“Sabah”ın məşqçisi: Zəfər Gününə tarixi qələbə ilə töhfə verdik
“Oyunçularımız bu oyuna hədsiz emosiya və hisslərlə çıxmışdı. Bu gün qələbə istəyimiz çox güclü idi".

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri "Sabah" basketbol komandasının məşqçisi Nikola Bozinovski FIBA Avropa Kubokunun müntəzəm mövsümündə Bakıda Monteneqronun "Mornar" klubunu 81:74 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Tarixi qələbəni şərh edən mütəxəssis bildirib ki, 8 Noyabr - Zəfər Günündə qələbə qazanmaq çox vacib idi: "Bu səbəbdən oyunun əvvəllərində emosional idik və ona görə ilk hissədə istədiyimiz kimi oynaya bilmədik. Lakin ikinci hissəyə komanda daha yaxşı kökləndi və 9 xallıq fərqi aradan qaldırıb 7 xallıq fərqlə qələbə qazandı".

O, oyundan öncə legionerlərə bu günün əhəmiyyətini izah etdiyini və motivasiya verdiyini söyləyib: "Oyunun fasiləsində basketbolçularımıza inandığımı söylədim və ikinci hissəyə daha motivasiyalı çıxdıq. Bu gün ölkədə bayramdır, tarixi gündür. Klub da bu tarixi günə qələbə ilə töhfə verdi. Bayramınızı təbrik edirəm!"

"Mornar"la oyunda 25 xal, 5 ribaund və 3 assistlə yadda qalan "Sabah"ın basketbolçusu Smit Donovan isə qarşılaşmaya yaxşı başlamadıqlarını və ilk iki periodda istədikləri oyunu sərgiləyə bilmədiklərini vurğulayıb: "Lakin fasilədən sonra öz oyunumuzu tapdıq və qələbə qazandıq. Oyunun əvvəlində əsəbi və həyəcanlı idim. Bu səbəbdən öz oyunumu göstərə bilmirdim. Ancaq matçın gedişatında özümü toparladım".

Son xəbərlər

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31