Paşinyan: Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri genişləndirmək istəyir

Qonşu ölkələrlə münasibətlərin qurulması Ermənistanın balanslaşdırılmış xarici siyasətində mühüm rol oynayır.

Bunu Baş nazir Nikol Paşinyan bu gün hakim "Vətəndaş müqaviləsi" partiyasının seçkiqabağı proqramının təqdimatı zamanı bəyan edib.

"Regionallaşma balanslaşdırılmış xarici siyasətin formalaşmasında əsas rol oynayır, bunun başlıca məqsədi Ermənistanın xarici dəstək olmadan öz mühitində təkcə yaşamaq deyil, həm də rahat inkişaf etmək qabiliyyətini təmin etməkdir. Bu mənada Gürcüstan, İran İslam Respublikası, Türkiyə Respublikası və Azərbaycan Respublikası ilə münasibətlərin daha da inkişaf etdirilməsi böyük əhəmiyyət daşıyır və partiya bu yolu izləyəcək", - o deyib.

Paşinyanın fikrincə, regional əməkdaşlıq kontekstində nəqliyyat infrastrukturunun tam blokadadan çıxarılması, o cümlədən TRIPP layihəsinin (Beynəlxalq sülh və firavanlıq naminə Tramp marşrutu) həyata keçirilməsi və Gümrü-Qars dəmir yolunun istismara verilməsi zəruridir: "Bu da regionda sülhü və əməkdaşlığı daha da möhkəmləndirəcək".

Baş nazir həmçinin İrəvanın Bakı və Ankara ilə münasibətlərdə uzun illər regionda sülhün bərqərar olmasına mane olan əvvəlki səhv mövqeyinə diqqət çəkib.

"Azərbaycan və Türkiyə ilə münasibətlərimizdə biz həmişə üçüncü ölkələr vasitəsilə hərəkət edirdik. Yəni bəyanat və planlarımızın 90%-ni və ya daha çoxunu üçüncü ölkələr vasitəsilə müzakirə edirdik. Kiminləsə üçüncü tərəf vasitəsilə ünsiyyət qurduğunuz zaman üçüncü tərəfin sizin mesajlarınızı ünvana düzgün çatdırdığına və öz mesajlarını ötürərkən düzgün davrandığına heç vaxt əmin ola bilməzsiniz, çünki üçüncü tərəfin öz ideyaları, öz maraqları, öz təsəvvürləri ola bilər və biz heç vaxt üçüncü tərəfin və üçüncü şəxslərin maraqlarının nə olduğunu bilmirik. Məhz buna görə də regionumuzda uzun illər sülh bərqərar olmurdu.

Və biz mövqeyimizi dəyişdik, biz bəyan etdik ki, əgər Türkiyə və Azərbaycanla danışacaq mövzularımız varsa, ki şübhəsiz var, onda niyə danışmayaq? Çünki mesajımızın ünvana çatacağının və dəqiq cavab alacağımızın yeganə zəmanəti budur", - o əlavə edib.

Hökumət başçısı həmçinin bəyan edib ki, Ermənistan regionallaşmanın praktik həyata keçirilməsi üçün "3+3" formatının daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və buna öz töhfəsini verməyə hazırdır:

"Rusiyanın bu formatda iştirakı Ermənistan və Rusiya arasında münasibətlərin konstruktiv transformasiyası üçün də vacibdir".

Paşinyan həmçinin Səudiyyə Ərəbistanı və Pakistanla diplomatik münasibətlərin qurulmasını vacib adlandırıb. "Bu istiqamət 2026-2031-ci illər dövründə yeni impuls alacaq", - o əlavə edib.

Son xəbərlər

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli

Azərbaycanın və Özbəkistanın Xalq artisti: Bu adı daşımaq böyük qürur olmaqla yanaşı, sənət qarşısında ciddi məsuliyyətdir

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

Prezident İlham Əliyevin Özbəkistan səfəri - Bakı ilə Daşkənd arasında yeni əməkdaşlıq mərhələsi

"Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir" - Hikmət Hacıyev

Prezident vəzifəsinə yenidən seçilmək hüququm var - Tokayev

Prezidentlə xanımı Ümummilli Liderin memorial kompleksini ziyarət etdilər

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Məşhur serialda rol alacaq

“Özbəkistana dövlət səfərindən gözəl xatirə” - Foto

Çindən avtomobillərlə bağlı görünməmiş geri çağırış - 3 milyon maşında qüsur var

Bir günə Ukraynaya 11 859 kamikadze-dron atdılar

Universitetlər xarici dil müəllimliyində yerləri AZALDIR: Nə baş verir?

Prezident xanımı ilə Özbəkistandadır

BIR SƏSİN UŞAQLIĞI (OÇERK) - FOTOLAR

RƏNGLƏRİN VƏ MÖCÜZƏLƏRİN NAĞIL DÜNYASI

Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır

Altun Süleymanov: Fidan Hacıyevanın gənclərə verdiyi dəstək böyük əhəmiyyət daşıyır

“Azərbaycan-Özbəkistan əlaqələri strateji xarakter daşıyır” - Kamaləddin Qafarov

Qərbi Abşeron yatağında platformada qaldırıcı qurğu aşıb, ölən var

Bu gün Qobustan rayonunun Bədəlli kəndindən olan şəhid Orxan Müstəcəbovun anası Şəhla Ananın doğum günüdür - FOTO

Gəlinlik seçməyə getmişdi, maşının altında qalıb öldü - Toyu günü dəfn olundu

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31