Xəbərlər
2.08.2026, 23:31
Eldost Bayramın 80 illiyinə
LİLPAR CƏMŞİDQIZI
Azərbaycan Respublikasının xalq artisti, bədii qiraət ustası, məxmər səsli Eldost Bayramın 80 illiyinə ithaf edirəm.
QƏZƏL
Edəndə xəlqə xidmət, yeganə səsli insan,
Qazanmısan şərafət yeganə səsli insan.
İlahi şərbətindən içib, doyubdu nəfsin,
Səsində var əsalət, yeganə səsli insan.
Mülayim avazından qidalanır bir aləm,
Sözündə çoxdu hikmət, yeganə səsli insan.
Şeirləşibdi qəlbin, könüldə sərvətin var,
Sevir bu nitqi millət, yeganə səsli insan.
Yorulmadan çalışdın, cahanda sadə qaldın,
Üzündədir əlamət, yeganə səsli insan.
Ziya alanda Haqdan, gözündə nur doğuldun,
Közündədir hərarət, yeganə səsli insan.
Bu səksənin mübarək, yüz olsun ömrün, Eldost,
Edər Xudaya qismət, yeganə səsli insan.
Tükənməyibdi səbrin, səsin, sözündü məxmər,
Çox etmisən qiraət, yeganə səsli insan.
Görür səmadə Sultan, nə etmisən, yazıbdır,
Verər fəzadə Cənnət, yeganə səsli insan.
Kitab əlində tə'zim edəndə şe'rə hər dəm,
Edir gözün ibadət, yeganə səsli insan.
Ömür yolunda, Lilpar, cəfa çəkən çox oldu,
Görüb nə qədri möhnət, yeganə səsli insan.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay