ÜZÜ DÖNSÜN AYRILIĞIN...
ÜZÜ DÖNSÜN AYRILIĞIN...

Xeyr, Elçin Allahverdi oğlu Nəsirov, biz bir daha bir araya gəlməyəcəyik, birlikdə gülməyəcəyik, şirin söhbətlər etməyəcəyik, yoxluğunla gülüşümüz, təbəssümümüz artıq bir neçə gündür üzümüzdə donub qalıb. Qıyğacı baxıb tez-tez dediyin bu sözləri indi səni tanıyanlar daha çox xatırlayırlar. Axı, niyə belə etdin, qarşıda çoxlu görüş, söhbət vardı, deyib-güləcəkdik... Niyə sözünə vəfasız çıxdın, tələsməməyə, oturub doyunca söhbət etməyə həvəsləndirirdin bizi – dostları, xətrini istəyənləri?!.
Biz səndən bu vəfasızlığı gözləmirdik axı...

Bir neçə gün əvvəl əmioğlum Qurban telefon danışımız zamanı sözarası dedi ki, Allahverdi əminin oğlu Elçin də bu günlərdə dünyasını dəyişdi. Onu da qeyd etdi ki, bu xəbəri eşidəndən heç cür özümüzü ovuda bilmirik. “Kaş bu xəbər yalan olsun”,- deyib möcüzəyə ümid bəslədik. Heyf ki, gerçək oldu. Bu acı, qəfil xəbər təkcə doğmalarını, əzizlərini yox, bütün dostlarını, Elçinsevərləri sarsıtdı...
Eh... Elçin, 5 gündür sənsizliklə yol yoldaşıyıq, elə bilirik qayıdacaqsan. Beş gün beş dəqiqə kimi yaman tez ötür. Sən 60-ın astanasındaydın, vaxtsız ölüm, amansız düşmən fitnəsi imkan vermədi ömrün 60-nı başa vurmağa. Sən hamının, elə bu qoca dünyanın da yaddaşında 59 yaşında qaldın. İllər ötüb keçəçək, biz hamımız qocalacaq, yaşa dolacağıq, sən isə həmişə elə bu yaşda da qalacaqsan...
Xatirələrin izi ilə ötən günlərə, illərə qayıtmaq, olmuşları bir daha yaşamaq qəlb incidir, ürək dağlayır. Hadisələr, mənzərələr, sözlər, baxışlar, gülüşlər yenidən canlanıb heç bir qüvvənin, heç bir möcüzənin geri qaytara bilməyəcəyi aləmə aparır. Elə xatirə işığında da keçmiş günlərə, olmuşlara, olanlara qayıdıram. Səninlə birlikdə keçirdiyimiz uzaq illərin arxasındakı şirin və unudulmaz xatirələri yenidən yaddaşımda vərəqləyirəm.
Üçlükdə - sən, mən və yaxın dostumuz Zeynal Zeynalovla (o da çoxdandır Allah rəhmətinə gedib) orta məktəb illərində hər yay tətili zamanı ana Vətənin Basqala gələndə gəzdiyimiz məkanlar, keçirdiyimiz uşaqlığımızın kövrək məqamları yada düşür. Səninlə bağlı o qədər şirin, unudulmaz xatirələr var ki, bilmirəm, hansını yazım, hansını xatırladım? Hansını yada salıram, bir-birindən şirin, bir-birindən dadlı... Hansını xatırlayıram, üzümə təbəssüm qonur, dodağım qaçır... Elçin, sən beləydin - gülüş dolu, təbəssüm dolu, həyat dolu...
Sən şirin, həzin, həm də kövrək bir nəğmə kimi yaddaşımıza hopmuşdun. Nə qədər varıqsa, nə qədər yaşayacağıqsa, bizimlə yol yoldaşısan, sənli xatirələr bitib-tükənmək bilməyəcək...
Qeyd etdiyim kimi, səni uşaqlıqdan tanıyıram, bizim tanışlığımızın yaşı, səndən də, məndən də çox qocadır... Elə bil dünən idi, bir həyətdə oynamışıq, sanki bir məktəbdə oxumuşuq, bir auditoriyada təhsil almışıq...
Sən olduğun məclislərə xüsusi şuxluq gətirərdin. Tanrı səndən heç nəyi əsirgəməmişdi: danışığı, təmkini, səbri, ağayanalığı, həm də zarafatı, şirin yumoru... Baməzə söhbətlərinlə hamının qəlbinə tez yol tapırdın. Elə bir toplantı olmazdı ki, sənin gəlişini, şirin, dadlı söhbətlərini heyranlıqla dinləməsinlər...
Səndə çox böyük müşahidə bacarığı da vardı, hər görüşün səhəri bir dünya məzəli söhbətlər yaranardı, bizim sezmədiyimiz elə məqamlardan danışardın ki, orada olduğumuzu şaşırardıq, növbəti görüşə qədər deyib-gülməyə söhbətimiz olardı.
