BÖLGƏLƏRİMİZİN   ƏDƏBİ - BƏDİİ  MÜHÜTÜ - Elxas COMƏRD
"Ağsu Yazarları" ədəbi birliyi, öz sözünü bu mühütdə mütləq deyəcək ...

Hər dəfə, bölgələrdə yaradıcı insanların yaradıcılığı barədə, Azərbaycanın mətbu orqanlarında, imzaları ilə özlərini təsdiq etmiş ədəbi tənqidçilərin təhlil yazılarını görəndə, ilk öncə yazını oxumamışdan əvvəl, Ağsu ədəbi mühütündə yazıb-yaradanlar haqqında, nələrinsə yazılıb-yazılmamasını axtarmışam. Görməyəndə, yalnız təssüf hissi ilə bütün yazılanları, həmişə olduğu kimi diqqətlə oxumuşam. Çünki, bu cür təhlillər hər bir insanın ruhunu oxşayır. Hər dəfə də, bu hisslərlə bu cür yazıları böyük şövqlə axtarıb, diqqətlə oxuyub, otən illərin xatirələrini yaddaşımda varaqlamışam...
Yaxşı yadımdadı. Haradasa 70-ci illərin ortaları idi. Yaşadığım Ağsu rayonunun "Birlik" qəzetində, rayonun gənc yazarlarının bir yerə toplaşıb, yeni yaradıcılıq nümunələrindən güzəştsiz təhlilləri özündə əxz edən, bir ədəbi məclis, "ÜMİD" ədəbi məclisi fəaliyyət göstərirdi. Bu gün, Azərbaycan ədəbiyyatında yaradıcılıqları ilə özlərini təsdiq etmiş bir çox imza sahibləri formalaşıb, tanınıb. Sözü, poetik çalarları ilə poeziyada özünü təsdiqləmiş , rəhmətlik Sabir Sarvan, imzaları ilə sevilən Müqabil Cavadlı, Abbasəli Əhmədov, elə bu gün Ağsu yazarlarına böyük töhfə verən, ictimai-siyasi, elim adamı, gözəl yaradıcılığı ilə ürəkləri fəth etmiş Raqif Nazimoğlu bu kimi məclislərdən pərvazlanmışlardandı. Həqiqətən, həmin dövrlərdə bu kimi "ocaqların" olması, yaradıcı gənclərmizin formalaşmasında müsbət rolunu danmaq olmaz.
O vaxtlar, istər həmin qəzetin səhfələrində gedən xülasələrində, istərsə də, məclisin özünün keçrildiyi toplantısı zamanı, qızğın müzakirələr nəticəsində ortalığa çıxarılan yaradıcılıq nümunələri ərsiyyəyə gətrilirdi. Bu da, yaradıcı gənclərin formalaşmasında müsbət rol oynayırdı. Ayda bir dəfə, bəlli gündə keçrilən məclislərə gələn hər bir gənc yazarın, müzakirəyə çıxaracağı yeni şeir, qəzəl, digər yaradıcılıq nümunələri elə məclis üzvləri tərəfindən qızğın müzakirələrə səbəb olurdu. Hər bir sözün, ifadə tərzinin, işlənmə yerinin, cümlə bitkinliyini qızğın müzakirə edib, sonda nəticəyə gələ bilirdik. Və nəticədə bu kimi qızğın müzakirələr, ortalığa gözəl bir şeir nümunəsi ilə bərabər, hər bir yaradıcının növbəti məclisə qədər, inkişafına, mükəmməlləşməyinə gətirib çıxarırdı...
Mən özüm, üç qəzetin, Ağsu rayonunun "Birlik", Şamaxı şəhərinin " Yeni Şirvan" və Abşeron rayonunun eyniadlı qəzetlərində belə məclislərində iştirakımla bu kimi müzakirələrin obyektinə çox çevrilmişəm. Nə incimək, nə küsmək, nə də ki, özünü hamıdan "dahi" göstərmək hallarına rastlaşmamışam. Hamı, edilən tənqidləri, iradları tam səmimi qəbul edərək, sonrakı günlərdə öz yaradıcılığı üzərində əzimlə çalışdığını görmüşəm.
Düzdü, o vaxtlar bu qədər sərbəstlik yox idi. Yəni, istənilən qədər çap olunmaq üçün müstəqil mətbu orqanı, çap mətbəsi yox idi. Həmdə, yaradıcılığ üzrə nəzarət, həmin illər çox güclü idi. Elə buna görə də, Raqif müəllimin fədakarlığını böyük sevgi ilə ona görə dəyərləndirirəm ki, bu kimi birliklərin yaradılması, yuxarıda söylədiyim parəkəndliyin qarşısın alacaqdı. Həmin yaradıcı gənclərin yaradıcılığı üzərində ədəbi-bədii cəhətdən nəzarəti gücləndirəcəkdi.
Çünki, indi mətbu orqan o qədər çoxdu ki, istənilən adam, nə, necə yazdığından aslı olmayaraq, yazdıqlarını istənilən mətbu orqanda dərc etdirə bilir. Bu da, çox vaxt, yazılanların redaktə olunmadan, nəzarətsiz, çap edilməsinə gətirib çıxarır. Nə yazsan çap etdirə bilirsən. Amma həmin yazılar, təzə oxunub, bir müddətdən sonra yaddan çıxan, boyağı sözlərdən ibarət mahnılar kimi unudulub, yaddaşlardan silinəcək. Bu kimi qalaqlarla kitablar çap etdirib, yalnız özündən və yaxın çevrəsindən başqa, bir şerinin, bütövlükdə yaddaşlarda qalmayan "küllüyatının" olmasının faydası nədir...?
"Ağsu Yazarlar" ədəbi birliyinin yaradılacağın, bu birliyin təşkilatçısı, yaradıcısı, imzası ilə ədəbiyyatda özün təsdiq etmiş, bu yazının əvvəlində dediyim, ədəbi məclislərdə böyük yol keçmiş, hətda respublika səviyyəli "İti Qələm" ədəbi məclisin uzun illər rəhbəri və aparıcısı olmuş Raqif Nazimoğlundan dəvəti eşidəndə sevincimin həddi-hüdudu olmadı. Dəvəti qəbul etməmişdən əvvəl, ürəyimdən keçən minnətdarlığmı dilə gətirib, Raqif Nazimoğluna təşəkkürlərimi dönə-dönə çatdırdım. Çünki, hər dəfə respublika üzrə tanınmış elimi, yaradıcılıqları ilə özlərin təsdiq edib, ürəklərdə yaşayanların təhlillərində Ağsu yazarlarlarının yaradıcılıqlarının nəhayyət təhlilini görəcəyimi fikirləşirdim. Bu cür gözəl təşəbbüsü, bütün aspelərdə seçilən və seçilməyi bacaran Raqif Nazimoğlunun edə biləcəyini çoxdan düşündüyümü, Raqif müəllimin diqqətinə çatdırdım. Bölgələrmizdəki ədəbi-bədii mühütə dair, tanınmış imza sahiblərinin təhlili yazılarını oxuyanda bu barədə fikirləşdiyimi dedim və uğur dilədim...
Təsis toplantısına dəvət edilmiş, respublikada imzaları ilə tanınan yaradıcı şəxslərin, gözəl şairə, sözü, ifası ilə ürəklərə yol tapan Cığatel xanımın, yaradıcılığı ilə ədəbiyyatda öz imzalarını möhürləmiş Qəşəm Nəcəfzadənin, Sərvaz Əsgərlinin, Tapdıq Əlibəylinin, Hikmət Məlikzadənin və digərlərinin, eləcədə , Raqif müəllimin yaradıcılığına vurğun, onun məktəb illərinin ağsaqqal müəllimlərinin xeyir-duası ilə keçirilən möhtəşəm toplantı "Ağsu Yazarları" ədəbi birliyinin təməlini qoydu. Çoxdan yaradıcılıqla məşğul olan və yeni yaradıcı insanların yığışa biləcəyi bir ocağın istisinə nə qədər yaradıcıların toplaşdığını görüb qürur hissi keçirirdim...
"Ağsu Yazarları" ədəbi birliyinin üzvlərinin iddiaları ürəyimdə sevinc hissin, birə, on artırdı. Həmdə birliyin işində obyektif fikirləri ilə yazarları düşündürən suallara çox səmimi cavab verən, ədəbi-bədii təhlilləri ilə respublika ədəbi mühütündə tanınan Hikmət Məlikzadə hər bir yazıya münasibət bildirmək səlahiyyətini birliyin istəyi ilə üzərinə götürdü.
Birliyin təsisindən keçən qısa dövr ərzində paylaşımlarda hiss etdim ki, bu insanların böyük söz ehtiyyatları var. Yaradıcılığ əzimkarlığı güclüdü. Sadəcə bunu istiqamətləndirmək lazımdır. Düzgün istiqamət üçün isə, bu birliyin varlığı əvəzedilməzdi. Çünki, burada gedən müzakirələr, bu müzakirələrə müxtəlif cür yanaşmalar, poetik duyumlu insanların özlərini təsdiq etməsi üçün gözəl və əlverişli bir məbədgahdır. Odur ki, bu birliyin qorunub saxlanması və inkişafı, bu ocağın ətrafına yığışanlardan çox aslıdır.
Yazının sonunda "Ağsu Yazarları" ədəbi birliyinin yaradıcılarına müvəffəqiyyətlər arzulayıb, uğurlar diləyirəm...
İnanıram ki, məclis boyu tədbirdə iştirak edən yardıcı insanlarda gördüyüm əzimkarlıq, onların gözlənilən iddiaların tezliklə reallaşdıracaqlar.
Elxas Comərd.
"Ağsu Yazarları" ədəbi birliyin üzvü.

