Zəfər Günü Azərbaycan tarixinin ən parlaq səhifəsidirAzərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Vətən müharibəsinin ildönümünə və Zəfər Gününə həsr olunan beynəlxalq seminar keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları İkinci Fəxri xiyabanda şəhidlərin məzarını, sonra isə universitetdə şəhidlərin xatirəsinə ucaldılan Memorial-xatirə kompleksini ziyarət ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb və Zəfər Gününə həsr olunan videoçarx nümayiş edilib.

Beynəlxalq tədbirdə çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov Zəfər Gününü Azərbaycan tarixinin ən parlaq səhifəsi adlandırıb. Bu zəfərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu strategiyasının, qüdrətli Azərbaycan Ordusunun, eləcə də ölkənin iqtisadi inkişafının Zəfəri olduğunu deyib. Rektor hərbi zəfərin ölkənin bütün sahələrinə transformasiyasını qarşıda duran ən mühüm vəzifələrdən biri adlandırıb.

Sonra hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi ruh yüksəkliyindən, qətiyyət və əzmkarlığından, yüksək mənəvi hazırlığından söz açıb. Müasir texnika və silahlarla təchiz olunmuş ordunun Aprel döyüşlərindən, Füzuli, Qubadlı, Zəngilan, Hadrut, Cəbrayıl, Şuşa uğrunda gedən azadlıq mübarizəsindən danışıb.

Vətən müharibəsində qazi olan UNEC-in tələbəsi Qaryağdı Adıgözəlov döyüş yoluna qısa nəzər salıb, Zəfər Günü xəbərini alması sevincini iştirakçılarla bölüşüb.

Tədbirə onlayn qoşulan Türkiyənin Bursa Uludağ Universitetinin professoru Fərhat Pirinççi 44 günlük Vətən müharibəsində əldə olunan qələbənin bütün türk dünyası üçün əhəmiyyətini vurğulayıb, bu savaşda tətbiq olunan hərbi strategiyanın dünya hərb tarixində yeni olduğunu diqqətə çatdırıb. Ermənistanın təcavüzkar siyasətinə qarşı Azərbaycanın hər zaman sülh tərəfdarı kimi çıxış etdiyini deyən professor, ölkəmizin Vətən müharibəsində yalnız hərb meydanında deyil, həm də informasiya savaşında beynəlxalq aləmdə qələbə qazandığını bildirib. O, Füzuli Beynəlxalq Hava Limanının qısa zamanda açılmasını dünya tarixində bənzəri olmayan inkişaf adlandırıb.

Beynəlxalq seminara Türkiyə, Almaniya, Ukrayna, Portuqaliya, Qazaxıstan və digər ölkələrdən xarici qonaqlar onlayn formatda qoşulublar.

Çıxışlardan sonra tədbir UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin iştirakı ilə bədii proqramla davam edib.

Tədbir çərçivəsində UNEC Dizayn Məktəbinin tələbələrinin, eləcə də dizayn ixtisası üzrə təhsil alan magistrantların Zəfər Gününə həsr olunan rəsm əsərləri nümayiş olunub.
Beynəlxalq seminar UNEC-in rəsmi feysbuk səhifəsində canlı yayımlanıb.

Zəfər Günü Azərbaycan tarixinin ən parlaq səhifəsidir
Zəfər Günü Azərbaycan tarixinin ən parlaq səhifəsidir
Zəfər Günü Azərbaycan tarixinin ən parlaq səhifəsidir
Zəfər Günü Azərbaycan tarixinin ən parlaq səhifəsidir
Zəfər Günü Azərbaycan tarixinin ən parlaq səhifəsidir
Zəfər Günü Azərbaycan tarixinin ən parlaq səhifəsidir
Zəfər Günü Azərbaycan tarixinin ən parlaq səhifəsidir
Zəfər Günü Azərbaycan tarixinin ən parlaq səhifəsidir
Zəfər Günü Azərbaycan tarixinin ən parlaq səhifəsidir

Son xəbərlər

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

"Sabah"ın oyunlarının təqvimi açıqlandı

Polis axtarışda olan 135 nəfəri saxladı

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

MUSTAFA KAMAL ATATÜRKÜN HƏDİYYƏSİ

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

BU GÜN 29 AVQUST, ŞƏHİD MAYOR RÜFƏT MÜRVƏT OĞLU ƏSGƏROVUN DOĞUM GÜNÜDÜR !

Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib

Dondurma yeyənə ayda 10 min maaş verəcək

Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb

Həsənxan Əsədov : QALIB

Azərbaycan Premyer Liqası: III tura bu gün start verilir

Kerem Bürsin əməliyyat olundu - Fotolar

UNİVERSİTETƏ GEDƏN YOL

Daşdəmir ƏJDƏROĞLU : SULUTUN AĞRISI, RAFİQ KƏRİMOVUN SƏSİ - FOTOLAR

15 ildən sonra yenidən “Ron Uizli”ni canlandıracaq

YADA DÜŞƏN İŞIQLI XATİRƏLƏR

Hacıməmməd Məmmədov : ZÜMRÜD VƏLİYEVA — ÖMRÜNÜN ŞEİRƏ ÇEVRİLƏN SƏTİRLƏRİ

KƏNDDƏN BAŞLAYAN YOLUN İŞIĞI - FOTOLAR

Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi

Avropa Liqasında da püşk atıldı - Fotolar

Rəngli Nepaldan geri qalanlar - Fotolar

Pəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31