Soyuq havalarda otaqdakı isti hava ilə soyuq pəncərə şüşəsi qarşılaşdıqda şüşənin səthində su damcıları yaranır. Bu, sadəcə vizual problem deyil, zamanla pəncərə kənarlarında qaralmalara və kifin yaranmasına gətirib çıxarır.

Mütəxəssislər bu problemi həll etmək üçün çox sadə məişət vasitələrini təklif edirlər.

.
Ən effektiv üsullardan biri qabyuyan mayedən istifadə etməkdir.

Bir az qabyuyan mayeni quru bir bezin üzərinə tökün və pəncərə şüşəsinin daxili hissəsinə nazik bir təbəqə halında çəkin. Daha sonra başqa bir təmiz, quru bezlə şüşəni parıldayana qədər silin. Mayenin yaratdığı görünməz təbəqə su damcılarının şüşəyə yapışmasının qarşısını alacaq.

Təraş köpüyü təkcə hamam güzgülərində deyil, pəncərələrdə də möcüzələr yaradır.

Şüşəyə bir az təraş köpüyü çəkin və bir neçə dəqiqə gözləyin. Sonra yumşaq bir bezlə silin. Bu üsul şüşənin üzərində qoruyucu bir baryer yaradaraq buxarlanmanı minimuma endirir.

Apteklərdə asanlıqla tapılan qliserin buxarlanmaya qarşı ən güclü silahlardan biridir.

Bir neçə damcı qliserini suya qarışdırıb pəncərələri bu su ilə silin. Gliserin suyun şüşə üzərində cəmləşməsinə mane olur və şüşələrin daha uzun müddət təmiz qalmasını təmin edir.

Əgər pəncərədə nəmişlik çoxdursa, fiziki olaraq rütubəti çəkmək lazımdır.

Pəncərənin önünə bir qabın içində dəniz duzu və ya karbonat (soda) qoyun. Duz havadakı artıq nəmi özünə çəkərək şüşəyə sızmasının qarşısını alacaq.

Bütün bu üsullarla yanaşı, mütəxəssislər "çarpaz havalandırma" üsulunu tövsiyə edir. Gündə ən azı iki dəfə pəncərələri 5-10 dəqiqəlik tam açaraq daxildəki nəmli havanın təmiz və quru hava ilə əvəzlənməsini təmin etmək problemin kökündən həlli üçün vacibdir.(milli.az)


Sonxeber.az

Son xəbərlər

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Sənubər Səhər : İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

Gömrükçülər "Qırmızı Körpü"də külli miqdarda dərman preparatları aşkarladılar

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Avaxıl kənd sakinləri ilə keçirilib - FOTO

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

"Sabah"ın oyunlarının təqvimi açıqlandı

Polis axtarışda olan 135 nəfəri saxladı

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

MUSTAFA KAMAL ATATÜRKÜN HƏDİYYƏSİ

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

BU GÜN 29 AVQUST, ŞƏHİD MAYOR RÜFƏT MÜRVƏT OĞLU ƏSGƏROVUN DOĞUM GÜNÜDÜR !

Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib

Dondurma yeyənə ayda 10 min maaş verəcək

Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb

Həsənxan Əsədov : QALIB

Azərbaycan Premyer Liqası: III tura bu gün start verilir

Kerem Bürsin əməliyyat olundu - Fotolar

UNİVERSİTETƏ GEDƏN YOL

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31