BÖLGƏLƏRİMİZİN   ƏDƏBİ - BƏDİİ  MÜHÜTÜ - Elxas COMƏRD
BÖLGƏLƏRİMİZİN   ƏDƏBİ - BƏDİİ  MÜHÜTÜ - Elxas COMƏRD
BÖLGƏLƏRİMİZİN   ƏDƏBİ - BƏDİİ  MÜHÜTÜ - Elxas COMƏRD

Son xəbərlər

Mücirəddin Beyləqani adına ədəbi məclis keçiriləcək

Əməkdar həkim vəfat etdi

Bütün zamanların dəb ikonası seçildi

Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub

TOMRİS ÖDÜLLÜ XANIMLAR

Türk məşhurların villaları uçurulacaq

CƏLİLABADIN GƏNC ŞAİRƏSİ — HİCRAN ƏHMƏDLİ - FOTOLAR

Üç ürəyə bir ad günü sevinci - FOTOLAR

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

PÜSTƏ RƏVAN : DOST KİMİ SEVƏCƏYƏM MƏN

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"MÖCÜZƏLİ NAFTALAN"

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

*Aydan Ələkbərli, yoxsa Aydan Nizami qızı? Hansı daha çox tanıdır sizi* ?

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Məşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü

Media: İranın Xark adasında partlayış olub

Atlaz Rzayi : Cənub bölgəsinin gözü, Vətənim - FOTO

Vahid Çəmənli : Təpədən dırnağa ağdamlı - FOTO

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Qəzənfər Məsimoğlu : GÜLƏ-GÜLƏ GƏLDİ PAYIZ - FOTO

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930