“Sabah”ın baş məşqçisi: Hər oyunda Azərbaycan üçün mübarizə aparacağıq
İlk növbədə bu turnirdə bizi dəstəkləyən Azərbaycan xalqına təşəkkür etmək istəyirəm. Ümid edirəm ki, insanlar xoşbəxtdirlər. Çünki biz bu turnirdə 3 qələbə qazanmaqla onlara xoş anlar yaşatdıq.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri "Sabah" basketbol klubunun baş məşqçisi Boban Mitev Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Şimali makedoniyalı mütəxəssis komandasının turnirə yaxşı hazırlaşması üçün lazımi şəraiti yaradan klub rəhbərliyinə təşəkkür edib: "Bu cür oyun sərgiləməyimizdə rolu olan hər kəsə - komandama, Azərbaycan Basketbol Federasiyasına, məşqçilərimizə, həkimlərimizə təşəkkür edirəm. Bu işin öhdəsindən birlikdə gəldik".

Avropa Kubokunun müntəzəm mövsümündə D qrupunda yer alan rəqiblərini də dəyərləndirən baş məşqçi hər üç komandaya yaxşı bələd olduğunu vurğulayıb: "Baxçaşehir"i Türkiyədə işləyərkən tanıyırdım. Yaxşı komandadır. "Mornar" çox təhlükəli kollektivdir. İki təcrübəli məşqçisi var. "Nimbruk" isə basketbol ənənələri olan klubdur. Bizim üçün hər bir rəqib önəmlidir. Addım-addım irəliləyəcəyik".

Qrupda ilk oyunlarının "Mornar"a qarşı olacağını xatırladan B.Mitev matça ciddi hazırlaşacaqlarını əlavə edib: "Söz verə bilərəm ki, hər oyunda Azərbaycan üçün mübarizə aparacağıq. Xoşbəxtəm, çünki əsl basketbolu Bakıya, Azərbaycana gətirdik. Azarkeşlər Bakıda əsl basketbola şahidlik edəcəklər".

Qeyd edək ki, "Mornar" - "Sabah" oyunu oktyabrın 18-də keçiriləcək.

Son xəbərlər

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31