Xəbərlər
30.08.2026, 22:42
AKİF CƏFƏRLİ İLƏ BAĞLI BİR XATİRƏ VƏ XATİRƏ İŞIĞINDA ONUN YARADICILIĞINA BİR BAXIŞ...
Hər dəfə Akif Cəfərlinin imzasına rast gələndə təxminən 1995-ci ildən sonrakı günlər yadıma düşür. Həmin illərdə Xırdalan qəsəbəsində yaratdığım və beş ildən artıq fəaliyyət göstərdiyim “GÜNAY” Kabel Studiyasının verilişlərini efir vasitəsilə yayımlamaq üçün lazımi lisenziyanı almaq məqsədilə tez-tez Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinə gedirdim.
O dövrdə yeni-yeni formalaşan kabel studiyalarının yaradılması üçün icazə Rayon Zəhmətkeş Xalq Deputatları Sovetindən, yəni Rayon İcraiyyə Komitəsindən alınsa da, verilişlərin efirə buraxılması üçün ayrıca Rabitə və Mətbuat və İnformasiya Nazirliyindən icazə almaq tələb olunurdu.
Həmin vaxt Mətbuat və İnformasiya naziri çox gözəl insan, dəyərli ziyalı və hörmətli şairimiz Sabir Rüstəmxanlı idi. Təəssüf ki, yaratdığım kabel studiyasının efirə çıxması üçün tələb olunan bəzi texniki avadanlıqları tam təmin edə bilmədiyimdən fəaliyyətə başlamağıma icazə verilmədi.
Bundan sonra müstəqil qəzet qeydiyyatdan keçirmək qərarına gəldim. Elə həmin günlərdə Sabir müəllimin yerinə başqa bir dəyərli ziyalımız — Sirus Təbrizli bu vəzifəyə təyin olunmuşdu.
O vaxtlar yaxından tanıdığım, “Respublika” ekologiya qəzetinin əməkdaşı Teyyub Məmmədli ilə də çox yaxın münasibətlərimiz vardı. Bir dəfə şəhərdə Teyyub müəllimin yanında mənimlə həmyaşıd görünən bir gənclə rastlaşdım. Tanış olduq. Bu gənc Akif Cəfərli idi.
O gündən başlayan tanışlığımız illər keçdikcə möhkəmləndi və bu günə qədər qarşılıqlı ehtiram və hörmət üzərində davam edir.
Bəlkə də, illər sonra bir imzanın insanın yaddaşında bütöv bir dövrü, bir mühiti və bir sıra unudulmaz insanları canlandırması həyatın ən maraqlı təsadüflərindən biridir...
Elə həmin vaxt Teyyub müəllim Akif müəllimlə tanışlığımız zamanı onun gözəl şeirlər yazdığını da söyləmişdi. O illərdə, indiki kimi sosial şəbəkələrin geniş auditoriyası olmadığından, Akif Cəfərlinin şeirlərini əsasən dövri mətbuatın səhifələrində çap olunanda oxuya bilirdim.
Sonralar görüşlərimiz səngisə də, onun yaradıcılığını davam etdirdiyini qəzetlərdə çap olunan şeirlərindən, bəzən Teyyub müəllimlə söhbətlərimizdən, bəzən də Akif müəllimin özü ilə təsadüfi görüşlərimizdən öyrənirdim.
Son illərdə isə, demək olar ki, Akif müəllimlə görüşlərimiz tamamilə təsadüflərə çevrilmişdi. Amma Facebook-da paylaşdığı şeirlərini oxuyurdum və onun yaradıcılığını imkan olduqca izləyirdim.
Bu gün qarşıma onun “SƏN BELƏ GEDİŞLƏ GEDƏ BİLMƏZSƏN” şeiri çıxdı. Özüdə şeirin girişində belə bir ifadə yazıb: - "Elə gənclik vaxtından sözün düzün deyəndə belə deyirdilər."
Şeiri oxuyarkən Akif müəllimlə bağlı xatirələrim bir-bir çözülüb yaddaşımda canlandı. Onunla etdiyimiz söhbətlər, xüsusən də çılğınlığı, haqqsevərliyi, haqsızlığa və ədalətsizliyə dözümsüz münasibəti barədə danışdıqlarımız yadıma düşdü. Doğrusu elə ilk ağlıma gələndə bu oldu. Bəlkə də mən, o vaxtlar, - "Sən belə gedişlə gedə bilməzsən" - sözün haradasa ona demişəm...
Akif müəllim doğrudan da çılğın adam idi. Haqqın sahibinə verilməməsindən, ədalətin tapdanmasından heç xoşu gəlmirdi. Haqsızlıq görəndə susmağı bacarmırdı. Bəzən elə təsir bağışlayırdı ki, sanki içindəki etirazı sözə, şeirə və düşüncəyə çevirməsə, rahatlıq tapa bilməyəcək.
Elə bu şeiri oxuyanda düşündüm ki, sanki illər əvvəl onunla etdiyimiz söhbətlərdə söyləmək istədiyimiz, amma demədiyimiz fikirləri Akif müəllim bu gün şeirə çevirib.
Bəzən insanın yaddaşında bir ad, bir imza, bir şeir və ya təsadüfi bir görüş bütöv bir dövrü yenidən canlandırır. O dövrün insanları, söhbətləri, arzuları, mübarizələri və hətta deyilməmiş sözləri belə yaddaşdan boylanıb üzə çıxır.
Akif Cəfərlinin imzası bu gün mənim üçün belə bir yaddaş qapısı oldu. O qapını açıb, keçmiş xatirələrim lə baş-başa qaldım.
Həmişə bu imzanı görəndə yalnız bir şair yadıma düşmür. 1990-cı illərin sonlarında yaşadığımız o qaynar mətbuat mühiti, “GÜNAY” Kabel Studiyası ilə bağlı arzularım, qəzetçilik fəaliyyətimin ilk addımları, Sabir Rüstəmxanlı, Sirus Təbrizli, Teyyub Məmmədli və həmin illərin başqa dəyərli insanları da bir-bir yaddaşımda canlanır.
