Erməni separatçıları bundan sui-istifadə edir - Kürşad Zorlu


Son günlərdə Qarabağda vəziyyətin yenidən gərginləşməsi əslində gözləniləndir. 10 noyabr bəyanatının imzalanmasından keçən son 16 ayda hələ də bölgədə həll edilməmiş problemlər qalmaqdadır.

Bu sözləri açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin professoru Kürşad Zorlu deyib.

Onun sözlərinə görə, Azərbaycan heç vaxt “Dağlıq Qarabağ”ı yenidən canlandırma meyillərinə imkan verməyəcək:

“10 noyabr 2020-ci il bəyannaməsinə görə, rus sülhməramlılarının vəzifəsi erməni silahlı birləşmələrini ərazidən çıxarmaq idi. Təəssüf ki, aradan keçən müddət ərzində rus sülhməramlıları bəyanatın tələbini yerinə yetirməyiblər. Bundan isə erməni separatçıları sui-istifadə edir”.

Professor Rusiyanın “silahsızlandırma” bəhanəsi ilə Ukrayna ərazisinə girdiyini, lakin Azərbaycanın öz ərazisindən silahlı erməni dəstələrini çıxarmasına mane olduğunu deyib:

“Gəlin bir anlıq Ukraynaya nəzər yetirək. Rusiya müstəqil bir ölkənin ərazisinə “silahsızlandırma” bəhanəsi ilə daxil olub. Amma Azərbaycanın öz suveren ərazisindən separatçı və silahlı erməni birləşmələrini çıxarmasına mane olur. Rusiyanın bu addımları və Rusiya Müdafiə Nazirliyinin son açıqlaması 10 noyabr, eyni zamanda 22 fevralda imzalanan müttəfiqlik bəyannaməsinə ziddir. Azərbaycan dövləti atdığı addımlarla öz torpaqlarının bir daha işğalına imkan verməyəcəyini, “Dağlıq Qarabağ” adında bir bölgənin Qarabağ bölgəsində mövcudluğuna razı olmayacağını qəti şəkildə göstərir. Azərbaycan Müdafiə Nazirliyinin son cavabı da bunu sübut edir. Ermənistan bu həqiqəti görməli, birdəfəlik dərk etməli və uzun müddətdən sonra sülhün və sabitliyin bərqərar edilməsi üçün ortaya çıxan əməkdaşlıq imkanlarını baltalayan cəhdlərdən uzaq durmalıdır”.

Son xəbərlər

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Təəccübdən təbəssümə…

Səssiz ziyalılıq

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Sabah Azərbaycanda yağış yağacaq

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31