“Kulturologiya və insan kapitalı” mövzusuna növbəti seminar təşkil olunub
Mayın 21-də “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının (AMA) təşkilatçılığı ilə “Kulturologiya və insan kapitalı” mövzusunda növbəti kulturoloji seminar keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, kulturoloq alim, professor Fuad Məmmədovun rəhbərliyi ilə təşkil edilən seminar Azərbaycan mənəvi mədəniyyətinin inkişafının aktual məsələlərinə həsr olunub.

Seminarı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” AMA-nın prezidenti Fuad Məmmədov açaraq “Yüksək mədəniyyətli insan dayanıqlı inkişafın strateji resursu kimi” mövzusunda çıxış edib. O, çıxışında dövrün daimi dəyişiklikləri və çağırışları qarşısında fərdin özünü təkmilləşdirməsi, eləcə də davamlı rəqabətqabiliyyətli və davamlı inkişaf üçün əsas hərəkətverici qüvvə olan yüksək mədəniyyətli vətəndaşların hazırlanması yolunda mədəniyyət elminin - mədəniyyətşünaslığın strateji dəyəri, eyni zamanda transformasiya imkanlarından danışıb.

Seminarın davamında Bakı Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi Şahlar Əsgərov “Təhsil Azərbaycanın rəqabətqabiliyyətli inkişafının əsası kimi” mövzusunda məruzəsində qloballaşma şəraitində milli təhsil sisteminin inkişafına və onun rəqabət qabiliyyətinin artırılması üzrə innovativ yanaşmalara toxunub.

Sonra məruzələr ətrafında maraqlı müzakirələr aparılıb.
“Kulturologiya və insan kapitalı” mövzusuna növbəti seminar təşkil olunub
“Kulturologiya və insan kapitalı” mövzusuna növbəti seminar təşkil olunub
“Kulturologiya və insan kapitalı” mövzusuna növbəti seminar təşkil olunub
“Kulturologiya və insan kapitalı” mövzusuna növbəti seminar təşkil olunub

Son xəbərlər

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

“Yeraltı”nın aktrisası atasının şikayəti ilə ifadə verdi

AKİF CƏFƏRLİ İLƏ BAĞLI BİR XATİRƏ VƏ XATİRƏ İŞIĞINDA ONUN YARADICILIĞINA BİR BAXIŞ...

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Argentina millisinin ulduzu "Çelsi"də

Köpəyə oxşayır, yarasa kimi uçur: dünyanın ən qəribə məməlisi gündəmdədir

Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər

Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir

Azərbaycan kinosu nə vaxt cavanlaşacaq?

Faktiki hava açıqlandı

Filippində musson yağışları daşqına səbəb oldu - Bir ayda 32 nəfər öldü

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb.

Məmməd Qədir : Əfvim nəvələrdədir - FOTO

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı

Könül Kərimovanın qızı boşandı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31