İllər keçir, insanlar dəyişir, yollar ayrılır, görüşlər azalır. Amma bəzi tanışlıqlar var ki, zaman onları köhnəltmir. Əksinə, illər keçdikcə həmin tanışlığın dəyəri daha aydın görünür.
Akif müəllimlə tanışlığımız da mənim üçün belə tanışlıqlardandır.
Və bu gün onun bir şeirini oxumağım mənə bir daha xatırlatdı ki, insanın həyatda qoyduğu iz bəzən özü qədər, hətta özündən də uzunömürlü olur.
Bəlkə də, həyatın ən gözəl təsadüflərindən biri elə budur. İllər sonra bir imza gözünə sataşır və həmin imza sənin yaddaşında bütöv bir dövrü, bir mühiti, bir dostluğu və unudulmaz insanları yenidən dirildir...
Akif Cəfərlinin xatirələrimi oyadan “Sən belə gedişlə gedə bilməzsən.” bu şeiri ictimai-satirik və etirazçı xarakter daşısada sanki bu şeir mənə onun öz şəxsi taleyindən danışırmış kimi göründü. Çünki, Akif Cəfərlini mən əslində haqqı deyən, əyilməyən, mövcud “qaydalara” uyğunlaşmayan bir insan, dost, şair kimi tanıyıram. O, bu şeiri ilə cəmiyyətdə qarşılaşdığı münasibəti öz iç dünyasının süzgəcdən keçirib oxucusuna öz için göstərir.
Şeirin başlığına çevrilən, “Sən belə gedişlə gedə bilməzsən.” cümləsi sadəcə bir xəbərdarlıq deyil. Şeirin daxilində bu ifadə sistemin, mühitin, ikiüzlü insanların haqq danışan adama verdiyi cavab kimi səslənir.
Şeirin elə ilk misrasından Akif Cəfərlinin iç dünyasının problemini açır. Axı, haqqı söyləməklə niyə “gedə bilməmək” hesab olunur?
Buradakı “gediş” sözünü yalnız hərəkət kimi yox, həyat yolu, mövqe, davranış tərzi kimi qəbul edilir.
Yəni şair deyir ki, düz danışsan, prinsipial olsan, ümumiyyətlə belə davransan, bu mühitdə irəliləyə bilməzsən. Şair burada “Xırda balıqları diri yedilər, Allah ol, bir çarə edə bilməzsən" misraları ilə şeirə çox kəskin satirik obraz gətirir. Burada “xırda balıqlar” yəni, zəifləri, gücsüzləri, özünü müdafiə edə bilməyənləri nəzərdə tutub, onların taleylərin ifadə edir. “Böyük balığın kiçik balığı yeməsi” isə bizə lap qədimdən gələn sosial bir müqayisə, bir bənzətmədi. Şair “diri yedilər” deməklə amansızlığı və vicdansızlığı daha önə çəkib, bunu sərtləşdirir.
“Allah ol, bir çarə edə bilməzsən” isə həddindən artıq vəziyyəti şişirtməkdir. Yəni vəziyyət o qədər ağırdır ki, hətta Allah olsan belə, bu insanların davranışına çarə etmək çətindir. Bu misra həmdə şeirin satirik damarını gücləndirir.
“Söz atı” gözəl çox gözəl bənzətmədir. Çünki, şairin silahı qılınc, silah və ya başqa vasitə deyil — sözdür. O söz atını bəzən qabağa, bəzən arxaya sürür.
Bu həm yaradıcılıq prosesinə, həm də həyatda mövqe axtarışına yozula bilər.
Şeirin bu bəndində isə daha maraqlı olan; “Baxıb bir minsifət dedi, ay bala...”-ifadəsidir. Çünki, buradakı “minsifət” sözü şeirin sosial hədəfini açır. Yəni bir üzü olmayan, min sifətə girən adam obrazını canlandırır.
Belə adamın hökmü isə elə şair demişkən dəyişmir: “Sən belə gedişlə gedə bilməzsən.”
Bu, artıq bir növ həmdə mühitin diktəsidir: “Bizim kimi ol, bizim qaydalarımızla davran, yoxsa yolun bağlanacaq.”
Şeirin növbəti bəndində Akif Cəfərli bir istedadlı şair olaraq ikiüzlülüyün ən gözəl satirik mexanizmlərindən birini göstərir;
Şair burada “şeytanı daşlamaq” və sonra “tərifə başlamaq” arasında böyük ziddiyyət yaradır.
Yəni həmin adamlar qarşılarına çıxana qədər onu göylərə qaldırırlar, gedəndən sonra isə arxasınca danışırlar. Bu, üzə tərif, arxadan qeybət fəlsəfəsinin satirik təsviridir.
Və yenə xor kimi eyni cümlə qayıdır:
“Sən belə gedişlə gedə bilməzsən.”
Bu təkrar şeirin nəqarətinə çevrilir. Hər bənddə başqa bir hadisədən sonra eyni hökm verilir.
Doğurdan da Akif Cəfərli bir şair olaraq burada çox sadə, amma ağrılı bir həqiqəti deyir: "Düz danışan adamdan çox vaxt susması, uyğunlaşması, əyilməsi, “hamı kimi” olması tələb olunur.
Amma Akif Cəfərli bu tələbə boyun əymir. Ona görə də ona, “gedə bilməzsən” deyirlər.
Əslində şairin cavabı şeirin özündə gizlənir: “Mən sizin istədiyiniz kimi gedə bilmərəm.”
Bu baxımdan şeir bir növ mənəvi inadın manifestidir.
Akif Cəfərli bu inadın, göstərdiyi kimi bugün ki təsadüfi narazılıqdan deyil, gənclikdən gəlir. Ona görə də “Allah ol, bir çarə edə bilməzsən” misrası çox sərt və xalqvari səslənir.
