Xəbərlər
30.08.2026, 00:45
Məmməd Qədir : Əfvim nəvələrdədir - FOTO

Seyfim nəvələrdədir.
Tək şəkildə kobudam,
Selfim nəvələrdədir.
Nə yaşım var biləm də,
Od sönmüşdü çiləmdə,
Dərdi-sər ailəmdə,
Keyfim nəvələrdədir.
Tutmur iki qucaq da,
Bir qanad tax uçaq da,
Zurnam oğul-uşaqda,
Dəfim nəvələrdədir.
Hər birisi qan, şəkər,
Ölü ruha can bükər,
Olsam da özüm nökər,
Şefim nəvələrdədir.
Nə çaldılar oynadım,
Nazlarından doymadım,
Övladlarda qaynadım,
Kəfim nəvələrdədir.
Kefdən kəfə xitabam,
Kef kəfində bitabam,
Nəsildə son kitabam,
Rəfim nəvələrdədir.
Kim biləndi, yanlasın,
Xoruz da az banlasın,
Sancanlarım anlasın,
Əfim nəvələrdədir.
Sanc, qanımı sümür də,
Duymaz od, ya kömür də,
Uduzdugum ömürdə
Nəfim nəvələrdədir.
Məmməd nur cin,ay yetim,
Görk ola cin ayətim,
Övladlar cinayətim
Əfvim nəvələrdədir...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay







