Türkiyənin qadın voleybolçuları Avropa çempionatının finalına yüksəliblər
Türkiyənin qadın voleybolçuları Avropa çempionatının finalına yüksəliblər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə yığması sentyabrın 1-də Brüsseldə keçirilən yarımfinal qarşılaşmasında İtaliya yığmasını məğlub edərək tarixində üçüncü dəfə finalda iştirak hüququ qazanıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada qardaş ölkənin qadın voleybolçuları 3:2 hesabı ilə qalib gəliblər.

Finalda Türkiyə millisinin rəqibi Serbiya-Niderland qarşılaşmasının qalibi olacaq. Çempionatın final matçı sentyabrın 3-də Brüsseldə keçiriləcək.

Belçika, Estoniya, Almaniya və İtaliyanın birgə ev sahibliyi etdiyi 33-cü Avropa çempionatında 24 komanda 4 qrupda mübarizə aparıb. C qrupunda yer alan qardaş ölkənin voleybolçuları Almaniyada oynadığı qrup matçlarının beşində də qalib gələrək səkkizdəbir finala vəsiqə qazanıblar. Türkiyə seçməsi səkkizdəbir finalda Belçikanı (3:1), dörddəbir finalda isə Polşanı (3:0) hesabı ilə məğlubiyyətə uğradıb.

Xatırladaq ki, 2017-ci ildə qadın voleybolçular arasında 30-cu Avropa çempionatına Azərbaycan və Gürcüstan birlikdə ev sahibliyi edib.

Son xəbərlər

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31