Akif hamını duyan, hamını anlayan həssas bir insan olduğunu tanıdığım ilk gündən özüm üçün qətiləşdirmişdim. Bu gün də onun şeirlərin oxuyanda bu hissin doğmalığı məni özünə çəkir. Buda, Akif Cəfərlinin poetik dünyasının mühüm bir tərəfini göstərir. Onun dərd haqqında yazılmış şeirlərin oxuyanda görürəm ki, o, dərdin insan içində çoxalmasını, bir dərddən başqa dərdin doğurmasını və sonda bu dərdin insanı özü ilə mübarizədə tək qoyması baxımından şeirə yanaşır. Bu yaradıcılıqda çox yaxşı haldır. Çünki, şair oxucusun həmişə mübarizəyə səsləyib, onu düşünməyə məcbur qoyur.
Onun “DƏRDİMİN DƏRDİ” şeiri də məhz bu qəbildəndi. Burada poetik çalarlar hər istiqamətdə özünü büruzə verir.
Bu şeirə yalnız yuxarıda dediyim kimi, “dərd haqqında yazılmış şeir” kimi yox, dərdin insanın içində çoxalması, bir dərdin başqa dərdləri doğurması və sonda insanı özü ilə mübarizədə tək qoyması baxımından yanaşmaq daha doğru olar. Bu şeirinin əsas poetik dayağı “dərd” sözünün ardıcıl və müxtəlif mənalarda işlədilməsidir. Şair eyni sözü təkrar etməklə yaşamın dəyişiklik yaratmaq əvəzinə, onu hər bənddə başqa bir məna yükü ilə zənginləşdirir. Burada dərd həm ağrı, həm qəm, həm bədbəxtlik, həm də insanın taleyinə çevrilmiş bir yükdür.
Şeirin ən maraqlı cəhətlərindən biri budur ki, şair dərdi azaltmağa çalışdıqca, əksinə, onun böyüdüyünü göstərir:
“Ümmanın qurudub, dağını aldım” misrası böyük miqyaslı bir obrazla başlayır. Şair sanki dərdini daşıya-daşıya bir ümmanı qurudacaq, dağı aşacaq qədər əziyyət çəkib. Amma nəticə dəyişmir:
“Nə qədər daşıdım, dərd azalmadı.”- deyir.
Bu da dərdin ağırlığı ilə insanın dözümü arasında paradoks, yəni
ilk baxışdan məntiqli və doğru görünən, lakin öz daxilində ziddiyyət yaradan və ya insan məntiqinin sərhədlərini aşan fikir, mühakimə vəziyyəti yaradır. İnsan dərdin daşıyır, zaman keçir, həyat davam edir, amma dərd öz ağırlığını itirmir.
“Dərddən-dərdə körpü salmaq” orijinal olmaqla bərabər ən uğurlu misradır. Bir dərdlə digər dərd arasında əlaqə yaranır, dərdlər bir-birinə bağlanır və zaman keçdikcə “qocalır”, amma sağalmır. Burada “qocalmaq” və “sağalmaq” sözlərinin qarşılaşdırılması da poetik baxımdan uğurludur.
Şair növbəti bənddə isə deyir;
Şeirin bu bəndində dərd artıq passiv vəziyyətdə deyil, fəal qüvvəyə çevrilir. Yəni, “Dərdim dərd gətirdi, düşdüm azara, Dərdin bənnalığı düşdü güzara.”
Bu misrada “Dərdin bənnası” ifadəsi çox maraqlıdır. Bənna necə bina tikirsə, burada da dərd sanki insanın daxilində yeni-yeni dərdlər “tikib” qurur. Bu, şeirin əsas bənzətmə, müqaisə xəttini davam etdirir.
Bu şeirdə bir maraqlı cəhətdən odur ki, şair bu misranın ardınca belə deyir; “Dərdin sevinci gətirdi zara”.
Burada “dərdin sevinci” paradoksal ifadədir. Dərd özü sevinc gətirməli olduğu halda, əksinə, insanı “zara” salır. Yəni şair dərdin bütün məntiqini alt-üst edir.Daha sonra, növbəti bənddə;
Şair burada artıq dərdi təbiət hadisəsinə bənzədir:
Burada yel, tufan, sel ardıcıllığı təsadüfi deyil. Dərdin getdikcə böyüməsini və qarşısıalınmaz hala gəlməsini göstərir.
Amma ən təsirli nəticə yenə son misradadır:
“Sel gəldi, dərdimi heç aparmadı.”
Adi məntiqdə sel gəlir və qarşısına çıxanı aparır. Burada isə sel belə dərdi apara bilmir. Deməli, şairin dərdi artıq adi dərd deyil. İnsanın daxilində kök salmış, xarici fəlakətlərdən belə güclü bir mənəvi yükdür.
Şair sonda özünə aşağıdakı misra ilə ümid verməyə çalışır;“Dedim ki, dərd gələr, bu dərdi sıxar, Bu dərdim, o dərdin axrına çıxar.”
Yəni insan düşünür ki, yeni bir dərd əvvəlkini unutdurar. Həyatda bu, həqiqətən də bəzən belə olur. İnsan bir dərddən başqa dərdlə yayınır.
Lakin burada da gözlənilən nəticə baş vermir:
“Dərdlərim birləşib məni də yıxar...”- misrası bu şeirin fəlsəfi nəticəsidir. Ayrı-ayrı dərdlər birləşəndə insanın özündən güclü olur. Şair burada öz adına keçid edərək deyir;
“Dərd gəldi,Akifdən dərd qoparmadı.”
Burada artıq Akif Cəfərli özünü dərdlə qarşı-qarşıya qoyur.
Dərd Akifi sındıra bilməyib. Ona görə mən bu sonluğu təkcə ümidsizlik kimi yox, müəllifin daxili müqavimətinin ifadəsi kimi düşünüb və oxuyuram.
