Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlər uğurla inkişaf edərək yeni mərhələyə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və imzalanan mühüm sənədlər iki ölkə arasındakı əlaqələrin strateji xarakterini bir daha təsdiqləyir.

Səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Əbədi dostluq haqqında Müqavilə” münasibətlərin inkişafında tarixi hadisə kimi qiymətləndirilir.

İki ölkə arasında əməkdaşlıq siyasi dialoqla yanaşı, ticarət, investisiya, energetika, tikinti, kənd təsərrüfatı, nəqliyyat və digər istiqamətlərdə də genişlənir. Son beş ildə qarşılıqlı ticarət dövriyyəsinin üç dəfə artması, birgə layihələr portfelinin isə 5 milyard dolları ötməsi iqtisadi əlaqələrin yüksək inkişaf dinamikasını nümayiş etdirir.

Azərbaycan ilə Özbəkistan arasında enerji sahəsində əməkdaşlıq da dinamik şəkildə inkişaf edərək yeni mərhələyə yüksəlir. Son illərdə iki ölkə həm ənənəvi, həm də bərpaolunan energetika sahəsində mühüm birgə layihələr həyata keçirir.

İkitərəfli dialoqun yüksək səviyyəsi enerji resurslarının hasilatı və nəqli, eləcə də yaşıl texnologiyaların tətbiqi sahəsində yeni təşəbbüslərin inkişafına şərait yaradır. Özbəkistanla yaşıl enerji sahəsində tərəfdaşlıq Mərkəzi Asiya və Xəzər regionunda dayanıqlı energetikanın inkişafına yönəlmiş günəş, külək və su enerjisi layihələrini əhatə edir.

Belə fəal əməkdaşlıq fonunda iki ölkənin biznes dairələri arasında əlaqələr də güclənir. Bu tendensiya Özbəkistan şirkətlərinin Bakıda keçirilən beynəlxalq ticarət sərgilərində iştirakı ilə aydın şəkildə özünü göstərir. Sərgilər özbək şirkətlərinə məhsul və xidmətlərini Azərbaycan bazarında təqdim etmək, yerli və xarici tərəfdaşlarla birbaşa əlaqələr qurmaq, yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək üçün mühüm platforma yaradır.

2025-ci il ərzində “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri tərəfindən Azərbaycanda təşkil olunan sərgilərdə Özbəkistan ümumilikdə 24 şirkətlə təmsil olunub. Sərgilərin iştirakçıları sırasında “Uzbekneftegaz” ASC, “Uzpromstroymateriali”, “Basalt Uzbekistan”, “Trade Development Company” ASC və Özbəkistanın müxtəlif sahələrdə fəaliyyət göstərən digər aparıcı şirkətləri yer alıb. Bu şirkətlər sərgilər çərçivəsində neft-qaz və energetika, tikinti, yol infrastrukturu, nəqliyyat, səhiyyə, logistika və digər mühüm sahələrdə məhsul və xidmətlərini təqdim edərək yerli və beynəlxalq biznes nümayəndələri ilə potensial tərəfdaşlıq istiqamətlərini müzakirə ediblər.

Özbəkistan şirkətləri Bakı Enerji Həftəsində də fəal iştirak edirlər. Özbəkistanın geoloji kəşfiyyat, neft və qazın hasilatı, nəqli, saxlanılması, emalı və satışı ilə məşğul olan ən böyük dövlət şirkəti – “Uzbekneftegaz” ardıcılıq olaraq hər il tədbirdə öz stendi ilə təmsil olunur. Ənənəyə sadiq olaraq şirkət 2026-cı ildə də “Caspian Oil & Gas” sərgisinə qatılıb.

Bununla yanaşı, ötən il Özbəkistan “Caspian Construction Week” çərçivəsində milli pavilyonla çıxış edərək ölkənin müvafiq sahələrdə fəaliyyət göstərən şirkətlərini və ixrac potensialını vahid ekspozisiyada təqdim edib.

2026-cı ilin sərgi mövsümündə də Özbəkistan şirkətləri Azərbaycanda keçirilən beynəlxalq sərgilərdə təmsil olunacaqlar. “Trade Development Company” ASC və “RAV Ekspress” kimi şirkətlər “BakuBuild” sərgisinə qatılacaqlar.

Özbəkistan şirkətlərinin Azərbaycanın beynəlxalq sərgilərində fəal iştirakı iki ölkə arasında möhkəmlənən siyasi, iqtisadi və işgüzar əlaqələrin təzahürüdür. Yüksək səviyyəli siyasi münasibətlər və yaradılmış əlverişli əməkdaşlıq mühiti qarşıdakı sərgi mövsümlərində də Özbəkistanın daha çox şirkətlə və daha geniş sahələr üzrə təmsil olunması üçün yeni imkanlar açır.

Son xəbərlər

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31