İçərişəhərdə “Tarixi abidələrin qorunmasında Heydər Əliyevin rolu” adlı elmi-praktiki seminar keçirilib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cı ildönümü ilə əlaqədar “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) və Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə “Tarixi abidələrin qorunmasında Heydər Əliyevin rolu” adlı elmi-praktiki seminar keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, silsilə tədbirlər çərçivəsində Tahir Salahovun ev-muzeyində keçirilən seminarda “İçərişəhər” DTMQİ İdarə Heyətinin sədri Şahin Seyidzadə, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, İdarənin əməkdaşları və YAP nümayəndələri iştirak ediblər. Tədbiri salamlama nitqi ilə açan Şahin Seyidzadə Ulu Öndərin Azərbaycan xalqı, dövləti və doğma vətənimiz üçün etdiyi mühüm tarixi xidmətlərindən, İçərişəhərin, eləcə də Azərbaycan ərazisindəki maddi-mənəvi, tarixi-memarlıq abidələrinin qorunması və tanıdılması məqsədi ilə mühüm ümumbəşəri fəaliyyətindən bəhs etmişdir.

Muxtar Nağıyev öz çıxışında Heydər Əliyevin ölkənin hərtərəfli inkişafı üçün həyata keçirdiyi mühüm islahatlardan, onun uzaqgörənliyi nəticəsində bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsindən, onun əvəzsiz xidmətlərindən bəhs etmişdir.

Bildirilib ki, ümummilli lider Heydər Əliyev mədəni irsin qorunub saxlanmasına, bərpasına, təbliğinə böyük önəm verirdi. Müdrik dövlət başçısı milli şüurun formalaşmasında, milli-mənəvi dəyərlərin aşılanmasında, vətənpərvər nəsillərin yetişdirilməsində tarixi keçmişin, maddi-mədəniyyət abidələrinin tərbiyəvi rolunu yüksək qiymətləndirir və vacib amil hesab edirdi.

O dövrün sənədlərində xüsusi yer İçərişəhərə ayrılırdı. Əsas məqsəd əsrlərlə formalaşan tarixi məkanın, bir qədim şəhərsalma nümunəsi kimi qorunub saxlanması və olduğu kimi gələcək nəsillərə çatdırılması idi. 1977-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə İçərişəhər qoruq elan edilmişdir. Ümummilli Liderimizin artıq müstəqil Azərbaycana rəhbərlik etdiyi vaxtda isə 2000-ci ildə İçərişəhər UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edildi.

Seminar boyunca təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesinin bu gün müasir dövrün tələblərinə uyğun şəkildə Prezident İlham Əliyev tərəfindən əzmkarlıqla davam etdirildiyi vurğulanıb.
İçərişəhərdə “Tarixi abidələrin qorunmasında Heydər Əliyevin rolu” adlı elmi-praktiki seminar keçirilib
İçərişəhərdə “Tarixi abidələrin qorunmasında Heydər Əliyevin rolu” adlı elmi-praktiki seminar keçirilib

Son xəbərlər

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

Bir inci saflığı varsa da suda...

Sənubər Səhər : Yazılar mütləqdir

“Roma” Endrik üçün hərəkətə keçdi

TARİXİN ACI TƏKRARI – ŞİRAZDAN ŞUŞAYA UZANAN XƏYANƏT - FOTO

Eldost Bayramın 80 illiyinə

Pedri üçün 90 milyon avro

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb

Azərbaycan velosipedçiləri Kahramanmaraş turunda yarışacaqlar

BİR ŞEİRİN TƏHLİLİ (Atlaz Rzayinin "Çox sağ ol" şeirinin ədəbi təhlili)

“Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...

Bu ərazilərdə işıq olmayacaq

Kartdan-karta əməliyyatlara limit qoyuldu

Xalq artistinə ağır itki - Foto

Tanınmış aktyor evində ölü tapıldı

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31