Azərbaycan Ağsaqqallar Şurasının sədri UNCOPA-nın “KORİFEY” ordeni ilə təltif olunubAzərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin “Qlobal qida təhlükəsizliyi: həqiqətlər, çağırışlar və perspektivlər” (“Global food security: realities, callings and perspectives”) kitabı Avropa Təbiət Elmləri Akademiyasının qərarı ilə Almaniyada nəşr olunub və Birləşmiş Millətlər Kitabxanasına daxil edilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən “UN Council for Public Awards” (UNCOPA) təşkilatı professor Eldar Quliyevin kitabını daşıdığı mühüm elmi dəyərə görə, həmçinin onu BMT-nin elm və sülh səfiri kimi 70 illik yubileyi münasibətilə “KORİFEY” ordeninə layiq görüb.

Bu gün Azərbaycan Ağsaqqallar Şurasında UNCOPA təşkilatının prezidenti professor M.Guzel tərəfindən ordenin təqdimatı həyata keçirilib. Təşkilatın rəhbəri Azərbaycanda ilk olaraq Eldar Quliyevin “KORİFEY” ordeni ilə təltif olunduğunu məmnunluq hissi ilə bildirərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı professor Eldar Quliyev də öz növbəsində onun əməyini yüksək qiymətləndirən UNCOPA təşkilatının prezidentinə minnətdarlığını ifadə edərək, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında gündən-günə inkişaf edən ölkəmizin çiçəklənməsi naminə bundan sonra da bir alim və ictimai-siyasi xadim kimi var qüvvəsi ilə çalışacağını vurğulayıb.

Qeyd edək ki, kitabın dünyada ərzaq təhlükəsizliyində böyük önəmi və populyarlığı nəzərə alınaraq bir neçə dilə tərcümə edilib və Almaniya, İtaliya, İsveçrə, Rusiya, Türkiyə və digər ölkələrin qida təhlükəsizliyi araşdırmalarında istifadə olunub.

Son xəbərlər

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

"Sabah"ın oyunlarının təqvimi açıqlandı

Polis axtarışda olan 135 nəfəri saxladı

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

MUSTAFA KAMAL ATATÜRKÜN HƏDİYYƏSİ

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

BU GÜN 29 AVQUST, ŞƏHİD MAYOR RÜFƏT MÜRVƏT OĞLU ƏSGƏROVUN DOĞUM GÜNÜDÜR !

Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib

Dondurma yeyənə ayda 10 min maaş verəcək

Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb

Həsənxan Əsədov : QALIB

Azərbaycan Premyer Liqası: III tura bu gün start verilir

Kerem Bürsin əməliyyat olundu - Fotolar

UNİVERSİTETƏ GEDƏN YOL

Daşdəmir ƏJDƏROĞLU : SULUTUN AĞRISI, RAFİQ KƏRİMOVUN SƏSİ - FOTOLAR

15 ildən sonra yenidən “Ron Uizli”ni canlandıracaq

YADA DÜŞƏN İŞIQLI XATİRƏLƏR

Hacıməmməd Məmmədov : ZÜMRÜD VƏLİYEVA — ÖMRÜNÜN ŞEİRƏ ÇEVRİLƏN SƏTİRLƏRİ

KƏNDDƏN BAŞLAYAN YOLUN İŞIĞI - FOTOLAR

Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi

Avropa Liqasında da püşk atıldı - Fotolar

Rəngli Nepaldan geri qalanlar - Fotolar

Pəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31