Xəbərlər
26.08.2026, 01:15
"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA
"Bilirik ki, bu o qədər də asan olmadı. Hər oyunun özünə görə çətinlikləri var".
"Unikal" xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off turunda əlavə vaxtda 6:4 hesabı ilə "Sabah"a məğlub olan "Hapoel"in baş məşqçisi Ran Kojuk matçdan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis məğlubiyyətin səbəblərini belə açıqlayıb:
"Bu oyuna tam hazırlıqlı idik. Futbolçularım kifayət qədər yaxşı performans göstərdilər. Şans məsələsi də bu oyuna təsir göstərdi. Biz davam etməli və daha da güclənməliyik. Mən düşünürəm ki, komandamız həmişə güclü olmağa davam edəcək. Nəticə, təbii ki, ürəkaçan deyil, amma dayanmaq lazım deyil. Daha yaxşı nəticələr qazanmaq üçün çalışmaq lazımdır. Məşqləri, təlimləri gücləndirmək lazımdır. Futbolçularım yetərincə yaxşı oyun göstərdi. Futbolçuların əskikləri olduğunu düşünmürəm".
Qeyd edək ki, İsrail klubu Bakıda "Sabah"a 5:2 hesabı ilə məğlub olaraq ÇL-də mübarizəni dayandırıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay