“Xarı bülbül” və “Murov” Azərbaycan çempionatının finalına yüksəliblər - FOTO
Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti yarımfinal oyunları keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə meydana “Neftçi” və “Xarı bülbül” klublarının voleybolçuları çıxıb. Görüş kifayət qədər gərgin idman mübarizəsi şəraitində keçib. Matça “Xarı bülbül” daha yaxşı başlayıb və ilk setdən 25:19 hesablı üstünlüklə ayrılıb. Sonradan “Neftçi” üstünlüyü ələ alaraq ikinci və üçüncü hissələri 25:18 və 27:25 hesabları ilə öz xeyrinə yekunlaşdırıb. Bununla belə, cütün ilk matçında qələbə qazanmış “Xarı bülbül” dördüncü setdə 25:19 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib - 2:2. Tay-breykdə isə yenə Şuşa təmsilçisi üstün oyun nümayiş etdirib. Bu hissəni 15:9 hesabı ilə qalib başa vuran “Xarı bülbül” meydandan 3:2 hesablı qələbə ilə ayrılıb. Beləliklə, “Xari bülbül” finala ilk vəsiqənin sahibi olub.

Yarımfinalın digər qarşılaşmasında MOİK və “Murov” kollektivləri üz-üzə gəliblər. Cütün ilk matçında qələbə qazanmış “Murov” bu oyuna da yaxşı başlayıb. Rəqibini yenə quru hesabla (3:0 - 25:20, 25:15, 25:20) məğlub edən “Murov” ölkə birinciliyinin finalına yüksəlib.

Beləliklə, ölkə çempionatının qalibini “Xarı bülbül” və “Murov” klubları müəyyənləşdirəcək. “Neftçi” və MOİK isə bürünc medal uğrunda mübarizə aparacaq.
“Xarı bülbül” və “Murov” Azərbaycan çempionatının finalına yüksəliblər - FOTO
“Xarı bülbül” və “Murov” Azərbaycan çempionatının finalına yüksəliblər - FOTO
“Xarı bülbül” və “Murov” Azərbaycan çempionatının finalına yüksəliblər - FOTO

Son xəbərlər

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31