Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 25-də paytaxtda və bəzi rayonlarda elektrik şəbəkələrində təmir işləri aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərişıq”ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi həyata keçiriləcək:

“Bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək Moskva və Mətbuat prospektləri, Mirəli Seyidov, Abdulla Şaiq, Şamil Əzizbəyov, Zərgərpalan, Mustafa Sübhi, Məhəmməd Naxçivani, Fuad İbrahimbəyov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nərimanov RETSİ-nə daxil olan Akademik Həsən Əliyev, Xan Şuşinski, Səməd Vurğun, Möhsun Sənani küçələrinin bəzi ərazilərində, eləcə də 1 saylı ASAN Xidmət və Tibb Universtitetinin Onkoloji Klinikasında saat 09:00-dan 13:00-dək TM-də aparılacaq təmir-təftiş və sınaq işləri ilə əlaqədar enerjinin verilişində fasilə yaranacaq.

Beyləqan Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 110/35/10 kV-luq “Xalac” yarımstasiyasında yenidənqurma işləri icra olunacaq. Planlı fasilə saat 10:00-dan 16:30-dək Bahar, Qəhramanlı, Mil, Milabad, Sarısu, Şərq, Türklər, Yeni Mil qəsəbələrini, həmçinin Aşağı Çəmənli, Aşıqalılar, Birinci Aşıqlı, Birinci Şahsevən, Bünyadlı, Dünyamalılar, Əhmədli, Əlinəzərli, Gödəklər, İkinci Şahsevən, İmamverdili, Qaradağlı, Qaralılar, Yuxarı Çəmənli kəndlərini əhatə edəcək.

Cəlilabad EŞ-yə daxil olan Göytəpə şəhəri, Ağdaş, Alaşar, Fətullaqışlaq, Həziabad, Kazımabad, Komanlı, Maşlıq, Muğan, Oğrubulaq, Privolnoye, Söyüdlü kəndlərinin bir hissəsində 35 kV-luq “Göytəpə” hava xəttində görüləcək təmir işləri ilə əlaqədar saat 12:00-dan 15:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq”.

Həmçinin qeyd edilib ki, Ağdaş EŞ-nin ərazisində 110/35/10 kV-luq “Ləki Dartı” yarımstansiyasında aparılacaq təmir işləri zamanı saat 10:00-dan 14:00-dək Ləki qəsəbəsi, Aşağı Ləki, Cardam, Əmirarx, Əmirmahmud, Güvəkənd, Hapıtlı, Kotanarx, Qarağan Saatlı, Nehrəxəlil, Orta Ləki, Ovçulu, Şəmsabad, Tofiqi, Yenicə, Yuxarı Ləki, kəndlərinin bəzi yerlərində məhdudiyyət yaranacaq.

“Tərtərin Evoğlu və İsmayılbəyli kəndlərində saat 10:00-dan 14:00-dək 10 kV-luq 7 saylı İsmayılbəyli hava xəttinə toxunan ağacların budanması işləri ilə əlaqədar enerjinin verilişində fasilə olacaq.

Yevlax EŞ-nin xidməti ərazisində 110/35/10 kV-luq “Yevlax” yarımstansiyasından çıxan 10 kV-luq “TMRZ” hava xəttində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 10:00-dan 12:00-dək şəhər ərazisində Aydın Məmmədov, Salatın Əsgərova, Dədə Qorqud, Qasım Bəy Zakir, Xəqani Şirvani, Fazil İsayev küçələrinin bəzi hissələrində planlı fasiləyə uyğun olaraq enerjinin verilişi dayandırılacaq. Həmçinin 35 kV-luq “Şəhər Xanabad” hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar saat 10-dan 15:00-dək planlı fasilə rayonun Aşağı Bucaq, Ərəbbəsrə, Xaldan, Xanabad, Qaraoğlan, Qəribli, Quşcu, Yuxarı Bucaq kəndləri, eləcə də Meyvəli qəsəbəsini əhatə edəcək.

Bərdə EŞ-yə daxil olan 35 kV-luq “Mustafağalı” hava xəttinə toxunan ağacların budanması işləri aparılacaq. Bununla əlaqədar Alpout, Bəcirəvan, Çələbilər, Əliyanlı, Əmirli, Ərəblər, Xanərəb, Xəsili, Qaradəmirçi, Qaradırnaq, Qaratəpə, Qarayusifli, Qazaxlar, Qazıqurdalı, Lənbəran, Mehdili, Məmmədli, Mollalı, Mustafağalı, Nazırlı, Nifçi kəndlərinin bir hissəsində məhdudiyyət tətbiq ediləcək.

Göyçayın Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək 10 kV-luq hava xəttində görüləcək təmir işləri ilə əlaqədar enerjinin verilişi məhdudlaşdırılacaq.

Goranboy EŞ ərazisində 10 kV-luq “Qızılhacılı” hava xətti boyunca ağacların budanması işləri icra olunacaq. Beləliklə, saat 09:00-dan 15:00-dək Balakürd kəndi və Qızılhacılı qəsəbəsinin bir hissəsində fasilə yaranacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar”, - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31