Novruzəli Aslanov
Milli Məclisin deputatı

“Laçın rayonunun coğrafi mövqeyi tarixən böyük strateji əhəmiyyət kəsb edib. Buna görə də 1992-ci il may ayının 18-də Ermənistan silahlı qüvvələri tərəfindən bu rayonun işğal edilməsi bütün Azərbaycan xalqı üçün böyük faciə idi. Məsələ bundadır ki, məhz bu işğaldan sonra Ermənistanla keçmiş qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” arasında coğrafi əlaqə yaradıldı. Öz növbəsində bu vəziyyət də daha çox Azərbaycan ərazilərinin zəbt olunmasına yol açdı. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qoyuldu. Həmin dövrdə 300 nəfərdən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan dövləti işğal dövründə Laçına Yaxın Şərqdən dəvət etdikləri erməniləri bu ərazilərdən qovulmuş azərbayvanlıların evlərində yerləşdirməklə qanunsuz məskunlaşma aparmış və bununla daha bir hərbi cinayətə imza atmışdı. Vətən müharibəsindən sonra azad edilmiş ərazilərə gələn hər kəs erməni vandalizminin təzahürlərinin şahidi oldu. Lakin Azərbaycan bu zülmü yerdə qoymadı. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində tarixi ədalət bərpa edildi. Dövlətimiz öz ərazilərini azad etmək üçün ədalətli müharibə apardı, öz torpaqlarında savaşdı və qalib gəldi. Şanlı ordumuz 44 gün ərzində ancaq irəli gedərək tarixi Qələbəni əldə etdi və öz gücünü bütün dünyaya göstərdi. Bu şanlı Zəfər nəticəsində 2020-ci ilin dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi. Azərbaycan öz möhtəşəm qələbəsini həm hərbi, həm də siyasi müstəvidə təmin etdi.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən millət vəkili daha sonra tarixi Qələbəmizin əbədiləşdirilməsi məqsədilə dövlət tərəfindən görülən tədbirlərin önəmini vurğulayaraq bunları söyləyib: “Artıq altıncı ildir ki, işğaldan azad olunmuş bütün digər ərazilərimiz kimi, Laçın da düşmən tapdağından qurtulmuş, özünün əsil sahiblərinə qovuşmuşdur. 2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlıların 31 ildən sonra öz doğma yurdlarına qayıdaraq yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunu bir daha bütün dünyaya nümayiş etdirir. Tarixi dəyişdirmək cəhdləri ermənilərin hər zaman ən çox istifadə etdikləri üsullardan olub. Belə hallara gələcəkdə yol verilməməsi üçün Azərbaycan dövləti bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü addımlar atır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Həmçinin dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Məhz həmin Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olunub. Həmçinin işğaldan azad edilmiş bütün şəhərlərimizdə olduği kimi, Laçın şəhərində də İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park salınır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunun yüksəlməsinə mühüm töhfədir. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Bütün bu tədbirlər bundan sonra erməni yalanlarının bir də heç zaman tarixi faktları təhrif edə bilməyəcəyinə ən möhkəm zəmanətdir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.

Son xəbərlər

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Azərbaycan nefti cüzi bahalaşıb

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sabah yağış yağacaq, güclü külək əsəcək

Vətəndaşlara 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib

Qızıl almaq istəyənlərin nəzərinə

Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

SEVGİ DÜNYANI GÖRÜNMƏDƏN İDARƏ EDƏN QÜVVƏDİR

BAŞKƏND YOLUNDA: MUTUDƏRƏNİN SƏNGƏRLƏRİNDƏ

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31