Mart ayının 7- də unudulmaz Dədə Ələsgərin vəfatının 100 ili tamam olur.
Ruhu şad olsun. Amin!
Qəsidə

Sazın telində gül açan butası var Ələsgərin,
İlahi sevgidən gələn sədası var Ələsgərin.

Yolun tutanda Həzrətin, güvəndi haqq-ədalətə,
O Ali Zatı gözləyən ziyası var Ələsgərin.

Müqəddəs ismə bağlanıb, yazıb şeirdə "Beş gözəl",
İmamət əhlidir dəyən səfası var Ələsgərin.

Şəyirdliyin yolun keçəndə dərs alıbdır Alıdan,
İlahi güclə birləşən mayası var Ələsgərin.

Yatıbdı xəstə bir zaman, edib kömək İmam Əli,
Oyandığında el görüb, şəfası var Ələsgərin.

Ömür sürübdü yüz beş il, yüz ildi ruhu göydədir,
Cahan nə qədri vaqedir, vəfası var Ələsgərin.

Əlində saz, dilində söz sətir- sətir cilalanıb,
Bir ismi "bisavad" olan nidası var Ələsgərin.

Qədim diyarı Göyçənin məlalı əskik olmayıb,
Əsir məzarı boylanır, cəfası var Ələsgərin.

"Ruhani"tək sızıldayır, aşıqların sazındadır,
"Yanıq Kərəm"lə od tutan, nəvası var Ələsgərin.

Dağıldı yurdu bir zaman, viranə qaldı torpağı,
Alınsa Göyçə, gül açar, boyası var Ələsgərin.

Sıxılma, "Ağrı dağ"larım, ərənlərin at üstədir,
O yerdə qartal oynayan qalası var Ələsgərin.

Dolub daşanda Göyçə göl, bilirdi El də, yaz gəlib,
Yaşıl çəməndən ayrılan talası var Ələsgərin.

Gəraylının və qoşmanın çəkibdi sözlə rəsmini,
Divanitək İlahidən, ətası var Ələsgərin.

Qərinələr keçib gedib, zaman- zaman dəyişməyib,
Aşıqların sazında çox həvası var Ələsgərin.

Damarda eşqi dövr edəndə Lilparın da, dillənir,
Ürəkdə ruhu bəsləyən qidası var Ələsgərin.

Son xəbərlər

Mücirəddin Beyləqani adına ədəbi məclis keçiriləcək

Əməkdar həkim vəfat etdi

Bütün zamanların dəb ikonası seçildi

Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub

TOMRİS ÖDÜLLÜ XANIMLAR

Türk məşhurların villaları uçurulacaq

CƏLİLABADIN GƏNC ŞAİRƏSİ — HİCRAN ƏHMƏDLİ - FOTOLAR

Üç ürəyə bir ad günü sevinci - FOTOLAR

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

PÜSTƏ RƏVAN : DOST KİMİ SEVƏCƏYƏM MƏN

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"MÖCÜZƏLİ NAFTALAN"

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

*Aydan Ələkbərli, yoxsa Aydan Nizami qızı? Hansı daha çox tanıdır sizi* ?

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Məşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü

Media: İranın Xark adasında partlayış olub

Atlaz Rzayi : Cənub bölgəsinin gözü, Vətənim - FOTO

Vahid Çəmənli : Təpədən dırnağa ağdamlı - FOTO

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Qəzənfər Məsimoğlu : GÜLƏ-GÜLƏ GƏLDİ PAYIZ - FOTO

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930