Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə növbəti beynəlxalq “Zəfər düşərgəsi”nin açılışı keçirilibAzərbaycan Respublikasının Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun, Türkiyə Gənclik Vəqfinin birgə təşkilatçılığı ilə keçirilən növbəti beynəlxalq “Zəfər düşərgəsi”nin açılışı olub.

Turaztv.az xəbər verir: Azərbaycan Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, düşərgənin məqsədi hər iki ölkə gənclərinin əməkdaşlığının daha da inkişaf etdirilməsi, qardaş ölkə gənclərinin ortaq həyata keçirdiyi layihələrin və tədbirlərin sayının artırılması, Azərbaycan və Türkiyə mədəniyyətinin, tarixinin gənclər arasında təbliği, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan Zəfərin iki ölkənin gəncləri arasında təbliğ olunmasıdır.

Açılış mərasimi hər iki Dövlətin Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Türkiyə Gənclik Vəqfinin icraçı direktoru Enes Eminoğlu, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və digər şəxslər açılış nitqləri söyləyiblər.

Natiqlər çıxışlarında bu ilin iyulun 25-31-də Naxçıvan şəhərində uğurla keçirilən beynəlxalq “Zəfər düşərgəsi”nin hər iki dövlətin gəncləri arasında dostluq, əməkdaşlıq əlaqələrini daha da gücləndirdiyini vurğulayaraq, düşərgə müddətində gənclərin qardaş dövlətlərin tarixi və mədəniyyətinə dair geniş biliklər əldə etdiklərini bildiriblər. Uğurla yekunlaşan sonuncu düşərgənin davamı olaraq, Qaziantep şəhərində keçiriləcək düşərgənin də eyni maraqla qarşılanacağına əminlik ifadə edilib.

Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun şücaəti ilə Vətən müharibəsində qazanılmış Zəfər fonunda mühüm bir tarixi dövrdə yaşadığımız xüsusi vurğulanıb. Bu tarixi Qələbənin qazanılmasında qardaş Türkiyə dövlətinin və rəsmilərinin göstərdiyi siyasi və mənəvi dəstəkdən söz açılıb, hər iki ölkə gənclərinin ümummilli maraqlara xidmət edən mövzular ətrafında irimiqyaslı layihələrə cəlb olunmasının əsas məqsədlərdən biri olduğu diqqətə çatdırılıb.

Türkiyə və Azərbaycanın müxtəlif bölgələrindən olan, hər iki ölkədən 100 iştirakçı olmaqla, ümumilikdə 200 gəncin iştirakı ilə baş tutacaq düşərgə 19-25 oktyabr tarixlərini əhatə edəcək.

Düşərgə müddətində iştirakçılar iki ölkə gənclərinin ortaq mədəniyyətinin öyrənilməsi, gənclərin hər iki ölkənin tarixi haqqında maarifləndirilməsi ilə əlaqədar Urfa şəhərinə, Qaziantepin müxtəlif tarixi abidələrinə və turizm məkanlarına səfər edəcək, asudə vaxtın səmərəli təşkili üçün müxtəlif əyləncəli oyunlara, intellektual yarışlara və şəxsi inkişafla bağlı təlimlərə cəlb olunacaqlar.Hər iki ölkənin Gənclər Fondu tərəfindən gələcəkdə də irimiqyaslı düşərgə və layihələrin təşkili planlaşdırılır.

Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə növbəti beynəlxalq “Zəfər düşərgəsi”nin açılışı keçirilib

Son xəbərlər

DİN: Vətəndaşlar "uduş", "hədiyyə", "kampaniya" və digər cəlbedici təkliflərə qarşı diqqətli olmalıdırlar

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

“Bu adın 400-dən çox yaşı var” - Kanadadan Trampın qərarına etiraz

3 min illik qızıl xəzinə 4 dəqiqəyə oğurlandı

Göy bizim yerimizə hayqıranda...

Anasının ölümünə görə şikayət etdi - Atası həbs olundu

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib

İcra başçısının nümayəndəsi qəfil vəfat etdi

Tərəf müqabili oldular

Fəlakət zonasından təxliyə edildilər

Zəlzələdən zərərçəkənlərə 1 milyon dollar bağışladı

“Artıq itirəcək heç nəyimiz yoxdur” - Qurban Qurbanov

UNİVERSİTETƏ GEDƏN YOL

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Mənimtək gecəyə qonaq olanlar - FOTO

Bərdə rayonunda Qızıl Aypara könüllüləri ilə görüş keçirildi - FOTOLAR

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək

Çəkisinə görə məruz qaldığı təzyiqlərdən danışdı - FOTOLAR

Maksim Qalkin Bakıda - Fotolar

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşdi - 70 manat

Sabah ilin son Ay tutulması baş verəcək

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31