Xatirə İsnmayılova,
şəhid anası

Uşaq olanda yeni insanları tanımaq bizə maraqlı gələrdi. Hər kəsi tanımaq üçün can atardıq.Uşaq boyumuzla yuxarı baxanda üzündə təbəssüm gördüyümüz hər insanı yaxşı sanardıq.Elə bilərdik ki,insanların hamısının qəlbi saf , niyyəti təmizdir.
Böyüdükcə insanları tanıdıq….
Tanıdıqca anladıq ki ,hər gülən üzün arxasında xeyirxah əməl , hər deyilən sözün arxasında səmimiyyət dayanmır.Bəzən ən güvəndiyin insanlar səni incidir, ən gözəl sözlər ən çirkin əməlləri pərdələmək üçün istifadə oluna bilir.
Və bir zaman gəlir ki , insanlardan qaçmağa , öz təkliyinə və öz tənhalığına sığınmağa başlayırsan.
Amma müdrikləşdikcə başqa bir mərhələyə keçirsən….
Artıq heç kəs səni təəccübləndirmir.Nə insanların pisliyi , nə nankorluğu , nə anlamamazlığı ..
Anlayırsan ki , hər kəsin özünəməxsus xarakteri , xisləti var.Sən istəsən də, istəməsəndə bu belədir…
Anlayırsan ki ,kim içində nə daşıyırsa sənə onu da təqdim edir.
Və bir gün görürsən ki ,səni vaxtı ilə incidən , qəlbini qıran davranışlar sənə boş , mənasız və gülünc gəlir.
Anlayırsan ki , özün artıq bütün bunları qavrayacaq qədər böyümüsən , müdrikləşmisən.
Və bir də anlayırsan ki ,kiminsə pisliyinin sənin ruhunu bulandıracaq qədər təsiri qalmıyıb.
Bəlkə də böyümək insanlardan qaçmaqdır,müdrikləşmək isə hər kəsi olduğu kimi qəbul edib yoluna davam etməkdir.
Haşıyə: Mən balaca olanda yanımda olan uşaqları göstərib deyərdim ki , bunlar mənim dostumdur. Anam isə qaşlarını çatıb deyərdi ki , insanın heç vaxt çox dostu olmur , dost ya bir olar ya iki… Anlamazdım anamı , hətta ürəyimdə etiraz da edərdim…
Böyüdükcə anladım ki , dostluq üçün çox sınaqlardan keçmək lazımdır … Dostluq qazanmaq ,işlətmək həqiqətən asan iş deyil..
Bir də nənəm rəhmətlik deyərdi : Bala, kim səndən nə soruşsa , “salam “, “sağ ol “,”bilmirəm” de , bu üç kəlmədən başqa heç nə ..
indi artıq nənəmi də çox yaxşı anlayıram …
Hə , həyat ən amansız müəllimdir, öyrətdiklərinin əvəzində ömründən - günündən pay alır.
Ona görə də böyümüş böyüklərə də qulaq asmaq lazımdır.
Allah köməyimiz olsun !

Son xəbərlər

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Təəccübdən təbəssümə…

Səssiz ziyalılıq

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Sabah Azərbaycanda yağış yağacaq

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Azərbaycan nefti cüzi bahalaşıb

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sabah yağış yağacaq, güclü külək əsəcək

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31