Bir məsələni də qeyd edim: “dərd” sözünün bu qədər çox təkrarlanması həm şeirin üstünlüyü, həm də müəyyən riskidir. Çünki belə bir təkrar şeiri zəiflətsədə, amma bu şeirdə "dərd" sözünün tez-tez təkrarlanması əksinə söz oyunu təsiri bağışlayır. Amma Akif Cəfərli əksər yerlərdə həmin sözü yeni obraz və yeni məna ilə birləşdirdiyinə görə təkrar əsasən özünü doğruldur.
Bu şeirin əsas gücü süjetində yox, poetik söz oyununda və bənzətmələr quruluşundadır. Şair “dərd” anlayışını bir söz kimi götürüb onun ətrafında bütöv bir poetik dünya yaradır. Dərd əvvəl yükdür, sonra körpüdür, bənnadır, yeldir, tufandır, seldir və nəhayət, birləşib insanı yıxa biləcək qüvvəyə çevrilir.
Amma son misra göstərir ki, dərd Akifdən “dərd qopara” bilməyib. Yəni şeirin alt qatında yalnız kədər yox, dərdin qarşısında sınmayan insan xarakteri də görünür.
Məncə, şeirin ən güclü poetik xətti budur: “Dərdimi aradan qaldırmaq üçün nə qədər mübarizə apardım, dərd isə məni tərk etmədi, amma mən də dərdin qarşısında özümü itirmədim.”
Bu baxımdan “Dərdimin dərdi” yalnız dərdin təsviri deyil, həm də dərdlə insan arasındakı uzun və yorucu mübarizənin poetik ifadəsidir.
Akif müəllimin yaddaşımda necə qalmasını, onun səhifəsindən seçib götürdüyüm növbəti şeiri üzərində düşüncələrimi izah edərək dəyərli oxuculara çatdırmağa çalışacam.
Onun, "TƏPƏDƏN DIRNAĞA DÖZÜMƏM DÖZÜM" deyərək poetik "Mən"ini daha aydın göstərir.
Çünki, "Sən belə gedişlə gedə bilməzsən" deyilən adamın “Dərdimin dərdi” deyib, daha çox daxili ağrının, dərdlərin insan üzərindəki yükünün ifadəsin, “Təpədən dırnağa dözüməm dözüm” deyərək, insanın özünüdərkin, iradə, həyat mübarizəsi və mənəvi dözümlülük üzərində qurulduğunu göstərir.
Akif Cəfərlinin poetik “mən”i daha aydın göstərir ki, insanın həm öz düşməni, həm öz dostu, həm yolçusu, həm də öz taleyinin yozucusu olmasına bir işarədir.
Çünki şair elə ilk bənddən insanın öz dostu və düşməni olduğunu poetik göstərə bilir;
deyərək etiraf edir. Həmdə, şeirin bu misraları çox ciddi fəlsəfi fikiri daşıyır. Çünki, insan bəzən bütün düşmənlərini kənarda axtarır, amma şair deyir ki, insanın ən böyük mübarizəsi öz daxilindədir.
Ən qəddar düşməni, - öz səhvləri, zəiflikləri, tərəddüdləri, ən yaxın dostu, - öz iradəsi, düşüncəsi, vicdanı və daxili gücüdür.
Yəni insan özünü məğlub da edə bilər, xilas da.
Şair daha sonra deyir;
“Həyat imtahanı, idrakım, testim,
Böləndə, çıxanda sözüməm sözüm.”
Şair artıq bu misralarında riyazi terminlərdən, bölmək, çıxmaq
istifadə etməklə fikirinə fəlsəfi məna verir. Sanki həyat insanı müxtəlif sınaqlardan keçirir, amma bütün hesabların sonunda insanın öz “sözü” qalır.
Buradakı “sözüməm sözüm” təkrarı mənə görə şeirin əsas poetik üsulunun ilk ciddi nümunəsidir.
Şair burada həyat yolçuluğu ilə söz yolçuluğun parelel aparır.
Burada “yol çəkmək” və “söz əkmək” çox yaxşı bərabərlikdi.
Yol necə çəkilir, söz də sanki əkilir. Bu, şairin sənətə münasibətini göstərir. Söz sadəcə yazılmır, əkilir, yetişdirilir və gələcəyə buraxılır.
“Arazdan Araza ‘qol’ tikmək oldu” misrası isə ayrıca maraq doğurur. Burada “Araz” yalnız coğrafi çay deyil, həm də ayrılığın, bölünmənin, həsrətin simvolu kimi qəbul oluna bilər. Burada, “Qol tikmək” ifadəsi də şairin birləşdirmək, körpü yaratmaq, ayrılığı aradan qaldırmaq istəyinə yozula bilər. Şair burada öz həyatını bir yol, yaradıcılığını söz, məqsədini isə iz kimi təqdim edir.
Bu bənddə şair öz taleyinin məsuliyyətini daşımaq niyyətini, istəyini qabarıq görsənir.
Məncə, şeirin fəlsəfi baxımdan ən güclü bəndlərindən biri budur:
Burada “özüm” və “azmaq” arasında söz oyunu yaradılıb. Şair demək istəyir ki, öz yolunu özün açmalısan. Özün azmasan, başqası da sənin yolunu sənin əvəzinə tapa bilməz.
Daha sonra, “Yazılmış taleyi doğru yozmasam, Kim sonra deyər ki, yozumam yozum?”
Bu artıq birbaşa taleyin və insan iradəsinin münasibəti məsələsidir.
Taleyin yazılması bir tərəfdir, onu “doğru yozmaq” isə başqa. Yəni şair passiv taleyə inanan mövqedə deyil. O, insanın taleyinə münasibətində də məsuliyyət daşıdığını düşünür.
“Yozumam yozum” da maraqlı söz oyunudur. Burada “yozum” həm yozmaq nəticəsi, həm də müəllifin öz interpretasiyası, yəni fərqli şəkildə yozması kimi səslənir.
Şeirin sonuncu bəndi bir açar rolunu oynayır və bənd bütün əvvəlki fikirlərini bir nöqtədə birləşdirir.
