Xaricdə təhsil alan gənclər Kiyevdə Azərbaycana dəstək aksiyası keçiriblər14 oktyabr Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə Vətən müharibəsi qəhrəmanlarını yad etmək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məqsədilə ASAP-a üzv olan xaricdə təhsil alan gənclər tərəfindən Avropanın müxtəlif şəhərlərində silsilə tədbirlərə başlanılıb.

Gənclər Fondundan AZƏRTAC-a bildirilib ki, bu çərçivədə ilk tədbir oktyabrın 14-də Ukraynanın Kiyev şəhərinin “Azadlıq” meydanında baş tutub. Aksiyanın məqsədi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun dövlətimizin ərazi bütövlüyünü bərpa etməklə tarixi ədalətsizliyə son qoymasını, Vətən müharibəsi dövründə Ermənistanın törətdiyi hərbi cinayətləri, müharibədən sonra regionda yaranmış yeni siyasi reallığı dünya ictimaiyyətinə çatdırmaq, erməni vandalizmini insanlara təkrar xatırlatmaqdır. Tədbir çərçivəsində ASAP-a üzv olan gənclər Vətən müharibəsinin həqiqətlərini özündə əks etdirən bukletləri paytaxt sakinlərinə paylayaraq, ətraflı məlumat veriblər. Bukletlərdəki fotolarda işğal dövründə Azərbaycanın mədəni irsinə, təbiətinə və mülki əhalisinə qarşı törədilən cinayətlər öz əksini tapıb.

Gənclər müharibənin mülki insanlar, xüsusilə yeniyetmə və uşaqlarda iz qoyduğu unudulmaz və ağır təsirləri haqqında fikirlər səsləndirərək, erməni vandalizminin səbəb olduğu dəhşətli faktlar barədə vətəndaşları məlumatlandırıblar.

Maraqla qarşılanan aksiyada azərbaycanlı gənclərə yaxınlaşaraq daha ətraflı məlumat alan və fotolar çəkdirən Kiyev sakinləri Azərbaycan-Ukrayna dostluğunu bir daha nümayiş etdirərək, ölkəmizə dəstək olduqlarını bildiriblər.

Aksiya müddətində gənclər tərəfindən Azərbaycan xalqına bu böyük Zəfər sevincini yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə edilib, şanlı Qələbəni bizə bəxş edən şəhidlər ehtiramla yad olunub, qazilərə şəfa arzulanıb.
Vətən müharibəsinin ildönümü ilə əlaqədar silsilə aksiyalar qarşıdakı günlərdə digər Avropa şəhərlərində də davam edəcək.
Xaricdə təhsil alan gənclər Kiyevdə Azərbaycana dəstək aksiyası keçiriblər
Xaricdə təhsil alan gənclər Kiyevdə Azərbaycana dəstək aksiyası keçiriblər
Xaricdə təhsil alan gənclər Kiyevdə Azərbaycana dəstək aksiyası keçiriblər
Xaricdə təhsil alan gənclər Kiyevdə Azərbaycana dəstək aksiyası keçiriblər
Xaricdə təhsil alan gənclər Kiyevdə Azərbaycana dəstək aksiyası keçiriblər
Xaricdə təhsil alan gənclər Kiyevdə Azərbaycana dəstək aksiyası keçiriblər

Son xəbərlər

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

"Payızda ulduzlar görünmür" Şirin Mirzəyev və HaciEkber Rustamov

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

DİN: Vətəndaşlar "uduş", "hədiyyə", "kampaniya" və digər cəlbedici təkliflərə qarşı diqqətli olmalıdırlar

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

“Bu adın 400-dən çox yaşı var” - Kanadadan Trampın qərarına etiraz

3 min illik qızıl xəzinə 4 dəqiqəyə oğurlandı

Göy bizim yerimizə hayqıranda...

Anasının ölümünə görə şikayət etdi - Atası həbs olundu

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib

İcra başçısının nümayəndəsi qəfil vəfat etdi

Tərəf müqabili oldular

Fəlakət zonasından təxliyə edildilər

Zəlzələdən zərərçəkənlərə 1 milyon dollar bağışladı

“Artıq itirəcək heç nəyimiz yoxdur” - Qurban Qurbanov

UNİVERSİTETƏ GEDƏN YOL

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Mənimtək gecəyə qonaq olanlar - FOTO

Bərdə rayonunda Qızıl Aypara könüllüləri ilə görüş keçirildi - FOTOLAR

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək

Çəkisinə görə məruz qaldığı təzyiqlərdən danışdı - FOTOLAR

Maksim Qalkin Bakıda - Fotolar

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşdi - 70 manat

Sabah ilin son Ay tutulması baş verəcək

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31