Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş
Bakı Hərbi Məhkəməsi Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşını külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq törətməkdə təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum edib.
"Unikal" xəbər verir ki, məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs 2021–2023-cü illər ərzində 8 vətəndaşın etibarından sui-istifadə edərək ümumilikdə 320 min manata yaxın vəsait mənimsəyib. O, zərərçəkmişlərə Prezidentin Təhlükəsizlik Xidmətinə və Dövlət Gömrük Komitəsinə işə düzəltmə, mənzil alma, pensiya bərpası və ərzaq idxalı biznesi qurmaq vədləri verib.
Təqsirləndirilən şəxsin zərəri ödəməsi, zərərçəkmişlərlə barışması, səmimi peşmanlığı, himayəsində iki azyaşlı uşağının və dövlət təltiflərinin olması nəzərə alınaraq, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla qanunda nəzərdə tutulan aşağı həddən də az cəza təyin edilib.
Həbsdə və ev dustaqlığında keçirdiyi 11 ay çıxılmaqla onun ümumi rejimli cəzaçəkmə müəssisəsində 1 il 1 ay cəza çəkməsi qət edilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



