Fevral ayının 28-də "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı Dədə Ələsgərin adını daşıyan bir yerdə, onun ruhu gəzən məkanda keçirildi.

"Turaztv.az" xəbər verir ki, tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair- qəzəlxan Lilpar Cəmşidqızı açdı. O, tədbirdə iştirak edən qonaqları salamladıqdan sonra, vətənimizin azadlığı uğrunda canından keçən Vətən oğullarının ruhlarını məclis iştirakçıları ilə birlikdə bir dəqiqəlik sükutla yad elədi.

Sonra qeyd elədi ki, 2026- cı il başlayandan artıq ikinci görüşümüzdü keçirilir. Ənənə halını alan belə görüşlər hər ayın sonuncu istirahət günündə keçiriləcəyi nəzərdə tutulub. Tanınmış ədəbiyyat adamlarının bir arada olması poeziyaya olan sevginin bariz nümunəsi olduğunu məclis rəhbəri Lilpar Cəmşidqızı iştirakçıların bir daha nəzərinə çatdırdı. Ardıcıl olaraq şairlərə bir- bir söz verildi və sözü AYB- nin Xəzər bölməsinin üzvü, tanınmış şair- qəzəlxan Əşrəf Pirşağılıya verdi. Ustad şair tədbir iştirakçılarına uğurlar arzuladı və belə ədəbi məclislərin ədəbiyyatımıza uğurlu töhfələr verəcəyindən danışdı və şeirlərindən, qəzəllərindən bir neçəsini səsləndirdi.

Sonra söz şair İldırım Əlişoğlu Qəhrəmanova və sonra "Sarı aşıq" Ədəbi Məclisinin sədri Adil Cəfakeşə, şair Vahid Çəmənliyə verildi. Beləcə şairlər- Əliyar Mərdiyev, gənc şair Azər Vahid, şair Bəradər Xanaliyev, şair Ziyadxan Budaq, "Qoşma" Ədəbi Məclisinin sədri Qəzənfər Məsimoğluna söz verildi. Az sonra söz Azərbaycan Yazıçılar Birliyininin üzvü, tanınmış bəstəkar, bir "Divan" müəllifi, ustad şair Hüseyn Sözlüyə verildi. Hüseyn Sözlü məclisə xeyir-duasını verdikdən sonra, belə məclislərin gənc şairlərin inkişafında xüsusi əhəmiyyət daşıyacağından danışdı, şeirlərindən və qəzəllərindən bir neçəsini səsləndirdi.

Məclisdə olan şairlər "Çeşmə"nin əhəmiyyətindən danışıb, şeirlərindən və qəzəllərindən bir neçəsini səsləndirdilər. "Çeşmə" Ədəbi Məclisinin gənclərin inkişafında, formalaşmasında çox böyük əhəmiyyət daşıyacağını qeyd edən məclis rəhbəri ilk dəfə məclisdə iştirak edən gənc şair Ülviyyə Əbülfəzqızına da söz verdi. Ülviyyə xanım ixtisasca müəllimə olduğunu, ədəbiyyata bağlılığını bildirib, özünün yazdığı bir neçə şeirini səsləndirdi. Məclisdə "Xarı Bülbül" jurnalının təsisçisi, yazıçı Camafər Əliyeva da iştirak elədi.


Şairlərin səsləndirdiyi şeirlərdən sonra böyük həvəslə başlayan Ədəbi Məclis uğurla başa çatdırıldı. Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin keçirilməsində göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə öz adından minnətdarlığını ünvanladı və iştirakçılar adından təşəkkürünü bildirdi. Növbəti görüşü keçirmək ümidi ilə məclis iştirakçıları görüş yerindən ayrıldılar.

Son xəbərlər

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu

Tarixin ən böyük maliyyə hücumu - “Dan yeri söküləndə...”

Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki

İmişlidə toyda faciə - 25 yaşlı oğlan qəfil öldü

UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub

Hikmət Hacıyev Buxaradan paylaşım edib

İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31