Burada artıq həyatın sınaqları insanı sındıran yox, bərkidən qüvvə kimi təqdim edilir. Bu fikir birinci şeirdəki dərd fəlsəfəsindən də fərqlənir. “Dərdimin dərdi”ndə dərd insanın üzərinə gəlirdi. Burada isə insan həmin həyat zərbələrindən polad kimi möhkəmlənərək çıxır.
Bu sonluq şeirin adını doğruldur.
“Təpədən dırnağa” ifadəsi bütün varlığı əhatə edir. Deməli, dözüm şairdə təsadüfi bir keyfiyyət deyil, bütün varlığına hopmuş mənəvi xüsusiyyətdir.
Akif Cəfərlinin bu şeirinin həm adı, həm ideyası, həm də şairin xarakterinin poetik möhürüdür.
Mən bu şeiri “insanın özünü öz əlləri ilə yaratması haqqında şeir” adlandırardım. Burada müəllif özünü taleyin qarşısında aciz insan kimi yox, öz yolunu qazmağa, öz sözünü deməyə, öz taleyini yozmağa və bütün sınaqlara dözməyə çalışan yaradıcı şəxsiyyət kimi təqdim edir.
Bu şeiri, əvvəlki "Sən bu gedişlə gedə bilməzsən," və “Dərdimin dərdi” ilə yanaşı götürəndə maraqlı bir mənzərə yaranır. Birinci şeirdə haqqı dediyinə görə "gedə bilməzsən" eşidir, ikincidə, "dərd" insanı sıxır, üçüncü şeirdə isə insan dərdin və həyatın qarşısında dayanır.
Bu baxımdan mənə görə “Təpədən dırnağa dözüməm dözüm” deyən Akif Cəfərlinin xarakteri və yaradıcılıq kredosu bu şeirdə daha dolğun görsənir.
Bu gün məni xatirələrimlə baş-başa qoyan şair qardaşım Asif Cəfərlinin yaradıcılığı üzərindəki dost münasibətimlə bərbər şair qardaşıma sağlam can sağlığı və yaradıcılıq uğurları arzulayıram.
Böyük səmimiyyətlə,
Elxas Comərd,
AYB-nin üzvü,
Şair-publisist.

“Nə vaxt haqq söylədim, dönüb dedilər,
Sən belə gedişlə gedə bilməzsən.
Xırda balıqları diri yedilər,
Allah ol, bir çarə edə bilməzsən."

"Hələki, söz atım çapır dörd nala,
Gah qabaq oluram, gah da ki, dala.
Baxıb bir minsifət dedi, ay bala,
Sən belə gedişlə gedə bilməzsən."
Burada şair maraqlı bir obraz qurur:
“Hələki, söz atım çapır dörd nala,
Gah qabaq oluram, gah da ki, dala.”
Gah qabaq oluram, gah da ki, dala.
Baxıb bir minsifət dedi, ay bala,
Sən belə gedişlə gedə bilməzsən."
Burada şair maraqlı bir obraz qurur:
“Hələki, söz atım çapır dörd nala,
Gah qabaq oluram, gah da ki, dala.”
“Söz atı” gözəl çox gözəl bənzətmədir. Çünki, şairin silahı qılınc, silah və ya başqa vasitə deyil — sözdür. O söz atını bəzən qabağa, bəzən arxaya sürür.
Bu həm yaradıcılıq prosesinə, həm də həyatda mövqe axtarışına yozula bilər.
Şeirin bu bəndində isə daha maraqlı olan; “Baxıb bir minsifət dedi, ay bala...”-ifadəsidir. Çünki, buradakı “minsifət” sözü şeirin sosial hədəfini açır. Yəni bir üzü olmayan, min sifətə girən adam obrazını canlandırır.
Belə adamın hökmü isə elə şair demişkən dəyişmir: “Sən belə gedişlə gedə bilməzsən.”
Bu, artıq bir növ həmdə mühitin diktəsidir: “Bizim kimi ol, bizim qaydalarımızla davran, yoxsa yolun bağlanacaq.”
Şeirin növbəti bəndində Akif Cəfərli bir istedadlı şair olaraq ikiüzlülüyün ən gözəl satirik mexanizmlərindən birini göstərir;
"Hər gələn şeytanı durub daşladı,
Ala buludlardan tərif başladı.
Gedəndə arxamca sözə başladı,
Sən belə gedişlə gedə bilməzsən."
Ala buludlardan tərif başladı.
Gedəndə arxamca sözə başladı,
Sən belə gedişlə gedə bilməzsən."
Şair burada “şeytanı daşlamaq” və sonra “tərifə başlamaq” arasında böyük ziddiyyət yaradır.
Yəni həmin adamlar qarşılarına çıxana qədər onu göylərə qaldırırlar, gedəndən sonra isə arxasınca danışırlar. Bu, üzə tərif, arxadan qeybət fəlsəfəsinin satirik təsviridir.
Və yenə xor kimi eyni cümlə qayıdır:
“Sən belə gedişlə gedə bilməzsən.”
Bu təkrar şeirin nəqarətinə çevrilir. Hər bənddə başqa bir hadisədən sonra eyni hökm verilir.
Doğurdan da Akif Cəfərli bir şair olaraq burada çox sadə, amma ağrılı bir həqiqəti deyir: "Düz danışan adamdan çox vaxt susması, uyğunlaşması, əyilməsi, “hamı kimi” olması tələb olunur.
Amma Akif Cəfərli bu tələbə boyun əymir. Ona görə də ona, “gedə bilməzsən” deyirlər.
Əslində şairin cavabı şeirin özündə gizlənir: “Mən sizin istədiyiniz kimi gedə bilmərəm.”
Bu baxımdan şeir bir növ mənəvi inadın manifestidir.
Akif Cəfərli bu inadın, göstərdiyi kimi bugün ki təsadüfi narazılıqdan deyil, gənclikdən gəlir. Ona görə də “Allah ol, bir çarə edə bilməzsən” misrası çox sərt və xalqvari səslənir.
