Xəbərlər
11.08.2026, 23:32
Daşdəmir ƏJDƏROĞLU : Əziz dostum, qələmi səmimiyyət, xisləti nur olan Xəyalə xanım! Doğum günün mübarək olsun!
Bu qarmaqarışıq dünyada hər adam yazı masasının arxasında otura bilər, amma hər adam o masadan xalqın içinə, həqiqətin düz gözünə dik bakan işıqlı cığır sala bilməz. Sən jurnalistikaya, sadəcə, bir peşə kimi deyil, bir ləyaqət imtahanı kimi yanaşan, yazdığı hər sətirdə xanım nəzakətini və insanlıq ismətini qoruyan o özəl imzalardansan.
Mənim üçün sənin dostluğun həyatın ən etibarlı və hüzurlu limanlarından biridir. İnsan xarakterinin tez-tez sınağa çəkildiyi bu dövrdə, sənin kimi sözü bütöv, qəlbi təmiz və varlığı ilə ətrafa pozitiv enerji saçan bir rəfiqə dost qazanmaq böyük tale payıdır. Sənin o nurlu təbəssümün, hadisələrə səmimi baxışın və dostluqdakı fədakarlığın bu həyatda mənim ən böyük şanslarımdandır.
Sənə bu yeni yaşında ilk növbədə sarsılmaz cansağlığı, qadın xoşbəxtliyi və tükənməz yaradıcılıq enerjisi arzulayıram. Qələmin hər zaman iti, yazdıqların işıqlı, oxucuların daim sadiq olsun. Həyat kitabının bu yeni fəsli sənə və sevdiklərinə ancaq hüzur, uğur və bitib-tükənməyən sevinclər gətirsin. Yaxşı ki varsan, yaxşı ki mənim dəyərli dostumsan!

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay