Qurban Qurbanov: Futbolçularım çətin olanı bacardılar
“Əfsuslar olsun ki, məğlub olduq. Futbolçularımız həm səfərdə, həm evdə çox əziyyət çəkdilər. Azarkeşlərimizə də bizi son ana kimi dəstəklədiklərinə görə minnətdaram”.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Xorvatiyanın “Dinamo” klubuna 0:2 hesabı ilə məğlub olduqları cavab görüşündən sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssisin sözlərinə görə, müdafiəsi bu dərəcə güclü olan komandaya qarşı çoxlu qol epizodları yarada bilmək olduqca çətindir: “Futbolçularım çətin olanı bacardılar. Bəzi insanlarda elə fikir formalaşıb ki, komandamızda yorğunluq var. Bir çoxları məğlubiyyəti bununla əlaqələndirirlər. Amma bu, tamamilə yanlış yanaşmadır”.

Qurbanov komandanın fiziki hazırlığının yerində olduğunu deyib. O, daha da möhkəm olub, qarşıdakı matçlara hazırlaşmalı olduqlarını sözlərinə əlavə edib.

“Futbolçularla paltardəyişmə otağında söhbətləşəndə onların məyus olduğunu gördüm. Amma dayanmaq olmaz. Səhvlərimizdən nəticə çıxarmalıyıq. Bu gün bir daha anladıq ki, belə güclü kollektivlərə qarşı olduqca diqqətli olmalıyıq”. Bu komanda sağlam əllərdədir. Burada hamı öz məsuliyyətini çox yaxşı dərk edir. Azarkeşlər bizə inandılar. Bu gün də dəstəklərini hiss etdirdilər. Hər zaman yanımızda olduqlarını göstərdilər. Bu da bizə daha da motivasiya verir. Belə olan halda bu gün məğlubiyyətlə üzləşsək də, sabah bizi qalibiyyətlər gözləyir” – deyə Q.Qurbanov bildirib.

Qeyd edək ki, ilk görüşdə də 3:0 hesabı ilə qalib gələn xorvatiyalılar turnirin liqa mərhələsinə vəsiqə qazanıblar. “Qarabağ” isə yoluna Avropa Liqasının liqa mərhələsində davam edəcək.

Son xəbərlər

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31