Akif hamını duyan, hamını anlayan həssas bir insan olduğunu tanıdığım ilk gündən özüm üçün qətiləşdirmişdim. Bu gün də onun şeirlərin oxuyanda bu hissin doğmalığı məni özünə çəkir. Buda, Akif Cəfərlinin poetik dünyasının mühüm bir tərəfini göstərir. Onun dərd haqqında yazılmış şeirlərin oxuyanda görürəm ki, o, dərdin insan içində çoxalmasını, bir dərddən başqa dərdin doğurmasını və sonda bu dərdin insanı özü ilə mübarizədə tək qoyması baxımından şeirə yanaşır. Bu yaradıcılıqda çox yaxşı haldır. Çünki, şair oxucusun həmişə mübarizəyə səsləyib, onu düşünməyə məcbur qoyur.
Onun “DƏRDİMİN DƏRDİ” şeiri də məhz bu qəbildəndi. Burada poetik çalarlar hər istiqamətdə özünü büruzə verir.
Bu şeirə yalnız yuxarıda dediyim kimi, “dərd haqqında yazılmış şeir” kimi yox, dərdin insanın içində çoxalması, bir dərdin başqa dərdləri doğurması və sonda insanı özü ilə mübarizədə tək qoyması baxımından yanaşmaq daha doğru olar. Bu şeirinin əsas poetik dayağı “dərd” sözünün ardıcıl və müxtəlif mənalarda işlədilməsidir. Şair eyni sözü təkrar etməklə yaşamın dəyişiklik yaratmaq əvəzinə, onu hər bənddə başqa bir məna yükü ilə zənginləşdirir. Burada dərd həm ağrı, həm qəm, həm bədbəxtlik, həm də insanın taleyinə çevrilmiş bir yükdür.
Şeirin ən maraqlı cəhətlərindən biri budur ki, şair dərdi azaltmağa çalışdıqca, əksinə, onun böyüdüyünü göstərir:
"Ümmanın qurudub,dağını aldım,
Nə qədər daşıdım, dərd azalmadı.
Dərdimdən dərdimə bir körpü saldım
Dərdlərim qocaldı, dərd sağalmadı."
Nə qədər daşıdım, dərd azalmadı.
Dərdimdən dərdimə bir körpü saldım
Dərdlərim qocaldı, dərd sağalmadı."
“Ümmanın qurudub, dağını aldım” misrası böyük miqyaslı bir obrazla başlayır. Şair sanki dərdini daşıya-daşıya bir ümmanı qurudacaq, dağı aşacaq qədər əziyyət çəkib. Amma nəticə dəyişmir:
“Nə qədər daşıdım, dərd azalmadı.”- deyir.
Bu da dərdin ağırlığı ilə insanın dözümü arasında paradoks, yəni
ilk baxışdan məntiqli və doğru görünən, lakin öz daxilində ziddiyyət yaradan və ya insan məntiqinin sərhədlərini aşan fikir, mühakimə vəziyyəti yaradır. İnsan dərdin daşıyır, zaman keçir, həyat davam edir, amma dərd öz ağırlığını itirmir.
“Dərddən-dərdə körpü salmaq” orijinal olmaqla bərabər ən uğurlu misradır. Bir dərdlə digər dərd arasında əlaqə yaranır, dərdlər bir-birinə bağlanır və zaman keçdikcə “qocalır”, amma sağalmır. Burada “qocalmaq” və “sağalmaq” sözlərinin qarşılaşdırılması da poetik baxımdan uğurludur.
Şair növbəti bənddə isə deyir;
"Dərdim dərd gətirdi, düşdüm azara,
Dərdin bənnalığı düşdü güzara.
Dərdimin sevinci gətirdi zara
Dərdlərim qaraldı, heç ağarmadı."
Dərdin bənnalığı düşdü güzara.
Dərdimin sevinci gətirdi zara
Dərdlərim qaraldı, heç ağarmadı."
Şeirin bu bəndində dərd artıq passiv vəziyyətdə deyil, fəal qüvvəyə çevrilir. Yəni, “Dərdim dərd gətirdi, düşdüm azara, Dərdin bənnalığı düşdü güzara.”
Bu misrada “Dərdin bənnası” ifadəsi çox maraqlıdır. Bənna necə bina tikirsə, burada da dərd sanki insanın daxilində yeni-yeni dərdlər “tikib” qurur. Bu, şeirin əsas bənzətmə, müqaisə xəttini davam etdirir.
Bu şeirdə bir maraqlı cəhətdən odur ki, şair bu misranın ardınca belə deyir; “Dərdin sevinci gətirdi zara”.
Burada “dərdin sevinci” paradoksal ifadədir. Dərd özü sevinc gətirməli olduğu halda, əksinə, insanı “zara” salır. Yəni şair dərdin bütün məntiqini alt-üst edir.Daha sonra, növbəti bənddə;
"Dərd bitdi bəxtimə, qara tel kimi,
Dərd əsdi üstümə, qara yel kimi.
Çağladı tufan tək, gəldi sel kimi
Sel gəldi, dərdimi heç aparmadı."
Dərd əsdi üstümə, qara yel kimi.
Çağladı tufan tək, gəldi sel kimi
Sel gəldi, dərdimi heç aparmadı."
Şair burada artıq dərdi təbiət hadisəsinə bənzədir:
“Dərd əsdi üstümə, qara yel kimi.
Çağladı tufan tək, gəldi sel kimi...”
Çağladı tufan tək, gəldi sel kimi...”
Burada yel, tufan, sel ardıcıllığı təsadüfi deyil. Dərdin getdikcə böyüməsini və qarşısıalınmaz hala gəlməsini göstərir.
Amma ən təsirli nəticə yenə son misradadır:
“Sel gəldi, dərdimi heç aparmadı.”
