Paşinyanın "Dördüncü Respublika"sı: Ermənistanın gələcəyi Bakı və Ankara ilə bağlıdır - ŞƏRH


Ermənistanda bu ilin iyununda keçirilən parlament seçkilərində qalib olduqdan sonra Baş nazir Nikol Paşinyan yeni mərhələyə keçmək üçün kifayət qədər geniş imkan əldə etdi. Hakim "Vətəndaş müqaviləsi" partiyası qələbəni Paşinyanın son illərdə irəli sürdüyü siyasi xəttə verilən mandat kimi qəbul etdi.

Seçki kampaniyasında Azərbaycanla sülh, hökumətin xarici siyasətində çoxvektorlu istiqamətin müəyyən edilməsi, "Real Ermənistan" ideyasının ön plana çıxarılması və Ermənistanın regional kommunikasiyalara inteqrasiyası əsas tezislər idi. Seçkilərdən sonra isə İrəvanda yaranan siyasi mənzərə bu tezislərin yeni ideoloji çərçivəyə salınacağına işarə edirdi.

Baş nazir Nikol Paşinyan hökumətinin avqustun 20-də "Ermənistan Respublikası Hökumətinin 2026–2031-ci illər üzrə fəaliyyət proqramı"nı qəbul etməsi isə yeni mərhələnin əsas konturlarını rəsmiləşdirdi. Bu proqramın mərkəzində Baş nazirin "Dördüncü Respublika" adlandırdığı dövlətçilik modeli dayanır və onun əsasını isə "Real Ermənistan" ideologiyası təşkil edir.

Paşinyan "Üçüncü Respublika"nın konflikt məntiqi, "Dördüncü Respublika"nın isə sülh məntiqi ilə formalaşdığını bildirib.

Diqqət yetiriləsi məqam ondan ibarətdir ki, burada əsas məsələ ad dəyişikliyi deyil. Bu proqramla əslində Paşinyan dövlətçilik modelində yeni siyasi mərhələyə start verildiyini anons edir. "Dördüncü Respublika" sələflərinin qurduğu tarixi iddialar və münaqişə, torpaq iddiası kimi siyasi kimlikdən uzaqlaşmaq və imtina etmək modelinə söykənərək mövcud sərhədlər daxilində təhlükəsizlik və inkişaf prioritetini əsas götürür. Bu, Ermənistanın regional siyasətinin əsas istiqamətlərini də müəyyən edən siyasi xətt kimi təqdim olunur. Buna görə də, Azərbaycanla sülhün möhkəmləndirilməsi, sərhədlərin müəyyənləşdirilməsi prosesinin başa çatdırılması, Türkiyə ilə münasibətlər və regional kommunikasiyalara inteqrasiya (TRIPP layihəsinin reallaşdırılması və s.) bir-birindən ayrı proseslər deyil. Bu, rəsmi İrəvanın yeni dövlətçilik modelinin bir-birini tamamalayan əsas istiqamətləridir.

Əlbəttə, Azərbaycanla sülh məsələsi xüsusi əhəmiyyət daşıyır. Diqqət yetiriləsi daha bir məqam isə odur ki, "Dördüncü Respublika"nın proqramında sülh sadəcə uzunmüddətli münaqişəyə son vermək və münasibətləri normallaşdırmaqla yanaşı, Ermənistanın gələcək təhlükəsizlik və inkişaf modelinin əsas şərtlərindən biri kimi təqdim edilir. Bu, regionda Azərbaycanın memarı olduğu yeni siyasi və geosiyasi arxitekturanın erməni hökuməti tərəfindən qəbul edildiyinin sübutudur. Paşinyanın avqustun 20-dəki açıqlamalarında da bunu sezmək mümkündür.

"Azərbaycanla sülhün qarşısında prinsipial maneə qalmayıb və əsas məsələ əldə edilmiş nəticələri möhkəmləndirməkdir", - o deyib.

Burada diqqətçəkən məqam sülhün qarşısında maneənin qalmaması fikridir ki, bununla da Baş nazir Azərbaycanın haqlı tələbi olan konstitusiya dəyişikliyinin yaxın zamanlarda referenduma çıxarılacağına işarə edir. İrəvan da artıq bu məsələnin referendum yolu ilə həll edilə biləcəyini açıq şəkildə müzakirə edir. Deməli, Paşinyanın son açıqlaması sülh prosesində siyasi dialoq mərhələsindən daha konkret hüquqi addımlar mərhələsinə keçidin mümkünlüyünə işarə edir.

Ermənistanın yeni hökumət proqramındakı əsas istiqamətlərdən biri də sərhədlərin delimitasiya prosesinin davam etdirilməsidir. Əslində, sülh və sərhədlərin müəyyənləşdirilməsinə vahid bir proses kimi yanaşmaq lazımdır. Çünki sülhün davamlı və möhkəm olması üçün tərəflərin dövlət sərhədləri də dəqiq müəyyənləşdirilməlidir. Ermənistanın yeni hökumətinin bu məsələni prioritet kimi qəbul etməsinə isə sadəcə Azərbaycanla münasibətləri çərçivəsindən yox, daha geniş prizmadan baxmaq lazımdır. Çünki sərhədlərin delimitasiyası həm də rəsmi İrəvanın regional mövqeyinə müsbət təsir edəcək. Çünki sərhədlərlə bağlı qeyri-müəyyənliyin aradan qalxması Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələrini genişləndirməsi, nəqliyyat yollarının açılması və regionun iqtisadi imkanlarından daha çox yararlanması üçün əsas şərtlərdən biridir.

