Yazın ilk meyvəsi və onun yuyulma qaydası
Çiyələk yazda süfrələrə çıxan ilk və vitaminlərlə zəngin meyvələrdən biridir. Onun tərkibi sadə şəkərlər, salisil turşusu və vitaminlərlə zəngindir, bağırsaqlarda olan toksinləri, ağır metallar və digər zəhərli maddələri özünə birləşdirərək orqanizmdən xaric edir. Çiyələk ildə iki dəfə - yazda və payızda məhsul verir və onu hər vaxt yemək həm uşaqlar, həm də böyüklər üçün xeyirlidir.

Lakin çiyələkdən istifadə zamanı bəzi qaydaları gözləmək lazımdır. Yaz vaxtı müxtəlif çiçək tozcuqları onun üzərinə yığılması allergik reaksiyalara səbəb olur. Qida mütəxəssisi Aytac Zülfüqarlı AZƏRTAC-a deyib: “Çiyələyi yuyub təmizləyərkən müəyyən qaydalara əməl etmək lazımdır. Məsələn, bir ovuc çiyələk yeyiləcəksə, qabda olan çiyələyin hamısını yumaq düzgün deyil. Çiyələyin tərkibində çoxlu su var. Onları quru saxlamaqla, meyvə daha uzun müddət təzə qala bilər, çünki nəmlik kifin yaranmasını və məhsulun xarab olmasını sürətləndirir. Meyvədə xarabolma əlamətlərinin yayılmasının qarşısını almaq üçün kiflənmiş və ya ağarmış çiyələklər aşkarlananda onları atmaq lazımdır. Çiyələk yaxşı saxlanarsa, 5-7 gün keyfiyyətli qala bilər, lakin həddindən artıq nəmlik və kif kimi bir neçə amil bu müddəti qısalda bilər”.

Mütəxəssislər bildirilər ki, çiyələk torpaqla çox bağlı olduğuna görə onun səthində mikroorqanizmlər və qurd yumurtaları toplanır. Çiyələyin allergik təsirini azaltmaq və üzərindəki patogen mikroorqanizmləri və qurd yumurtalarını məhv etmək üçün onu təmiz yumaq, meyvələri sodalı su ilə təmizləmək lazımdır.

“Bir qaba üç stəkan soyuq su və bir stəkan alma sirkəsi və ya ağ sirkə tökülür, çiyələk 5-20 dəqiqə həmin suda saxlanılır. Sonra soyuq su ilə təmiz yuyulur və turş dad verməmək üçün durulanır. Soyuq su məhsuldan pestisid qalıqlarının 75-80 faizini təmizləyir. Həmçinin soda məhsulu da təzə meyvə və tərəvəzlərdən çirk və pestisid qalıqlarının izlərini aparmağa kömək edir. Bundan başqa soyuducuda açıq bir qutu soda saxlamaq çiyələyin dadını və qoxusunu qoruyub saxlamağa kömək edir”,- deyə qida mütəxəssisi əlavə edib.

Çiyələk digər meyvələrlə müqayisədə ən çox qida maddələri ilə zəngindir, onu əbəs yerə “meyvələrin kraliçası” adlandırmırlar. Gün ərzində 8 çiyələk yeyilməsi orqanizmi C vitamini ilə təmin etmək üçün kifayət edir.

Son xəbərlər

Könül Kərimovanın qızı boşandı

Vətən Müharibəsi əlilinin ailəsinə başsağlığı verilib - FOTOLAR

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Sənubər Səhər : İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

Gömrükçülər "Qırmızı Körpü"də külli miqdarda dərman preparatları aşkarladılar

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Avaxıl kənd sakinləri ilə keçirilib - FOTO

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

"Sabah"ın oyunlarının təqvimi açıqlandı

Polis axtarışda olan 135 nəfəri saxladı

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

MUSTAFA KAMAL ATATÜRKÜN HƏDİYYƏSİ

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

BU GÜN 29 AVQUST, ŞƏHİD MAYOR RÜFƏT MÜRVƏT OĞLU ƏSGƏROVUN DOĞUM GÜNÜDÜR !

Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib

Dondurma yeyənə ayda 10 min maaş verəcək

Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb

Həsənxan Əsədov : QALIB

Azərbaycan Premyer Liqası: III tura bu gün start verilir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31