Adi məntiqdə sel gəlir və qarşısına çıxanı aparır. Burada isə sel belə dərdi apara bilmir. Deməli, şairin dərdi artıq adi dərd deyil. İnsanın daxilində kök salmış, xarici fəlakətlərdən belə güclü bir mənəvi yükdür.
"Dedim ki, dərd gələr, bu dərdi sıxar,
Bu dərdim, o dərdin axrına çıxar.
Dərdlərim birləşib məni də yıxar
Dərd gəldi,Akifdən dərd qoparmadı."
Bu dərdim, o dərdin axrına çıxar.
Dərdlərim birləşib məni də yıxar
Dərd gəldi,Akifdən dərd qoparmadı."
Şair sonda özünə aşağıdakı misra ilə ümid verməyə çalışır;“Dedim ki, dərd gələr, bu dərdi sıxar, Bu dərdim, o dərdin axrına çıxar.”
Yəni insan düşünür ki, yeni bir dərd əvvəlkini unutdurar. Həyatda bu, həqiqətən də bəzən belə olur. İnsan bir dərddən başqa dərdlə yayınır.
Lakin burada da gözlənilən nəticə baş vermir:
“Dərdlərim birləşib məni də yıxar...”- misrası bu şeirin fəlsəfi nəticəsidir. Ayrı-ayrı dərdlər birləşəndə insanın özündən güclü olur. Şair burada öz adına keçid edərək deyir;
“Dərd gəldi,Akifdən dərd qoparmadı.”
Burada artıq Akif Cəfərli özünü dərdlə qarşı-qarşıya qoyur.
Dərd Akifi sındıra bilməyib. Ona görə mən bu sonluğu təkcə ümidsizlik kimi yox, müəllifin daxili müqavimətinin ifadəsi kimi düşünüb və oxuyuram.
Bir məsələni də qeyd edim: “dərd” sözünün bu qədər çox təkrarlanması həm şeirin üstünlüyü, həm də müəyyən riskidir. Çünki belə bir təkrar şeiri zəiflətsədə, amma bu şeirdə "dərd" sözünün tez-tez təkrarlanması əksinə söz oyunu təsiri bağışlayır. Amma Akif Cəfərli əksər yerlərdə həmin sözü yeni obraz və yeni məna ilə birləşdirdiyinə görə təkrar əsasən özünü doğruldur.
Bu şeirin əsas gücü süjetində yox, poetik söz oyununda və bənzətmələr quruluşundadır. Şair “dərd” anlayışını bir söz kimi götürüb onun ətrafında bütöv bir poetik dünya yaradır. Dərd əvvəl yükdür, sonra körpüdür, bənnadır, yeldir, tufandır, seldir və nəhayət, birləşib insanı yıxa biləcək qüvvəyə çevrilir.
Amma son misra göstərir ki, dərd Akifdən “dərd qopara” bilməyib. Yəni şeirin alt qatında yalnız kədər yox, dərdin qarşısında sınmayan insan xarakteri də görünür.
Məncə, şeirin ən güclü poetik xətti budur: “Dərdimi aradan qaldırmaq üçün nə qədər mübarizə apardım, dərd isə məni tərk etmədi, amma mən də dərdin qarşısında özümü itirmədim.”
Bu baxımdan “Dərdimin dərdi” yalnız dərdin təsviri deyil, həm də dərdlə insan arasındakı uzun və yorucu mübarizənin poetik ifadəsidir.
Akif müəllimin yaddaşımda necə qalmasını, onun səhifəsindən seçib götürdüyüm növbəti şeiri üzərində düşüncələrimi izah edərək dəyərli oxuculara çatdırmağa çalışacam.
Onun, "TƏPƏDƏN DIRNAĞA DÖZÜMƏM DÖZÜM" deyərək poetik "Mən"ini daha aydın göstərir.
Çünki, "Sən belə gedişlə gedə bilməzsən" deyilən adamın “Dərdimin dərdi” deyib, daha çox daxili ağrının, dərdlərin insan üzərindəki yükünün ifadəsin, “Təpədən dırnağa dözüməm dözüm” deyərək, insanın özünüdərkin, iradə, həyat mübarizəsi və mənəvi dözümlülük üzərində qurulduğunu göstərir.
Akif Cəfərlinin poetik “mən”i daha aydın göstərir ki, insanın həm öz düşməni, həm öz dostu, həm yolçusu, həm də öz taleyinin yozucusu olmasına bir işarədir.
Çünki şair elə ilk bənddən insanın öz dostu və düşməni olduğunu poetik göstərə bilir;
“Ən qəddar düşmənim, ən yaxın dostum,
Heç kəs yox, ay adam, özüməm özüm.”
Heç kəs yox, ay adam, özüməm özüm.”
deyərək etiraf edir. Həmdə, şeirin bu misraları çox ciddi fəlsəfi fikiri daşıyır. Çünki, insan bəzən bütün düşmənlərini kənarda axtarır, amma şair deyir ki, insanın ən böyük mübarizəsi öz daxilindədir.
Ən qəddar düşməni, - öz səhvləri, zəiflikləri, tərəddüdləri, ən yaxın dostu, - öz iradəsi, düşüncəsi, vicdanı və daxili gücüdür.
Yəni insan özünü məğlub da edə bilər, xilas da.
Şair daha sonra deyir;
“Həyat imtahanı, idrakım, testim,
Böləndə, çıxanda sözüməm sözüm.”
Şair artıq bu misralarında riyazi terminlərdən, bölmək, çıxmaq
istifadə etməklə fikirinə fəlsəfi məna verir. Sanki həyat insanı müxtəlif sınaqlardan keçirir, amma bütün hesabların sonunda insanın öz “sözü” qalır.
Buradakı “sözüməm sözüm” təkrarı mənə görə şeirin əsas poetik üsulunun ilk ciddi nümunəsidir.
"Mənim yolçuluğum yol çəkmək oldu,
İlhamım eşqinə söz əkmək oldu.
Arazdan Araza "qol" tikmək oldu,
Bəsirət gözüyle iziməm izim."