Bu kontekstdən baxanda Ermənistanın yeni hökumət proqramında Türkiyə ilə münasibətlərin normallaşdırılmasının daxil edilməsini də məntiqi davam kimi qəbul etmək olar. Çünki rəsmi Ankara İrəvanla münasibətləri normallaşdırma şərti kimi Azərbaycanla Ermənistan arasında sülhün olduğunu dəfələrlə bəyan edib.Bu səbəbdən də "Dördüncü Respublika" üçün həm Azərbaycanla sülh, həm də Türkiyə ilə münasibətlərin normallaşdırılmasının eyni proqramda prioritet kimi qəbul edilməsi təsadüfi sayıla bilməz. Buna görə də Ermənistan üçün Azərbaycanla sülh sadəcə münasibətlərin yeni mərhələyə keçəcəyi anlamına gəlmir. Eyni zamanda, Türkiyə ilə sərhədlərin açılması və regionun əsas iqtisadi-nəqliyyat sisteminə qoşulmaq üçün də mühüm qapı yaradır. Bu məqam Ermənistanın yeni kursunda Azərbaycan və Türkiyə istiqamətlərinin əslində bir-birindən ayrı deyil, vahid regional strategiyanın tərkib hissələri olduğunu göstərir.

Bu proseslərin məntiqi davamı isə regional kommunikasiyaların açılmasıdır. Uzun müddətdir, Azərbaycan və Ermənistanda müzakirə olunan və bununla bağlı real addım sayılan TRIPP layihəsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın əsas hissəsilə Naxçıvanı Ermənistan ərazisindən keçməklə birləşdirəcək bu layihəyə sadəcə Azərbaycanın nəqliyyat imkanlarını genişləndirən layihə kimi baxmaq olmaz. Bu, eyni zamanda, Ermənistan üçün də uzun illər kənarda qaldığı regional nəqliyyat sisteminə qoşulmaq və iqtisadi fayda əldə etmək üçün vacib bir fürsətdir.

Sülh və sərhədlərin müəyyənləşdirilməsi ilə paralel olaraq kommunikasiyaların açılması İrəvanın həm Azərbaycan, həm Türkiyə, həm də daha geniş regionla iqtisadi əlaqələrini genişləndirə bilər. Bu prizmadan baxdıqda isə "Dördüncü Respublika"nın proqramında qeyd olunan regional inteqrasiya xəttinin ən konkret nümunəsi də məhz TRIPP-dir, yəni Zəngəzur dəhlizi.Bütün bu sadalananlar göstərir ki, Paşinyanın təqdim etdiyi "Dördüncü Respublika" konsepsiyası Ermənistan üçün sadəcə yeni siyasi xətt yox, həm də ölkənin regional mövqeyini dəyişdirmək cəhdidir. Əgər rəsmi İrəvan proqramda əsas istiqamətlər kimi götürülən bu xətti real siyasi qərarlara və addımlara çevirə bilsə, Ermənistan uzun illər girdabında boğulduğu qarşıdurma, münaqişə və təcrid siyasətindən qurtularaq yeni inkişaf mərhələsinə qədəm qoya bilər.

Buna görə də əminliklə deyə bilərik ki, "Dördüncü Respublika" üçün əsl sınaq Azərbaycanla sülhü rəsmiləşdirmək, Türkiyə ilə münasibətləri normallaşdırmaq və TRIPP layihəsini tez bir zamanda reallaşdırmaqdır. Yəni, Paşinyanın elan etdiyi yeni respublika və yeni dövrün taleyini qarşıdakı dövrdə atacağı real addımlar müəyyən edəcək...(Report)

Son xəbərlər

Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"

Türkiyədə helikopter qəzaya uğrayıb

Rusiya ordusu Borispol bölgəsinə raket zərbələri endirib

Новрузали Асланов: отношения между Баку и Ташкентом имеют более широкое значение, чем двустороннее сотрудничество

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

Azərbaycan nefti cüzi bahalaşıb

Yay geri qayıdır: Qəfil istilənmə kimləri və nələri “vuracaq”? – TƏHLÜKƏ

Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir

Əməkdar artist Aygün Bəylərin doğum günüdür

Bazar günü 40 dərəcə isti olacaq

Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı

Ağ Şəhərdə zəncirvari qəza - Bahalı maşınlar əzildi

Kəmalə Xudaverdiyevaya ağır itki - FOTO

Rusiyadan Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb

Rusiya Kiyevdə dəmir yoluna ballistik zərbə endirib

Fidan Hacıyevanın 50 illik yubileyinə həsr olunan üç aylıq Opera Festivalına start verilir

Xəzər dənizində zəlzələ olub

Əməkdar jurnalist vəfat etdi

Tarkanı dinləmək üçün yarım milyon ödəyəcəklər

Rəsmən Ronaldonun uşaqlarının anası oldu - FOTOLAR

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

Vahid Çəmənli : Əkbər müəllimin tək bir dərdi olub, o da Vətən dərdi... - FOTO

Elgiz yenidən efirə qayıdır

Ölkədən çıxışına qadağa qoyuldu

Bir yaşlı qızı ilə dünya rekordu qırdı

Şah Abbasa tab gətirdik, Putinə dözmək olmur" - Saakaşvili

İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31