Xəbərlər
24.08.2026, 13:32
ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

QARDAŞIM
Həyatdan cavan köc edən, nakam qardaşım Atabəyin əziz xatirəsinə..
Neyləyim, dərdinə tapmadım əlac,
Küsüb bu dünyadan gedən qardaşım.
Ortada nə qədər sayılı il var,
Həsrəti qəlbimi didən qardaşım.
Sovuşmur başımdan dumanın, çənin,
Hicranın canıma olubdur qənim,
Xatirən sirdaşım, xəyallar qəmim,
Sürəti gözümdə bitən qardaşım.
Bir payız günündə köç edib getdin,
Tanrı dərgahında məqama yetdin.
Nakam arzuların qoynunda bitdin,
Olmaz ki, bu qədər sitəm, qardaşım!
Cavandın, ömrünün bahar çağıydı,
Atam da, anam da onda sağıydı,
Ömrümüz meyvəli baxça, bağıydı,
Əcəli xəbərsiz yetən qardaşım.
Yoxluğun qəlbimə salıbdı bir iz,
Yaralar qövr edir, açılır köz- köz.
Bağrımın başında gecə və gündüz,
Qəmli bülbül kimi ötən qardaşım,
Sürəti gözümdə bitən qardaşım.
09.09.1999
10.04.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