İlhamım eşqinə söz əkmək oldu.
Arazdan Araza "qol" tikmək oldu,
Bəsirət gözüyle iziməm izim."
Şair burada həyat yolçuluğu ilə söz yolçuluğun parelel aparır.
“Mənim yolçuluğum yol çəkmək oldu,
İlhamım eşqinə söz əkmək oldu.”
İlhamım eşqinə söz əkmək oldu.”
Burada “yol çəkmək” və “söz əkmək” çox yaxşı bərabərlikdi.
Yol necə çəkilir, söz də sanki əkilir. Bu, şairin sənətə münasibətini göstərir. Söz sadəcə yazılmır, əkilir, yetişdirilir və gələcəyə buraxılır.
“Arazdan Araza ‘qol’ tikmək oldu” misrası isə ayrıca maraq doğurur. Burada “Araz” yalnız coğrafi çay deyil, həm də ayrılığın, bölünmənin, həsrətin simvolu kimi qəbul oluna bilər. Burada, “Qol tikmək” ifadəsi də şairin birləşdirmək, körpü yaratmaq, ayrılığı aradan qaldırmaq istəyinə yozula bilər. Şair burada öz həyatını bir yol, yaradıcılığını söz, məqsədini isə iz kimi təqdim edir.
"Özüm öz yolumu özüm qazmasam,
Bir kimsə bacarmaz özüm"azmasam".
Yazılmış taleyi doğru yozmasam,
Kim sonra deyər ki, yozumam yozum?"
Bir kimsə bacarmaz özüm"azmasam".
Yazılmış taleyi doğru yozmasam,
Kim sonra deyər ki, yozumam yozum?"
Bu bənddə şair öz taleyinin məsuliyyətini daşımaq niyyətini, istəyini qabarıq görsənir.
Məncə, şeirin fəlsəfi baxımdan ən güclü bəndlərindən biri budur:
“Özüm öz yolumu özüm qazmasam,
Bir kimsə bacarmaz özüm ‘azmasam’.”
Bir kimsə bacarmaz özüm ‘azmasam’.”
Burada “özüm” və “azmaq” arasında söz oyunu yaradılıb. Şair demək istəyir ki, öz yolunu özün açmalısan. Özün azmasan, başqası da sənin yolunu sənin əvəzinə tapa bilməz.
Daha sonra, “Yazılmış taleyi doğru yozmasam, Kim sonra deyər ki, yozumam yozum?”
Bu artıq birbaşa taleyin və insan iradəsinin münasibəti məsələsidir.
Taleyin yazılması bir tərəfdir, onu “doğru yozmaq” isə başqa. Yəni şair passiv taleyə inanan mövqedə deyil. O, insanın taleyinə münasibətində də məsuliyyət daşıdığını düşünür.
“Yozumam yozum” da maraqlı söz oyunudur. Burada “yozum” həm yozmaq nəticəsi, həm də müəllifin öz interpretasiyası, yəni fərqli şəkildə yozması kimi səslənir.
"Yoğruldum zamanın keşməkeşində,
Bərkidim polad tək hər gərdişində.
Akif söz daşıyır gecə, işində,
Təpədən dırnağa dözüməm dözüm."
Bərkidim polad tək hər gərdişində.
Akif söz daşıyır gecə, işində,
Təpədən dırnağa dözüməm dözüm."
Şeirin sonuncu bəndi bir açar rolunu oynayır və bənd bütün əvvəlki fikirlərini bir nöqtədə birləşdirir.
“Yoğruldum zamanın keşməkeşində,
Bərkidim polad tək hər gərdişində.”
Bərkidim polad tək hər gərdişində.”
Burada artıq həyatın sınaqları insanı sındıran yox, bərkidən qüvvə kimi təqdim edilir. Bu fikir birinci şeirdəki dərd fəlsəfəsindən də fərqlənir. “Dərdimin dərdi”ndə dərd insanın üzərinə gəlirdi. Burada isə insan həmin həyat zərbələrindən polad kimi möhkəmlənərək çıxır.
“Akif söz daşıyır gecə, işində,
Təpədən dırnağa dözüməm dözüm.”
Təpədən dırnağa dözüməm dözüm.”
Bu sonluq şeirin adını doğruldur.
“Təpədən dırnağa” ifadəsi bütün varlığı əhatə edir. Deməli, dözüm şairdə təsadüfi bir keyfiyyət deyil, bütün varlığına hopmuş mənəvi xüsusiyyətdir.
Akif Cəfərlinin bu şeirinin həm adı, həm ideyası, həm də şairin xarakterinin poetik möhürüdür.
Mən bu şeiri “insanın özünü öz əlləri ilə yaratması haqqında şeir” adlandırardım. Burada müəllif özünü taleyin qarşısında aciz insan kimi yox, öz yolunu qazmağa, öz sözünü deməyə, öz taleyini yozmağa və bütün sınaqlara dözməyə çalışan yaradıcı şəxsiyyət kimi təqdim edir.
Bu şeiri, əvvəlki "Sən bu gedişlə gedə bilməzsən," və “Dərdimin dərdi” ilə yanaşı götürəndə maraqlı bir mənzərə yaranır. Birinci şeirdə haqqı dediyinə görə "gedə bilməzsən" eşidir, ikincidə, "dərd" insanı sıxır, üçüncü şeirdə isə insan dərdin və həyatın qarşısında dayanır.
Bu baxımdan mənə görə “Təpədən dırnağa dözüməm dözüm” deyən Akif Cəfərlinin xarakteri və yaradıcılıq kredosu bu şeirdə daha dolğun görsənir.
Bu gün məni xatirələrimlə baş-başa qoyan şair qardaşım Asif Cəfərlinin yaradıcılığı üzərindəki dost münasibətimlə bərbər şair qardaşıma sağlam can sağlığı və yaradıcılıq uğurları arzulayıram.
Böyük səmimiyyətlə,
Elxas Comərd,
AYB-nin üzvü,
Şair-publisist.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay