Xəbərlər
21.08.2026, 22:24
Portuqaliyalı voleybolçu: Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik
Bizi çətin matçın gözlədiyini bilirdik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət Portuqaliya millisinin üzvü Maria Lopes Bakıda keçirilən Avropa çempionatında Azərbaycan yığmasına 1:3 hesabı ilə məğlub olduqları matçdan sonra deyib.
Voleybolçu məğlubiyyətə baxmayaraq komandasının çıxışını yüksək qiymətləndirib: "Məncə, çox yaxşı oynadıq. Bizim üçün yaxşı oyun oldu. Amma setlərin sonunda daha diqqətli olmalı, həlledici xalları qazanmaq üçün daha çox çalışmalıyıq. Ümumilikdə yaxşı mübarizə apardıq və növbəti görüşlər üçün gözləntilərimiz böyükdür. Çox çalışan, əzmkar kollektivimiz var. Hələ inkişaf etməli olduğumuzu bilirik, amma komandama inanıram”.
Maria Lopes Azərbaycan yığmasının oyunu və rəqib heyəti barədə də fikirlərini bildirib: “Azərbaycan çox güclü komandadır, bunu oyundan əvvəl də bilirdik və rəqibi yaxşı analiz etmişdik. Bizi çətin matçın gözlədiyindən xəbərdar idik. Meydanda çox yaxşı təsir bağışladılar, buna görə onları təbrik edirəm. Rəqib heyətində xüsusilə 17 nömrəli oyunçu – Polina Rəhimovanın çıxışını bəyəndim”.
Qeyd edək ki, C qrupunda Azərbaycan və Portuqaliya yığmaları ilə yanaşı, Niderland, İspaniya, Belçika və Rumıniya komandaları da mübarizə aparır. Bu qrupun matçlarına avqustun 28-də yekun vurulacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay