TOMRİS ÖDÜLLÜ XANIMLAR
(Nəşr olunmuş yeni kitabimın təqdimatı)

Bu günlərdə nəşr olunmuş yeni kitabım əslində milli kimliklə ədəbiyyatın qovuşduğu bir mövzu ilə sıx bağlı olan, eyni halda həcm baxımından kiçik, məna baxımından isə böyük və möhtəşəm olan bir təqdimat kitabından ibarətdir...

Ümumi məlumatlar:
Kitabın adı: "Tomris ödüllü xanımlar" (Cəlilabad ədəbi mühitinin "Tomris" ödülünə layiq görülmüş altı tanınmış xanım nümayəndəsinin təqdimatı)
Müəllif: İlqar İsmayılzadə
Naşir: "Həməşəra" mətbu orqanı, Cəlilabad
Çap: "Qazi" Çap Mərkəzi
Nəşr olunduğu il: 2026
Çap növbəsi: Birinci
Kağız formatı: 60x90 1/16
Səhifə sayı: 56 səhifə.
Kitab barədə:
Son 15 il ərzində ədəbiyyat və türk milli kimliyi sahəsində layiqli fəaliyyət göstərən Turan Yazarlar Birliyinin başqanı, Turan sevdalısı, Azərbaycan ədəbi mühitinin görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Turan Yazarlar Birliyinin başqanı, Turan Xalq şairi, "Turan Ödülü", "Həməşəra" Fəxri Diplomu, "Məhəmməd Füzuli" Fəxri Ödülü, "Ustad Niftalı Göyçəli" Ödülü, "Ziyadar" Mükafatı və "Əsrin yazarı" medalı laureatı, ədəbiyyatşünas, türkoloq, aşıq, yazıçı-şair Ustad Niftalı Göyçəli (Niftalı Dədə) tərəfindən təsis edilmiş və xanımlara aid olan "Tomris" fəxri ödülü bu il Cəlilabad ədəbi mühitində yazıb-yaradan 6 tanınmış və istedadlı xanıma təqdim edilmişdir. Onlar aşağıdakılardan ibarətdir:
1. Ustad Şəhla Rəvan;
2. Hicran Fuad Əhmədli;
3. Sevinc Şirvanlı;
4. Pərvanə İsgəndərqızı;
5. Atlaz Rzayi;
6. Aydan Nizamiqızı.

Bu təqdimat kitabında üç əsas hədəf izlənmişdir:
I. Türk dünyasının ilk xanım hökmdarı, eyni halda qədim Türk-Sak tayfalarından olan massagetlərin məşhur qadın kraliçası, çariçası və sərkərdəsi olan Tomris xatun barədə bir-başa qədim Yunan tarixçisi Herodotun (e. ə. 484 - e. ə. 425.) "Tarix" adlı əsəri əsasında oxucuya lazım olan məlumatların verilməsi;
II. Cəlilabad ədəbi mühitindən "Tomris" ödülünə layiq görülmüş xanım yazarların son bilgilər əsasında bioqrafik məlumatlarının təqdimatı və beləliklə də onların oxuculara daha yaxından tanıtdırılması;
III. Turan Yazarlar Birliyinin nəzdində xanımlar üçün təsis edilmiş möhtəşəm "Tomris" fəxri ödülünün tanıtımı və adının əbədiləşdirlməsi...
Məlumat üçün qeyd etmək lazımdır ki, ədəbi mühitimizin yuxarıda adları keçən xanım nümayəndələrinin dəstəyi ilə nəşr edilmiş bu kitab indiyədək işıq üzü görmüş sayca 55-ci kitabımdır.
Diləklər:
Bu təqdimat kitabının Türk dünyasının ilk xanım hökmdarı olmuş Tomris xatunun, eyni halda ədəbi mühitimizdə öz istedadı və xüsusi bacarığı ilə yanaşı, həyatda öz qətiyyəti, haqsevərliyi, yüksək mədəniyyəti və səmimiyyəti ilə tanınan və xüsusi hörmətə layiq görülən dəyərlilərimiz: Ustad Şəhla xanım Rəvan, Hicran xanım Fuad Əhmədli, Sevinc xanım Şirvanlı, Pərvanə xanım İsgəndərqızı, Atlaz xanım Rzayi və Aydan xanım Nizamiqızının oxuculara və xüsusilə də ədəbiyyatsevərlər və gənc nəsilə daha yaxından tanıtdırılması, eyni halda adları ilə birgə həm də TYB tərəfindən layiq görüldükləri "Tomris" ödülünün əbədiləşdirilməsinə layiqli xidmət göstərəcəyini arzulayıram!
Təşəkkür və minnətdarlıq!
Kitabın nəşrində dəstəyi olmuş dəyərli insanlara, həmçinin, onun çapında xüsusi səmimiyyət və peşəkarlıq göstərmiş "Qazi" Çap Mərkəzinin direktoru Yasər müəllim İsmayılova və Çap Mərkəzinin əməkdaşı Nurəddin müəllim Hüseynova dərin təşəkkürümü bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür diləyirəm!

İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, "Ziyadar" Mükafatı, "Qızıl Qələm" və "Zəfər" Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
02.09.2026

Son xəbərlər

Adlarının haqqını bir də verdilər - “Filenin sultanları”

İranla müharibənin daha nə qədər davam edəcəyini açıqladı

İran yeni qadağan olunmuş zona elan edəcək

Zülfiyyə İsmayılova : Sevdim səni - FOTO

Tramp nadir görülən addım atdı

Hikmət Məlikzadə : Məzlum ahnan köçü səhraya sürüm, kəndəmi, qız?!

Sənubər Səhər : Siyasət anlamı bəşəri duyğuları üstələyir...

Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir - XƏBƏRDARLIQ

Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür

Cıdır düzündəki yazılara tarixçi-alimdən etiraz

GÖY ÜZÜNƏ YAXIN ADAM

Məşhur aparıcı edam olunacaq - FOTOLAR

"A.B.İ.” bu tarixdə yayımlanacaq

Şarm əl-Şeyxdə premium istirahətin yeni səviyyəsi - “Rixos Hotels” Misirdə

Tarixi-mədəni və təbii irsi qorumaq hər birimizin məsuliyyətidir ŞƏRH

18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir

Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüşdü

SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ...

"Kızıl qoncalar"dan sonra "Centilmen"də rol alacaq

"Rüya gibi"nin aktrisası yeni serialda - FOTO

Tuğba Ekinci saxlanıldı

Məşhur aktyor evində ölü tapıldı

Sibel Can özündən 10 yaş kiçik sevgilisi ilə evlənir

Mücirəddin Beyləqani adına ədəbi məclis keçiriləcək

Əməkdar həkim vəfat etdi

Bütün zamanların dəb ikonası seçildi

Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub

TOMRİS ÖDÜLLÜ XANIMLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930