Rəhmətlik xalan Şükufə xanım bizim ədəbiyyat müəllimimiz idi. Hər dəfə sən Basqala gələndə müəllimizgilə sənlə gedir, özümüzü məsum uşaqlar kimi (əslində xaraktercə elə məsum idik) aparır, Şükufə xanım da bizi sənə nümunəvi şagirdləri kimi təqdim edirdi. Bizə dönə-dönə tapşırırdı ki, səndən muğayat olaq, şəhər uşağısan, nələrisə bizlməzsən, məkanları yaxşı tanımadığın üçün azıb qalarsan. Sən isə bizdən heç fərqlənmirdin, Basqalı bizdən yaxşı tanıyırdın...
Fikirləşirəm, nə yaxşı uşaqlığımız olub, yoxsa indi nədən, necə danışardım? Onu da fikirləşirdim ki, hamımız nə vaxtsa böyüyəcək, hərəmiz bir ixtisas dalınca gedəcək, nə vaxtsa da Basqallı dövrümüzü birgə xatırlayacağıq. Amma çox təəssüf... Deməli, qismət deyilmiş!...
İndi həmin olanları mən xatırlayıram, mən qələmə alıram, sizsiz – Elçinsiz və Zeynalsız...
Eh... Elçin, uşaqlığımız normal keçib, gəncliyimiz oxumaqla, müxtəlif sahələrdə fəaliyyət göstərməklə, yetkinlik dövrü ailə-uşaq, gün-güzəran qayğılarına qarışıb. Sən cəmiyyətin ən fəal üzvü olmaqla həyatda öz yerini tapdığın məqamlarda, baba kimi kamilləşən bir zamanda bu dünyaya “əlvida” dedin.
Lap əvvəl kiçik qardaşını o biri dünyaya yola salmışdın, bir neçə il əvvəl atan Allahverdi əmini... İndi özünü biz yola saldıq qaqaşla atanın yanına... Elşəni, ananı, doğmalarını, 52 illik dosunu – Daşdəmir Əjdəroğlunu sənsizliyə məhkum etdin ay Elçin...
Ölüm həyatın inkarı yox, təsdiqidir, onun sonluğu, tamlığı, tamamlığı, bütövlüyünün yekunudur. Fransızlar deyiblər: “Axşam gündüzü tamamladığı kimi, ölüm də həyatı tamamlayır”. Bilmirəm, bunu vaxtsız ölümlərə də aid etmək olar, ya yox?
Yoxluğunun 3-cü günündə yas mərasiminin keçirildiyi “Zəm-zəm” adlı məkanda divardan adılımış bu fotoşəklinə salam verdim. Burada olduğum məqamlarda hər dəfə çərçivədən boylanan şəklinə baxdıqca göz yaddaşımda işıqlı çöhrən, sifətinin kədəri, fərəhi, gülüşü, həsrəti, qulaq yaddaşımda səsin, sözlərin, danışığın, yaddaşımda sənli xatirələr yenidən canlandı.
Səndən çox yaza bilmirəm Elçin, həyəcandan əlimdə qələm də əsir... Elə bilirəm qələmimin ucundan indicə qan damcılayacaq...
Üzü dönsün ayrılığın... bu kövrək sətirləri qələmə alarkən şairlərdən birinin misraları yada düşür:
Sən öz yoxluğuna öyrətdin bizi,
Nə vaxt gələcəksən,“tələsmə”,-dedin.
Bəzən zarafatla, bəzən də ciddi,
Çətin bu yollardan dönərəm dedin.

Qəfil ayrılığın yandırdı bizi,
Səslədik, axtardıq tapmadıq səni.
Bircə təsəlli var - adınla birgə,
Qoşa çəkiləcək Vətən kəlməsi


Daşdəmir ƏJDƏROĞLU,
52 illik dostun

Son xəbərlər

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Sənubər Səhər : İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

Gömrükçülər "Qırmızı Körpü"də külli miqdarda dərman preparatları aşkarladılar

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Avaxıl kənd sakinləri ilə keçirilib - FOTO

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

"Sabah"ın oyunlarının təqvimi açıqlandı

Polis axtarışda olan 135 nəfəri saxladı

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

MUSTAFA KAMAL ATATÜRKÜN HƏDİYYƏSİ

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

BU GÜN 29 AVQUST, ŞƏHİD MAYOR RÜFƏT MÜRVƏT OĞLU ƏSGƏROVUN DOĞUM GÜNÜDÜR !

Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib

Dondurma yeyənə ayda 10 min maaş verəcək

Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb

Həsənxan Əsədov : QALIB

Azərbaycan Premyer Liqası: III tura bu gün start verilir

Kerem Bürsin əməliyyat olundu - Fotolar

UNİVERSİTETƏ GEDƏN YOL

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31