Separatçıları qorxudan tarix yaxınlaşır: “İrəvan tamamilə asılı duruma düşəcək, Qarabağda erməni qalmayacaq”


Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi Zəfər nəticəsində imzalanan 10 noyabr bəyanatının altıncı bəndində yer alan müddəalardan biri Laçın şəhərindən yan keçməklə yeni alternativ yolun çəkilməsindən bəhs edir.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə qeyd edib ki, Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə verilməsi də bu ilə planlaşdırılır.

Bəyanatın imzalanmasından keçən 19 ay ərzində bu istiqamətdə artıq böyük işlər görülüb. Görülən işlərin əks-sədası isə İrəvandan eşidilməyə başlayıb.

Sözügedən yolun istismara verilməsi tarixinin yaxınlaşması, sözsüz ki, Ermənistandakı revanşist qüvvələri vahiməyə salmağa başlayıb. Belə ki, bir müddətdir, İrəvanda davam edən separatçı və revanşist fikirləri əsas götürən etirazların - “müqavimət” hərəkatının təşkilatçılarından sayılan İşxan Saqatelyan yeni alternativ yolla bağlı danışıb. İ.Saqatelyan böyük təşvişlə yolun iki-üç ay sonra istismara veriləcəyini bildirib. O, Laçına daxil ola bilməməyin ermənilər üçün təhlükələrindən danışıb.

“Bütün elektrik və qaz kommunikasiyaları Azərbaycan tərəfinin nəzarətinə keçəcək. Nəticədə Ermənistan tamamilə Azərbaycandan asılı duruma düşəcək, Qarabağda erməni qalmayacaq”, - deyə İ.Saqatelyan bildirib.

İ.Saqatelyanın təşvişinin səbəbi anlaşılandır. Bütün bunlar ona görədir ki, qısa zaman sonra revanşist və separatçı erməni qüvvələrinə növbəti ağır zərbə vurulacaq. Laçından yan keçən yeni alternativ yolun istifadəyə verilməsi Azərbaycanın strateji üstünlüyünü daha da möhkəmləndirəcək.

Son xəbərlər

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31