə görə akt bağlayıb ondan böyük bir məbləğ alırlar. Özü isə xəstəxanaya düşür. Lənətə gəlmiş papiros kötüyü tanışımın başına bax, belə oyun açmışdı.
Yəqin ki, çoxunuz müşahidə etmisiniz. Məktəb yaşlı uşaqlar tez-tez soruşurlar:”Əmi, siqaretin var?”. Və yaxud küçələrdə, tində-bucaqda siqaret çəkən nə qədər uşaqlara rast gəlmək olur. Uşaq qəlbi mum kimi olur. Hər bir şəklə asanlıqla düşür. Müqəddəs dinimizə görə, uşaqlara düzgün təlim-tərbiyə versək onlar xoşbəxtliyə qovuşarlar. Beləliklə, bu xoşbəxtlikdən ata-ana və müəllimə də pay düşür. Və yaxud əksinə, uşaqları düzgün yola gətirməsək onlar bədbəxt olurlar. Onun da günahı ata-ana və müəllimə da yazılır. Unutmaq olmaz ki, uşaq vaxtı verilən tərbiyə daş üstə yazılmış yazıya bənzəyir. Heç zaman itmir. Bəzən uşağa düzgün tərbiyə verilmədiyindən o, zərərli vərdişlərə tez aludə olur. Bir də görürsən ki, uşaq mağazaya girdi, siqaret alıb qoydu damağına. Ticarətçilər məgər bilmirlərmi ki, Azərbaycanda 18 yaşına çatmamış şəxslərə siqaret satışı qanunla qadağan edilmişdir?
Yuxarıda qeyd etdm ki, siqaret həm də cibi boşaldır. Təxminən 50 yaşlarında olan bir nəfərlə söhbət zamanı mənə dedi ki, tüstüyə iki bahalı maşının pulunu vermişdir. Bu zərərli vərdişə düçar olanlar çox vaxt özləri də etiraf edirlər ki, pulumuz qurtaranda siqaretə görə başqalarına ağız açanda xəcalət çəkirik.

Çoxumuz siqaret çəkirik. Bəs davranış qaydalarını necə, bilirikmi? Bəziləri siqaret çəkərək tüstünü yanında oturanın, söhbət etdiyi adamın sifətinə üfürürlər. Siqareti ağzından çıxarmamış əl verib görüşürlər. Elələri də vardır ki, yanında əyləşənin tüstünün ona pis təsir etdiyini bildirməsini gözləyirlər. Buna qədər siqareti o ki var çəkir, yanındakını da zəhərləyirlər.
Sivilizasiyalı yerlərdə siqaret yandırmazdan əvvəl stol arxasında oturanlardan, xüsusilə qadınlardan icazə istəyirlər. Ümuiyyətlə, çox yerlərdə qadın olan məclisdə siqaret yandırmırlar.
Bəs biz niyə bu bəladan birdəfəlik qurtara bilmirik. Həkimlərin fikrincə, ən başlıca mübarizə yolunu hər kəs özündə axtarmalıdır. İnsan iradəsi siqaretdən yaxa qurtarmağın ən doğru yoludur. Bəli, insanda iradə çox vaxt ən təsirli dərman rolunu oynayır. İradənin gücü sağlamlığın gücüdür. Bu dərman tələb edir ki, müntəzəm təmrinlər yolu ilə onu toplayasan. Bu yolda vaxtı əsirgəməyəsən. Əvəzində qat-qat artıq faydasını görərsən.

Son xəbərlər

Daşdəmir ƏJDƏROĞLU : Əziz dostum, qələmi səmimiyyət, xisləti nur olan Xəyalə xanım! Doğum günün mübarək olsun!

Simran HƏSƏNOV - 70 - FOTOLAR

İradə varsa, insan özü də vardır, yaxud əcəl tüstüsündən yaxa qurtarmaq mümkündürmü?

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Təəccübdən təbəssümə…

Səssiz ziyalılıq

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Sabah Azərbaycanda yağış yağacaq

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31