Elmar Qasımov EURAS-ın İdarə Heyətinə üzv seçildi
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin İstanbul Aydın Universitetində keçirilən Avrasiya Universitetlər Birliyinin (EURAS) Ümumi yığıncağında iştirak edib. Məqsədi EURAS-a üzv universitetlərlə birgə fəaliyyət, universitetlərin idarəçiliyinə dair aktual məsələlərin həlli və gələcək inkişaf planının müəyyənləşdirilməsi olan iclasda EURAS-ın yeni İdarə Heyəti də seçilərək formalaşdırılıb.

BANM-in rektoru Elmar Qasımov İdarə Heyətinin üzvü seçilib. İdarə Heyətinin üzvləri büdcənin hazırlanması, birliyin idarə edilməsi, yerli və beynəlxalq təmsilçilərin müəyyən olunması, həmçinin bir neçə vacib vəzifələri icra etmək səlahiyyəti daşıyır. Azərbaycanla yanaşı, Türkiyə, İsveçrə, İtaliya, İngiltərə, Pakistan, Latviya, Polşa və bir sıra digər ölkələrin universitet nümayəndələri də İdarə Heyətinə üzv seçilib.

Elmar Qasımov iclas zamanı BANM-in 2019-cu ildən EURAS-a üzv olduğunu xatırladaraq bildirib ki, bu müddətdə EURAS ilə birlikdə bir neçə layihə həyata keçirilib, gələcək imkanlar və inkişafla bağlı vebinarlar təşkil edilib. Rektor İdarə Heyətinin üzvü olaraq gələcək əməkdaşlıq və perspektivlər üçün böyük töhfələr verəcəyini vurğulayıb.

2008-ci ildə təsis olunan EURAS Avrasiya regionunda universitetləri və digər ali təhsil müəssisələrini əhatə edən birlikdir. Birlik Qərbi və Mərkəzi Avropa, Balkan ölkələri, Qafqaz, Orta Şərq və Asiyadan olan 110-dan çox universitet arasında əməkdaşlığı təşviq edir və Avrasiya regionunda təhsil standartlarının qlobal inkişafı istiqamətində fəaliyyət göstərir.

Son xəbərlər

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

"Sabah"ın oyunlarının təqvimi açıqlandı

Polis axtarışda olan 135 nəfəri saxladı

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

MUSTAFA KAMAL ATATÜRKÜN HƏDİYYƏSİ

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

BU GÜN 29 AVQUST, ŞƏHİD MAYOR RÜFƏT MÜRVƏT OĞLU ƏSGƏROVUN DOĞUM GÜNÜDÜR !

Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib

Dondurma yeyənə ayda 10 min maaş verəcək

Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb

Həsənxan Əsədov : QALIB

Azərbaycan Premyer Liqası: III tura bu gün start verilir

Kerem Bürsin əməliyyat olundu - Fotolar

UNİVERSİTETƏ GEDƏN YOL

Daşdəmir ƏJDƏROĞLU : SULUTUN AĞRISI, RAFİQ KƏRİMOVUN SƏSİ - FOTOLAR

15 ildən sonra yenidən “Ron Uizli”ni canlandıracaq

YADA DÜŞƏN İŞIQLI XATİRƏLƏR

Hacıməmməd Məmmədov : ZÜMRÜD VƏLİYEVA — ÖMRÜNÜN ŞEİRƏ ÇEVRİLƏN SƏTİRLƏRİ

KƏNDDƏN BAŞLAYAN YOLUN İŞIĞI - FOTOLAR

Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi

Avropa Liqasında da püşk atıldı - Fotolar

Rəngli Nepaldan geri qalanlar - Fotolar

Pəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31