Gənclər Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət ediblər15 sentyabr Azərbaycan Respublikasının Gənclər Fondu və ölkənin aparıcı gənclər təşkilatlarının nümayəndələri Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 103-cü ildönümü ilə əlaqədar “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Gənclərin İnkişafı və Karyera Mərkəzi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “Böyük Qayıdış” İctimai Birliyi, “İrəli” İctimai Birliyi, Azərbaycanlı Tələbə və Məzunlar Platforması İctimai Birliyi və digər gənclər təşkilatlarının nümayəndələri 15 sentyabr 1918-ci ildə Bakının işğaldan azad olunması uğrunda azərbaycanlı əsgərlərlə çiyin-çiyinə vuruşub şəhid olmuş 1130 Osmanlı-türk əsgərinin xatirəsini dərin ehtiramla yad edib, onların xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi önünə əklil qoyublar.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət”, dahi Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlmələrinin Azərbaycan-Türkiyə qardaşlığının sözlə ən gözəl təsviri olduğunu qeyd edən gənclər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbə uğrunda canlarından keçən şəhidlərimizi də yad edib, bir əsr əvvəl olduğu kimi, müasir tariximizin bu vacib dönəmində Türkiyənin göstərdiyi siyasi və mənəvi dəstəyi hər zaman xatırlayacaqlarını vurğulayıblar.

Prezident İlham Əliyevin “Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər” fikrinin gənclərdə böyük ruh yüksəkliyi yaratdığını qeyd edən tədbir iştirakçıları, Azərbaycanın bundan sonra daha da inkişaf etməsi, qüdrətlənməsi və gələcək zəfərlərimiz naminə ölkə başçısının ətrafında daha sıx birləşəcəklərini bildiriblər.
Gənclər Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
Gənclər Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
Gənclər Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
Gənclər Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
Gənclər Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Son xəbərlər

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu

Tarixin ən böyük maliyyə hücumu - “Dan yeri söküləndə...”

Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki

İmişlidə toyda faciə - 25 yaşlı oğlan qəfil öldü

UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub

Hikmət Hacıyev Buxaradan paylaşım edib

İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31